Azad Muradov: Möhtərəm Prezidentimiz cənab İlham Əliyev türkdilli dövlətlər arasında coğrafi bağlılığın bərpa edilməsinə, bütün türk dünyasının birlik arzusunun reallığa çevrilməsinə misilsiz töhfələr verən Liderdir

Azad Muradov: Möhtərəm Prezidentimiz cənab İlham Əliyev türkdilli dövlətlər arasında coğrafi bağlılığın bərpa edilməsinə, bütün türk dünyasının birlik arzusunun reallığa çevrilməsinə misilsiz töhfələr verən Liderdir


“Göyçay-ATF” MMC-nin rəisi Azad Muradov - Möhtərəm Prezidentimiz cənab İlham Əliyev qısa dövr ərzində Azərbaycanı inkişaf etmiş, müasir, güclü və dünya miqyasında böyük nüfuza malik dövlətə çevirdi. Məhz dövlət başçısının diplomatik səyləri nəticəsində Azərbaycanın haqq səsi beynəlxalq aləmə çatdırıldı, dünyanın aparıcı dövlətləri, nüfuzlu beynəlxalq təşkilatlar illərlə kağız üzərində qalıb saralmasına baxmayaraq Azərbaycanın ədalətli mövqeyini dəstəkləyən, Ermənistanın işğalçılıq siyasətini pisləyən qərar və qətnamələr qəbul etdilər. Azərbaycanın iqtisadi və siyasi müstəqilliyinin möhkəmləndirilməsi nəticəsində bizə dost və tərəfdaş olan ölkələrin sayı sürətlə artdı. Bir sözlə, güclü iqtisadiyyatın, qüdrətli ordunun, ölkəmizin beynəlxalq arenada önəmli mövqeyinin, müstəqil xarici siyasətinin fonunda Azərbaycanın Qələbəyə gedən yolunun aydın mənzərəsi yarandı. Azərbaycanın bugünkü reallıqları ulu öndər Heydər Əliyevin 1 oktyabr 2003-cü il tarixdə xalqa müraciətində söylədiyi “Mən Ona özüm qədər inanıram” fikrinin ardınca özünün sona çatdıra bilmədiyi işlərin cənab İlham Əliyevin başa çatdıracağına əminliyinin təsdiqidir.

18 il əvvəl Azərbaycan xalqı müdrik seçim edərək, bütün varlığı ilə Ulu Öndərin siyasi kursuna sadiq olan və dahi şəxsiyyətin layiqli davamçısı cənab İlham Əliyevə yekdilliklə səs verdi. Ötən hər il xalqın öz tarixi seçimində yanılmadığını təsdiqləyir. Yeni əsrin yeni Lideri İlham Əliyev bu illər ərzində, yuxarıda qeyd etdiyim kimi, Azərbaycanı həm siyasi-iqtisadi, həm də hərbi cəhətdən qüdrətli, dünyada sözünün imzası qədər əhəmiyyəti olan dövlətə çevirdi.

Prezident İlham Əliyev türk dünyasında da uzaqgörən, məqsədyönlü, prinsipial Lider kimi nüfuz qazanıb. Möhtərəm Prezidentimiz İlham Əliyev türkdilli dövlətlər arasında coğrafi bağlılığın bərpa edilməsinə, bütün türk dünyasının birlik arzusunun reallığa çevrilməsinə misilsiz töhfələr verən Liderdir. Ölkə Prezidentinin daim bütün türk dünyasına ünvanladığı “Gücümüz birliyimizdədir”, “Bizim birliyimizdən çox şey asılıdır” kimi çağırışları da özündə bir sıra məqamları, istəkləri ehtiva edirdi.

Azərbaycanın 2019-2021-ci illərdə Türk Şurasına uğurla sədrlik etmiş, türkdilli ölkələr arasında dostluğun, qardaşlığın və əməkdaşlığın daha da möhkəmləndirilməsi istiqamətində ciddi səylər göstərmişdir. Türk Şurası Türk Dövlətləri Təşkilatına çevrildi. Bu bir təşkilat olaraq daha çevik, daha funksional fəaliyyət göstərəcək. Ən əsası mədəni, siyasi əlaqələrin gücləndirilməsi ilə yanaşı iqtisadi əlaqələrin də inkişafına çox böyük töhfələr verəcək. Azərbaycan iki illik sədrlik dönəmində çox uğurlu fəaliyyət göstərdi. Pandemiya və müharibə şəraitinin olmasına baxmayaraq Azərbaycana cənab Prezident İlham Əliyev öz liderlik qabiliyyətini və türk dünyasına sədaqətini nümayiş etdirdi.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər