Rəfail Mehralıyev: Qalib bir dövlətin hissini, sevincini izah etməyə ömür kifayət etməz!

Rəfail Mehralıyev: Qalib bir dövlətin hissini, sevincini izah etməyə ömür kifayət etməz!



Bakı Şəhər Mənzil Kommunal Təsərrüfat Departamentinin rəisi Rəfail Mehralıyev - Genişmiqyaslı bərpa işlərinin özəyində erməni işğalında evlərini məcburi şəkildə tərk etmiş 1 milyona yaxın insanın əraziyə yenidən qaytarılması məsələsi durur. Müharibə, Şəhid, ZƏFƏR! Bu kəlmələr tanış gəlir. Həm də çox yox, elə 1 il əvvəl yaşadıq bunları. 27 illik həsrəti sanki qəsdə duraraq sentyabrın 27-si sonlandırmağa başladıq. 1993-cü ildən torpaqlarımızı erməni-lər işğal etmişlər. Lakin işğala başlamalarınn tarixi qədimə dayanır. Bu hadisələrdən danışsaq gərək neçə müddət danışaq. Çünki o qədər haq-sızlıq baş verib ki. Hər zaman bütün məsələlərdə,hadisələrdə qeyri-adi fəallıq göstərən Avropanın ATƏT-i,MİNSK-i səssiz qaldılar. Hətta Fransa kimi bəzi ölkə-lər onu müdafiə etməyə belə çalışdılar. Amma bilmirdilər ki, qarşıların-dakı nə zəif,nə də ki gücsüz dövlətdir-Bura Azərbaycandır! Qarşı tərəfin açıq-aydın “yeni işğallar-yeni torpaqlar” desə də,bunu görən o böyük Qələbə öz gücümüz sayəsində alınıb. Niyə? Çünki Ali Baş Komandanın Xüsusi taktikaları, ordunun mahir bacarığına görə torpaqlarımız alınıb. Yenə mi niyə? Çünki analar oğulsuz,uşaqlar atasız,qadınlar dul qaldı. Həə... Eynən 1991-1993-cü illərdə olduğu kimi. Biz qələbəni şəhidlərin qanı bahasına, qazilərin canı ilə aldıq. O cəsarətli oğullarımız erməni qorxaqlarını geri çəkməyi bacardı. Çətin hava şəraitinə,qızğın döyüşlərə baxmayalaraq həm də. Belə olduqda Qələbə Azərbaycanın deyil deməyə kimin gücü çatar? Ermənilərin nə qədər aciz olduğunu deməyə ehtiyac yoxdur. Onlar öz siyasətlərində də taktikalarında, hətta çıxışlarında belə büruzə verirlər. Bu tip bir ölkə qarşısında bizim gücümüz və siyasətimizi belə müqayisə etməyə ehtiyac yoxdur. Öz insanlarını təmin etməyə büdcəsi çatmayan bir ölkə necə olurda milyonlarla dəyəri olan tanklar, silahlar istifadə edirdi. Məğlubiyyəti belə öz məğlubiyyəti olmayan bir ölkədən nə gözləmək olar ki?

Öz torpağına qiymət verən və onu düşmənin təsirindən xilas etməyə çalışan bir dövlət kimi davranaraq Qarabağımızda bərpa işlərinə başladıq. Ali Baş Komandanımız lazimi tədbirləri ilə ərazini dirçəltməyə çalışır. Genişmiqyaslı bərpa işlərinin özəyində erməni işğalında evlərini məcburi şəkildə tərk etmiş 1 milyona yaxın insanın əraziyə yenidən qaytarılması məsələsi durur. Bundan əlavə bu neçə illərdə Qarabağa vurulmuş ziyanı təsəvvür etmək çətin olması gərək. Və bu fəsadları aradan qaldırmaq asan iş deyil. Qeyd etdiyim kimi Prezidentimiz bu yolda qətiyyətli qərarlar alaraq yoluna davam edir. Nümunə olaraq Zəngilanda həyata keçirilən “Ağıllı kənd” lahiyəsini, Füzulidəki hava limanını, Şuşanın Mədəniyyət Mərkəzinə çevrilməsi istiqamətində atılan addımları qeyd etmək olar. Bu tədbirlər dünya miqyasında da qiymətləndirmişdir. Qarabağda aparılan işlərə qörməyə,həmçinin erməni vandalizmini dünyaya çatdırmaq üçün bəzi ölkələrdə nümayəndə heyyətləri, könüllülər gəlmişdir.

Müharibədən əvvəl baxmayaraq ki, Azərbaycan Ermanistan ilə sülh danışıqlarının aparılmasına çalışmış, münaqişənin dinc yolla həlinin tapılmasına səy göstərmişdir. Amma əks tərəfin nəinki bu təklifləri rədd etməsi, hətta yeni ərazilərin işğalını nəzərdə tutması istənilən nəticəni vermədi. Qazanılan Qələbə bizim istənilən vaxt ortaya çıxa biləcək gücümüzü nümayiş etdirdi. Lakin Azərbaycan yenə də sülh tərəftarıdır. Cənab İlham Əliyevin çıxışında qeyd etdiyi kimi “Hər şey Ermənistanın mövqeyindən aslı olacaq, Azərbaycanın mövqeyi tam aydındır”

Qalib bir dövlətin hissini, sevincini izah etməyə ömür kifayət etməz!
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər