Azad Muradov: Hər təxribata Azərbaycan tərəfi misli ilə cavab verir, amma bütün bunlar bölgədəki davamlı sülhün bərqərar olmasında çox ciddi problemlərdir

Azad Muradov: Hər təxribata Azərbaycan tərəfi misli ilə cavab verir, amma bütün bunlar bölgədəki davamlı sülhün bərqərar olmasında çox ciddi problemlərdir


“Göyçay-ATF” MMC-nin rəisi Azad Muradov - 44 günlük Vətən müharibəsi zaman Azərbaycan xalqı öz doğma torpaqlarını işğalına son qoysa da, bölgəmizdəki vəziyyət, daha doğrusu iki qonşu ölkə arasında münasibətin normallaşmasına ciddi əngəl olacaq problemlər qalmaqda davam edir. Ermənistanın kapitulyasiyasını təsdiq edın 10 noyabr 2020-ci il tarixli sənəd və bu sənəddə əks olunmuş bəndlərin yerinə yetirilməsi çox önəmli məsələlərin həllinə mane olmaq üçün Ermənistan tərəfi müxtəlif əsassız bəhanələr gətirir. Qələbədən dərhal sonra Müzəffər Ali Baş Komandanımız Ermənistana, eləcə də bütün dünyaya münaqişənin həll olunduğu, tarixi torpaqlarımızın işğaldan azad və ərazi bütövlüyümüzün bərpa edildiyini bəyan etmişdi. Eyni zamanda bölgədə yeni bir səhifənin açıldığını, bölgə xalqları üçün gələcəkdə təhlükəsiz, sabit və dayanıqlı inkişaf mühiti ola biləcək bir mərhələnin olacağı haqqında, eləcə də bu bölgədə yeni əməkdaşlıq platformu üçün fürsətlərin olduğunu dilə gətirmişdir. Çox təəssüf ki, ötən bir il təcavüzkarın öz çirkli niyyətindən və əməlindən hələ də əl çəkə bilmədiyini göstərdi. Bugünədək Ermənistan tərəfi dəfələrlə müxtəlif təxribat xarakterli cinayətlər törətmiş və bunu hələ də davam etdirir.

Hər təxribata Azərbaycan tərəfi misli ilə cavab verir, amma bütün bunlar bölgədəki davamlı sülhün bərqərar olmasında çox ciddi problemlərdir. İşğalçı Ermənistanın xoşniyyətli olmayan bu əməlləri sərhədlərin delimitasiya və demarkasiyası, Zəngəzur koridorunun açılması, sülh müqaviləsinin imzalanması kimi həyati vacib məsələrin yerinə yetirilməməsinin məqsədini daşıyır. Əlbəttə Azərbaycan hər zaman danışıqlar yolunu daha üstün tutmuşdur. Bu mənada, Zəngəzur dəhlizi ilə bağlı kommunikasiyaların açılması təklifi ötən il noyabrın 10-da Rusiya Prezidenti, Ermənistanın baş naziri və Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən imzalanmış üçtərəfli Bəyannamədə öz əksini tapıb. Bu səbəbdən bütün lazımi şəraiti təmin etmək Ermənistan üçün bir növ öhdəlikdir. Bütün çətinliklərə baxmayaraq, Azərbaycan Ermənistan vasitəsilə Naxçıvan Muxtar Respublikasına dəmir yolu, həmçinin magistral yol inşasına dair razılıq əldə etmişdir.

İndiyə kimi münaqişədən sonrakı dövrün tənzimlənməsi və sülh danışıqlarının həyata keçirilməsi üçün müxtəlif görüşlər keçirilmiş və bunların hər biri Azərbaycan üçün, Azərbaycanın marağı baxımından hədsiz dərəcədə vacib idi. Və biz bütün bu görüşlərdən ən əsası isə, Prezident İlham Əliyev NATO-nun mənzil-qərargahında Alyansın Baş katibi Yens Stoltenberq ilə birgə keçirilən mətbuat konfransından öz marağımızı təmin edən cavabları aldıq. Marağımız isə, qeyd etdiyimiz kimi, sərhədlərin delimitasiyası və demarkasiyası, Zəngəzur koridorunun ən qısa zamanda fəaliyyətə başlaması və sülh sazişinin tezliklə imzalanması idi ki, möhtərəm Prezidentimiz ötən dövr ərzində bunları bütün müsahibələrində, qatıldığı beynəlxalq tədbirlərdə səsləndirirdi. Artıq bu görüşlərin təqdirəlayiq təzahürü kimi deyə bilərik ki, "Qarabağın azadlığı yeni iqtisadi imkanlar yaradıb".

Postmüharibə dövründə bu tezis nəyi ifadə edir? Həmin tezisin iki aspekti mövcuddur. Onlardan biri ondan ibarətdir ki, işğaldan sonra Qarabağ bölgə olaraq Azərbaycanın sosial-iqtisadi, mədəni və təhlükəsizlik sistemindən kənarda qaldı. Keçən müddətdə Azərbaycan sürətli inkişaf etdi, lakin Qarabağ bu prosesdə iştirak edə bilmədi və bu mənada Azərbaycanın iqtisadi və sosial sisteminə inteqrasiya oluna bilmədi. Bunlar Azərbaycanın iqtisadi infrastrukturunun bütövlüyünü pozur və həmin səbəbdən ölkənin iqtisadi potensialının tam açılmasına əngəllər törədirdi. Qələbədən sonra Qarabağın həm inzibati bölgə, həm də iqtisadi struktur kimi Azərbaycana inteqrasiyası təbii ki, yeni imkanlar meydana gətirdi. Bunun ən böyük nəticəsi isə Zəngəzur dəhlizinin açılması və geniş imkanlar sunmasıdır.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər