Avropadan Ermənistana ŞOK — QADAĞAN EDİLDİ

Avropadan Ermənistana ŞOK — QADAĞAN EDİLDİ


Ermənistan aviaşirkətlərinə Avropa İttifaqı (Aİ) ərazisinə uçuşlar etmək qadağan edilib.
Trend verdiyi məlumata görə, bu barədə Aİ-nin rəsmi saytında deyilir.

İyunun 2-si Avropa Komissiyası Aİ-nin təhlükəsiz uçuşlar siyahısını, beynəlxalq təhlükəsizlik standartlarına uyğun olmadığına görə Avropa İttifaqında fəaliyyəti qadağan olunan və ya məhdudlaşdırılan aviaşirkətlərin siyahısını yeniləyib. Ermənistanda sertifikatlaşdırılmış bütün aviaşirkətlər ölkənin təhlükəsizliyin təmin edilməsi üzrə imkanları qiymətləndirildikdən sonra siyahıya əlavə edilib.

Bildirilir ki, siyahıya "Aircompany Armenia", "Armenia Airways", "Armenian Helicopters", "Atlantis Armenian Airlines", "Atlantis European Airways", "Mars Avia" və "Skyball" əlavə edilib.

Məlumata əsasən, Avropa İttifaqı ərazisinə ümumilikdə müxtəlif ölkələrin 96 aviaşirkəti üçün uçuşlar qadağan edilib.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər