Tarixi qələbəmiz milli maraqlarımızı tam təmin edən yeni reallıqlar yaradıb

Tarixi qələbəmiz milli maraqlarımızı tam təmin edən yeni reallıqlar yaradıb


Danılmaz həqiqətdir ki, hər bir xalqın və dövlətin taleyində, xüsusən də onun inkişaf mərhələsinə qədəm qoyduğu bir zamanda böyük nüfuza malik liderə ehtiyac duyulur. Bu gün Ulu Öndər Heydər Əliyev irsinin layiqli davamçısı kimi Ali Baş Komandan, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin müəllifliyi ilə müasir Azərbaycan tarixinin şanlı səhifəsi yazılır. Məhz cənab Ali Baş Komandanımızın düzgün strategiyası sayəsində Azərbaycanın ərazilərinin 20 faizini işğal etmiş Ermənistan ordusu darmadağın edildi, işğala son qoyuldu, tarixi qələbə əldə edildi.

Vətən müharibəsində əldə edilən bu hərbi uğur Prezident cənab İlham Əliyevin qələbəsi, onun sərkərdə düşüncəsinin nəticəsidir. Möhtərəm Prezidentimizin yenilməz iradəsi və qətiyyəti, xalqımızın möhtəşəm birliyi və Silahlı Qüvvələrimizin şücaəti, qəhrəmanlığı ilə ölkəmizin ərazi bütövlüyü bərpa edildi. Bu tarixi Qələbənin böyük əhəmiyyəti və əvəzolunmaz yeri xalqımız tərəfindən həmişə yüksək qiymətləndiriləcək, tarixdə əbədi qalacaq, heç vaxt unudulmayacaqdır.

Hərbi əməliyyatlar bitdikdən qısa müddət sonra Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva azad olunmuş ərazilərə səfər etdilər. Şuşa səfəri isə öz tarixiliyi ilə yaddaşlarda qaldı. Cənab İlham Əliyevin Şuşa səfəri öz tarixi əhəmiyyəti ilə yanaşı, azad olunmuş ərazilərimizdə böyük bərpa-quruculuq işlərinə start verilməsi ilə də əlamətdardır. Bu gün artıq Azərbaycan qalib ölkədir və qalib ölkənin qarşısında duran əsas məsələ, işğaldan azad olunan torpaqlarının bərpasıdır. Azad edilən ərazilərimizdə xalqımıza məxsus çoxəsrlik qədim tarixi-dini abidələr erməni faşistləri tərəfindən dağıdılaraq yerlə yeksan edilib, bir qismi isə saxtalaşdırılaraq erməniləşdirilib. Azərbaycanın mədəni irsinə qarşı erməni barbarlığının bir adı var ki, o da vandalizmdir. Azərbaycan Ordusu möhtəşəm qələbəsi ilə tarixi torpaqlarımızı azad etməklə yanaşı, həm də ermənilərin əsl simasını ortaya qoydu, Ermənistanın işğalçılığı, vandalizmi həyata keçirdiyi siyasətin əsas xəttinə çevirdiyini təsdiqlədi. Azərbaycanın işğal olunmuş ərazilərində insanlıq və mülkiyyət əleyhinə olan cinayətlərə, mədəni irsin dağıdılmasına görə Ermənistan məsuliyyət daşıyır. İşğalçılar 30 il ərzində bu ərazilərdə hər şeyi məhv edib. Ermənilərin Qarabağda dağıdıcı əməlləri cavabsız qalmayacaq. Onlar buna görə beynəlxalq məhkəmələr qarşısında cavab verməli olacaqlar.

İşğaldan azad edilən torpaqlarımız ölkə iqtisadiyyatı üçün yaxın gələcəkdə yeni potensial iqtisadi imkanlar yaradır. Ali Baş Komandanımızın rəhbərliyi ilə işğaldan azad olunmuş torpaqlarımızda iqtisadiyyatın bərpası və müasir tələblər səviyyəsində yenidən qurulması iqtisadi gücümüzə güc qatacaq, iqtisadiyyatımız nəzərə çarpan səviyyədə artacaq və böyüyəcək. Bu bölgələrimiz yenidən qurulacaq, əvvəlki şöhrətini bərpa edəcək. Ali Baş Komandanımızın siyasi iradəsi ilə işğaldan azad olunmuş şəhər və kəndlərimizdə həyat yenidən canlanacaq və bütün Qarabağ ərazisi cənnətə çevriləcək. Güclü dövlət olan Azərbaycan işğaldan azad edilən torpaqlarımıza həyatı qaytarmaq, bu əraziləri dirçəltmək əzmindədir. Dövlətimizin başçısı vurğulamışdır ki, bizim əsas diqqətimiz azad edilmiş torpaqlara olmalıdır və bu sahədə ilkin infrastruktur layihələrinin icrası artıq başlamışdır

Azərbaycan, tam müstəqil siyasət yürüdən ölkədir. Prezident cənab İlham Əliyevin apardığı düşünülmüş siyasət, artıq özünü doğruldub. Nəticədə Azərbaycan

regionda qüdrətli dövlət, sabitliyin qarantı, humanizm ideallarının daşıyıcısı, beynəlxalq inteqrasiya prosesində etibarlı tərəfdaş imicini qazanıb. Güclü dövləti müstəqil siyasətin mühüm şərti sayan Prezident cənab İlham Əliyev xalqımızın ən böyük milli sərvəti olan müstəqilliyin möhkəmləndirilməsi üçün əzmkarlıqla çalışır. Azərbaycan xalqı da qəlbən inandığı və siyasətini bəyəndiyi liderinin rəhbərliyi altında daha böyük uğurlar qazanacağına ürəkdən inanır.

Azərbaycan qalib ölkədir, Azərbaycan güclü dövlətdir və ən əsası da Azərbaycanın müstəqil siyasət yürüdən və bu siyasətin əsasında ən vacib prioritet kimi ümummilli mənafeləri saxlayan güclü siyasi iradəyə, dünya liderləri arasında yüksək şəxsi nüfuza və ümumxalq rəğbətinə sahib olan Prezidenti var. Dövlət başçısı kimi verdiyi vədləri əməli işi ilə doğruldan Prezident cənab İlham Əliyevin daha qüdrətli Azərbaycan naminə sınaqlardan çıxmış, özünü doğrultmuş siyasətinə daim sadiq qalması xalq-iqtidar birliyini daha da möhkəmləndirir.

Fariz Sadıqlı,

Salyan rayon Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisiБесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər