Rəfail Mehralıyev: Paytaxtda Britaniya layihəsinin tətbiqi uğurla davam edir

Rəfail Mehralıyev: Paytaxtda Britaniya layihəsinin tətbiqi uğurla davam edir


Bakı Şəhər Mənzil Kommunal Təsərrüfat Departamentinin rəisi Rəfail Mehralıyev - Bakı Şəhər Mənzil Kommunal Təsərrüfatı Departamenti tərəfindən Böyük Britaniyanın Mott MacDonald şirkəti ilə birgə hazırlanmış bərk məişət tullantılarının yığılması, daşınması və çeşidlənməsinin ən müasir səviyyədə təşkil edilməsi ilə bağlı layihənin icrası artıq üçünci ildir ki, uğurla həyata keçirilir. Ilk öncə pilot layihə kimi Nərimanov rayonunda başlanan layihənin yüksək səviyyədə icrası nəticəsində xeyli irəliləyişlər əldə olunduğundan müqavilə şərtlərinə uyğun olaraq bu il mərhələli şəkildə daha 3 paytaxt rayonu – Nizami, Nəsimi və Yasamal rayonları da bu layihəyə qoşulub. Layihənin tədbiqinə hazırlıqla bağlı hər 3 rayonda tələbata uyğun miqdarda - 1226 konteyner meydançası yaradılib, meydançalara 2 rəngdə müasir konteynerlər quraşdırılıb.


Rəfail Mehralıyev: Paytaxtda Britaniya layihəsinin tətbiqi uğurla davam edir


Sakinlərin rahatlığı üçün hər bir rayonda ilkin mərhələdə Bakı Şəhər və Rayon İcra Hakimiyyətlərinin əməkdaşları, bələdiyyə, təsərrüfat xidmətləri, gənclər və “Regional İnkişaf” İctimai Birliyinin könüllülər bu işlərə cəlb edilib, geniş maarifləndirici işlər aparılıb.
Görülən hazırlıq tədbirlərin və təbliğat işlərinin nəticəsi kimi layihənin icrasina may ayında başlanılan Yasamal rayonunda artıq ilkin müsbət nəticələr əldə edilib. Belə ki, əgər Nərimanov rayonunda layihənin tətbiqinin ilk günündə çeşidlənmiş tullantının həcmi bir gündə 4 ton, sonradan isə tədricən 6 və 8 ton olmuşdusa, Yasamal rayonunda may ayının ilk günlərdən 11 ton çeşidlənmiş tullantı yığılaraq yığım məntəqəsinə təhvil verilib. Hazırda bu rəqəm gündəlik təqribən 20-25 ton arası təşkil edir. Bu da ilk növbədə, əldə edilən təcrübə, həmçinin könüllülərin, kommunal xidmət əməkdaşlarının sakinlər arasında apardığı düzgün maarifləndirmə işlərinin nəticəsidir. Eyni zamanda Yasamal rayon sakinləri də ilk gündən bu layihənin tətbiqində yaxından iştirak edirlər ki, onlara da öz minnətdarlığımızı bildiririk.
Həmçinin qeyd olunub ki, ətraf mühitin çirklənmədən qorunması çox mühüm əhəmiyyət kəsb edən bu layihənin uğurla həyata keçirilməsi və paytaxt sakinlərinə göstərilən xidmətlərin səviyyəsinin daha da artırılması məqsədi ilə ölkə başçısının ayırdığı maliyyə vəsaiti hesabına Bakı şəhər kommunat təsərrüfatı xidmətləri üçün 57 ədəd kommunal təyinatlı müasir avtonəqliyyat vasitələri və mexanizmlər alınıb. Yeni texnikaların tətbiqi əhaliyə göstərilən kommunal xidmətlərin səviyyəsini yüksəldərək kommunal xidmətlərin mövcud avtoparkının yeniləşməsinə böyük kömək olmuşdur.
Layihənin uğurla həyata keçirilməsi şəhərimizin təmiz saxlanılmasına, gözəlləşməsinə, ətraf mühitin və sağlamlığınızın qorunmasına, yeni ekoloji, sanitar mədəniyyətin formalaşmasına və iqtisadi səmərə əldə olunmasına xidmət edəcəkdir.

Rəfail Mehralıyev: Paytaxtda Britaniya layihəsinin tətbiqi uğurla davam edirRəfail Mehralıyev: Paytaxtda Britaniya layihəsinin tətbiqi uğurla davam edirRəfail Mehralıyev: Paytaxtda Britaniya layihəsinin tətbiqi uğurla davam edirRəfail Mehralıyev: Paytaxtda Britaniya layihəsinin tətbiqi uğurla davam edirRəfail Mehralıyev: Paytaxtda Britaniya layihəsinin tətbiqi uğurla davam edir
Rəfail Mehralıyev: Paytaxtda Britaniya layihəsinin tətbiqi uğurla davam edir


Bakı Şəhər Mənzil Kommunal Təsərrüfat Departamentinin rəisi Rəfail Mehralıyev - 2020-ci il sentyabrın 27-dən başlayan və 44 gün davam edən müharibə nəticəsində Azərbaycanın ərazi bütövlüyü tam bərpa olundu. Bu şanlı qələbə hər kəsi sevindirdi. Lakin bizi qarşıda ciddi problemlər gözləyirdi. Bəli, torpaqlarımız qaytarılmışdı, amma dədə-baba yurdumuzdan tikili bir ev, əkili bir ağac belə qalmamışdı. Televiziyadan, sosial şəbəkələrdən gördüyümüz Qarabağın müxtəlif bölgələri haqda olan video-çarxlar qəlbimizi ağrıdırdı. Hər tərəf yerlə yeksan olunmuş, azğın düşmən məscidlərə, dini ocaqlara, qəbirlərə belə mərhəmət etməmişdi. Erməni vandalizmi hər addımbaşı görünürdü, onlar bütün izlərimizi silməyə çalışmışdılar. İşğaldan azad edilən ərazilərdə 1988-ci ildə meşə fondu 228 min hektar təşkil edirdisə, 2020-ci ildə bu göstərici 174 min hektar idi. Demək ki, 54 min hektar meşə fondu məhv edilmişdi. Ekologiyamıza ciddi zərər vurulmuşdu. Xalq isə bu məsələdə də prezidentinə güvənirdi. Çünki Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Qarabağın dirçəldilməsi sözünü vermişdi. Tarixi qələbədən qısa müddət sonra Prezident özü şəxsən Şuşaya, Ağdama, Füzuliyə, Cəbrayıla və s. səfərlər etdi. Bu səfərlər tarixi əhəmiyyət daşıyırdı. İlham Əliyev Qarabağın müxtəlif bölgələrinə etdiyi səfərlərində doğma yurda-Qarabağa çəkiləcək yolların əsasını qoyur, regionda ediləcək bərpa işləri ilə tanış olur, göstərişlər verirdi. Qələbəmizin üstündən 7-8 ay keçib, amma artıq edilən dəyişikliklər heyrət doğurur. Qarabağa həyat qayıdır. Məscidlərimiz, muzeylərimiz, körpülərimiz yenidən qurulur. Hələ də ərazilərimizin böyük qismi ANAMA əməkdaşları tərəfindən təmizlənir. Təbii ki, torpaqlarımızın tam bərpası üçün böyük bir vaxt lazımdır. Amma buna baxmayaraq Qarabağdakı işlər çox sürətlə irəliləyir. Hətta Zəngilanda "Ağıllı kənd"in inşasına başlanılıb. Artıq evlərin damı da qurulub.

Qarabağın çiçəklənməsi üçün hər kəs can-başla çalışır. Xalq səbrsizliklə o torpaqlarda məskunlaşmağı gözləyir.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər