Ermənilərdən ikinci Zəhra qətliamı

Ermənilərdən ikinci Zəhra qətliamı

















Ermənistan Azərbaycana qarşı yeni cəbhə açır

Erməni portalları 1990-cı il hadisələri ilə bağlı Bakıdan Moskvaya köçmüş erməni ailələrini ələ keçirdikləri 143 mənzildən çıxarılması xəbərini Azərbaycana qarşı istifadə etmək istəyirlər.

İstiPress-in məlumatına görə, erməni KİV-lər bununla iyulun 4-də Füzuli rayonunun Alxanlı kəndində iki yaşlı Zəhranı və nənəsini qətlə yetirmiş Ermənistanın işğalçı cinayətini ört-basdır etməyə çalışırlar. Ermənistan prezidentinə yaxın “Panarmenian” portalı “Meduza”dan götürdüyü materiala əlavələr edərək 1988-1990-cı illərdə Azərbaycandan Rusiya paytaxtına bir neçə yüz min erməni qaçdığı iddia edir.

Bununla da, Azərbaycanda ermənilərə qarşı dözümsüzlük şəraiti olduğunu qabartmağa çalışırlar. İki yaşlı Zəhranın öldürülməsindən dərhal sonra Rusiya XİN-in bəyanat yayaraq erməni soyadlı Rusiya vətəndaşlarının Azərbaycana buraxılmaması məsələsini gündəmə gətirməsi də bununla bağlıdır. Beləliklə, 6 gün qabaq iki yaşlı Zəhranı qətlə yetirən Ermənistan indi də onun xatirəsini məhv etməyə çalışır.

Əslində, Moskvaya heç də Bakıdan bir neçə yüz min erməni köçməyib. Həmin vaxt Qarabağ hadisələri ilə bağlı Azərbaycandan cəmi 240 min erməni köçüb və onlar evlərini rahat sataraq tək Moskvaya deyil, dünyanın müxtəlif ölkələrinə yerləşiblər. Son 25 ildə Moskvada ermənilərin sayı 60 min artaraq 106 minə çatıb ki, bunun da bir neçə on mini Bakı ermənilərinin payına düşə bilər. Amma əsas artım Ermənistandan qaçmış ermənilərin payına düşüb, hər halda son 25 ildə Ermənistanın əhalisi 2 milyon azalıb və erməni miqrantlar əsasən Rusiyaya üz tutublar.
Ermənilərdən ikinci Zəhra qətliamı

Andrey Balasanyan 1990-cı ildə bu evdə pulsuz mənzil alıb Düzdür, sayı 1 milyona çatan azərbaycanlı qaçqın və məcburi köçkünlərdən fərqli olaraq, 250 min erməni qaçqın sığınmaq üçün heç də öz ölkələrini seçmədilər, hazırda Ermənistanda çox az sayda Azərbaycandan getmiş qaçqın var. Azərbaycanda beynəlmiləlçi mühitdə yaşamağa alışmış Bakı erməniləri təbii ki, faşist ab-havanın hökm sürdüyü İrəvana getmədilər. Halbuki, həmin vaxt Ermənistanı tərk etməyə məcbur olmuş 240 min azərbaycanlı və 60 min kürd Azərbaycana gələrək burada yerləşmişdi. O vaxt bəzi dairələrin həmin ailələri məcburi şəkildə Qazaxıstana və Rusiyanın ucqar vilayətlərinə yönəltmək niyyəti olsa da, həmin qaçqınlar Azərbaycanı tərk etmədilər və əksəriyyəti hələ də Azərbaycandadır.
Ermənilərdən ikinci Zəhra qətliamı

Ermənistandan qaçqın düşmüş azərbaycanlılar - 1988-ci il

Ermənistandan qaçqın düşən azərbaycanlılara evlərini satmağa və əmlaklarını çıxarmağa imkan vermədilər. 1988-ci il dekabrın əvvəlində yüz minlərlə adam dağlardan piyada Azərbaycana keçməyə məcbur olmuşdu. Yüzlərlə insan dağlarda həlak olmuşdu, Azərbaycana yerləşmiş ailələr hər şeyi sıfırdan başlamalı olmuşdular.

Amma Bakıda evlərini və əmlakını satmış ermənilərin bəzilərinə Moskvadakı havadarları şərait yaradaraq qaçqın kimi yeni tikilmiş binalarda pulsuz mənzil vermişdilər. İndi həmin evlərdəki 143 mənzilin sənədləşməsindəki problemi qabartmaqla erməni KİV-ləri 2 yaşlı Zəhranın qətlini ört-basdır etməyə çalışırlar.

Bu, Azərbaycana qarşı müharibədə yeni cəbhə açılması deməkdir. Azərbaycan diplomatiyası bu hücuma hazır olmalıdır. Beynəlxalq müstəvidə həm 250 min erməni qaçqının, həm də sayı 1 milyona çatan azərbaycanlı qaçqının faciəsinin kökündə məhz Ermənistan tərəfindən Azərbaycan torpaqlarının 20 faizinin işğal etməsinin dayandığı izah edilməlidir.

Çingiz RÜSTƏMOV / İstiPress
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər