Nazirlik nəqliyyat sisteminin inkişafı istiqamətində dövlətin sosial-iqtisadi prioritetlərini həyata keçirir

Nazirlik nəqliyyat sisteminin inkişafı istiqamətində dövlətin sosial-iqtisadi prioritetlərini həyata keçirir










Arif Nəriman oğlu Əsgərov 1961-ci il yanvarın 1-də Tovuz rayonunun Qovlar qəsəbəsində anadan olmuşdur. 1982-ci ildə Lenin Ordenli və Qırmızı Əmək Bayrağı Ordenli Moskva Dəmir Yolu Nəqliyyatı Mühəndisləri İnstitutunun «Dəmir yolunun iqtisadiyyati və idarə edilməsi» ixtisasını bitirmişdir.

2004-2009–cu illərdə Azərbaycan Dövlət Dəmir Yolunun rəisi, 2009-2015-ci illərdə isə «Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifələrində çalışmışdır.

Azərbaycan Respublikası Prezidentinin 9 fevral 2015-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Nəqliyyat nazirinin müavini təyin edilmişdir.

Azərbaycan Respublikası Nəqliyyat Nazirliyi - dəmir yolu, su, avtomobil, mülki hava nəqliyyatı və avtomobil yolları sahələrində vahid dövlət siyasətini formalaşdıran və həyata keçirən, sahələrarası münasibətləri tənzimləyən mərkəzi icra hakimiyyəti orqanıdır. Nazirlik Azərbaycan Respublikası Azərbaycan Respublikası Prezidentiinin 1998-ci il 5 avqust tarixli 743 saylı fərmanı ilə yaradılmışdır. Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 10 iyun tarixli 880 saylı fərmanı ilə Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi haqqında Əsasnamə təsdiq edilib və nazirlik fəaliyyətə başlayıb.

Azərbaycan Respublikası Nəqliyyat Nazirliyi nəqliyyat sahəsində iqtisadi, investisiya, tarif və elmi-texniki siyasətin həyata keçirilməsi, nəqliyyatın ayrı-ayrı növlərinin inkişafına dair proqramların işlənib hazırlanmasının və yerinə yetirilməsinin təşkili ilə məşğul olur. Nazirlik dövlətin müdafiə ehtiyaclarının, yük daşımalarına və digər nəqliyyat xidmətlərinə olan tələbatların proqnozlaşdırılması, nəqliyyat kompleksinin, nəqliyyatın ayrı-ayrı növlərinin fəaliyyətinə dair normativlərin müəyyən edilməsi və təkmilləşdirilməsi, xarici ölkələrlə nəqliyyat sahəsində qarşılıqlı faydalı əməkdaşlığın möhkəmləndirilməsi və inkişafı kimi vəzifələri icra edir.
Nazirlik nəqliyyat sisteminin inkişafı istiqamətində dövlətin sosial-iqtisadi prioritetlərini həyata keçirir, ayrı-ayrı regionların nəqliyyat sisteminin inkişafında qeyri-bərabərliyin ləğv olunması ilə vətəndaşların bütün təbəqələrinin, o cümlədən ucqar ərazilərdə yaşayan vətəndaşların nəqliyyatla təmin olunmasını, nəqliyyat xidmətlərinin keyfiyyətinin artırılmasını, nəqliyyatın əhaliyə və ətraf mühitə neqativ təsirinin azaldılmasını, nəqliyyat kompleksi üçün ixtisaslı kadrların hazırlanmasını təmin edir.
Nazirlik ölkədə avtomobillərin sayının artmasının üstünlüklərindən maksimum istifadə etməklə yanaşı, onun cəmiyyət üçün mənfi nəticələrini məhdudlaşdırmağa yönəldilmiş sistemli tədbirlər də görür. Azərbaycan Respublikasının dünya iqtisadiyyatına inteqrasiyası və xarici ticarətin genişləndirilməsi, nəqliyyat infrastrukturunun ona uyğun yenidən qurulmasını, Azərbaycanın tranzit ölkəsi kimi mövcud imkanlarından tam istifadə edilməsini, ölkə yükdaşıyıcılarının rəqabətədavamlılığının artırılmasını və nəqliyyat xidmətləri ixracının inkişafını təmin edir.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər