Rəfail Mikayılov: Döyüşlərdə mənfur düşmənə layiqli dərs verən şəhidlərimiz qəhrəmanlıq salnaməsinə adlarını yazmaqla Vətənin bölünməzliyinə imza atdılar

Rəfail Mikayılov: Döyüşlərdə mənfur düşmənə layiqli dərs verən şəhidlərimiz qəhrəmanlıq salnaməsinə adlarını yazmaqla Vətənin bölünməzliyinə imza atdılar


“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinə məxsus “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunun direktoru Rəfail Mikayılov – Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun qazandığı Qələbə xalqımızın yenilməzliyini bütün dünyaya nümayiş etdirdi. Torpaqlarımızın yağı düşməndən azad edilməsi, ölkəmizin ərazi bütövlüyünün bərpa olunması uğrunda şəhid olmuş Vətən övladları bu müqəddəs savaşın əbədiyyətədək yaşayacaq qəhrəmanlarıdır.
Sentyabrın 27-dən noyabrın 9-dək davam edən 44 günlük Vətən müharibəsi tariximizin şanlı səhifəsidir. Döyüşlərdə mənfur düşmənə ağır zərbə vuran, layiqli dərs verən şəhidlərimiz qəhrəmanlıq salnaməsinə adlarını yazmaqla Vətənin bölünməzliyinə imza atdılar. Şəhidlərimiz büründükləri üçrəngli bayrağımızın və uğrunda qurban getdikləri torpağımızın müqəddəsliyini qorudular. Qorudular ki, Azərbaycanın müstəqilliyi əbədi olsun. Dünya dövlətləri arasında sayılıb-seçilsin. Adı daim yüksəklərdə səslənsin. Prezident, Ali Baş Komandan İlham Əliyevin vurğuladığı kimi, qələbə soraqlı bayrağımızın Xankəndidə, Şuşada, Kəlbəcərdə, Zəngilanda, Laçında… Azərbaycanın işğal altındakı digər ərazilərində dalğalanması naminə canlarından keçdilər.

Yalnız bu yolda canından keçməyi bacaran qəhrəmanlar yetirən xalqın şəhidi olur. Qəhrəman oğullarımızın üstünlüyü ondadır ki, düşmənlə üz-üzə gələndə qorxmur, həyatla vidalaşanda da əzəmətini qoruyub saxlaya bilir. Azərbaycanın şəhid oğul və qızları ölümləri ilə də ermənilərə qalib gəlirlər. Çünki Vətən sevgisi məhəbbəti hər sevgidən ucadır.

Bu gün şəhid ruhları Vətən torpağında rahatdır. Çünki onlar arzularını, əməllərini, istəklərini qanları bahasına gerçək etdilər.Onların sayəsində üçrəngli bayrağımız bu gün düşmənin gözünə kül üfürərək Qarabağda dalğalanır. Onların sayəsində igid əsgərlərimiz sərhədlərimizi qoruyur. Onların sayəsində Qarabağda quruculuq işləri həyata keçirilir. Onların sayəsində xalqımızın namusu, qeyrəti, şərəfi təmizləndi. Onların sayəsində “Qarabağ Azərbaycandır” deyirik. Onların sayəsində artıq biz Qarabağın azad olacağından danışmırıq.Bəli onların sayəsində…
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər