Şahbazov Mübariz: DİN Baş DYP İdarəsinin bugünki, yolu

Şahbazov Mübariz: DİN Baş DYP İdarəsinin bugünki,  yolu








Dövlət avtomobil müfəttişliyi 1936-cı ildə keçmiş SSRİ-nin Xalq Komissarları Sovetinin qərarı ilə yaradılaraq, Daxili İşlər Xalq Komissarlığının tabeçiliyinə verilmişdir. Bundan əvvəl müfəttişliyin fəaliyyəti, avtomobil nəqliyyatı və şosse yolları idarəsinin mülki formada olan əməkdaşları tərəfindən aparılırdı.

Dövlət avtomobil müfəttişliyinin əsas vəzifəsi ilk növbədə yol hərəkətində nizam-intizam yaratmaq, yol-nəqliyyat hadisələrinin qarşısını almaq, nəqliyyat vasitələrinin qeydiyyatını aparmaq idi.

Yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi işinin təşkilini, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsinə nəzarətin, yol hərəkəti qaydalarının pozulması və yol-nəqliyyat hadisələri üzrə inzibati icraatın həyata keçirilməsini, səlahiyyətləri çərçivəsində yol hərəkəti təhlükəsizliyinə aid qaydaların, standartların, texniki normaların işlənib hazırlanmasını, avtonəqliyyat vasitələrinin və qoşquların dövlət texniki baxışının və qeydiyyatının keçirilməsini, onlara dövlət qeydiyyatı şəhadətnamələrinin və nömrə nişanlarının verilməsini, habelə yol hərəkəti qaydaları və sürücülük vərdişləri üzrə imtahanların qəbul edilməsini, nəqliyyat vasitələrini idarə etmək hüququ verən sürücülük vəsiqələrinin verilməsini təşkil edən, yol hərəkəti və onun təhlükəsizliyi göstəricilərinin vahid dövlət uçotunu müəyyən edən və hesabatını aparan müstəqil struktur hissədir.

Respublikamız müstəqillik əldə etdikdən sonra Dövlət Avtomobil Müfəttişliyində onun adından başlamış ciddi dəyişikliklər edildi, ilk növbədə əməkdaşların iş şəraiti yaxşılaşdırıldı. DYPİ-nin normativ sənədləri yenidən işlənildi, günün tələblərinə uyğun, demək olar ki, bütün xidmət sahələri üzrə təlimatlar hazırlanıb, DİN-nin əmri ilə təsdiqləndi. Yol hərəkətinin təşkilində və onun təhlükəsizliyinin təmin edilməsində müasir texniki vasitələrdən istifadə olunmağa başlandi.

Hazırkı dövrdə Respublikamızda yol hərəkəti ilə bağlı insanların həyat və sağlamlığının qorunması dövləti vəzifə kimi qarşıda durur. Müstəqil ölkəmizdə yol hərəkəti sahəsində hüquqi normativ bazanın yaradılması və onun beynəlxalq standartlara uyğunlaşdırılması prosesi yüksələn xətlə gedir. Bu baxımdan 1998-ci ilin iyulundan qüvvəyə minmiş Azərbaycan Respublikasının "Yol hərəkəti haqqında" Qanunu çox mühüm sənəddir. Bu sənəddə yol hərəkəti iştirakçılarının hüquq və vəzifələri geniş əksini tapmaqla yanaşı, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi sahəsində beynəlxalq hüquq normalarının tələblərinə cavab verən müddəalar geniş yer almışdır. Eləcə də qanunun müvafiq tələblərinin, yol hərəkəti qaydalarının pozulmasına görə İnzibati Xətalar Məcəlləsinin 13-cü və 14-cü fəsillərində əksini tapmış məsuliyyət, küçə və yollarda təhlükəsiz hərəkətin təmin edilməsi üçün profilaktiki tədbirlərin keçirilməsinin hüquqi əsasını təmin edir.

Ölkəmizdə daim yol hərəkəti sahəsində hüquqi normaların təkmilləşdirilməsi sahəsində iş gedir və bu işdə beynəlxalq təcrübə yaxından öyrənilir. Respublikamız 1997-ci ildə "Yol hərəkəti haqqında" 1969-cu il Vyana konvensiyasına, "Təhlükəli yuklərin beynəlxalq daşımalarının Avropa sazişinə" 2000-ci ildə, "Sürücülük hüququndan məhrum olunmalarının qarşılıqlı tanınması barədə" 1976-cı il Avropa konvensiyasına qoşulmuşdur.

Yol hərəkətinin təhlükəsizliyinin təmin olunması bir çox faktorlardan asılıdır. Küçə və yollarda nəqliyyat vasitələrinin və piyadaların fasiləsiz və rahat hərəkətinin təşkilində avtomatlaşdırılmış müasir texniki nizamlama və nəzarət cihazlarının tətbiqi çox mühüm əhəmiyyət kəsb edir. Hazırkı dövrdə respublikamızda 520 minə yaxın nəqliyyat vasitəsi istismar olunur. İldən-ilə nəqliyyat vasitələrinin artdığı bir dövrdə yolların əsaslı təmir olunması, genişləndirilməsi, yol hərəkətinin nümunəvi təşkili və hərəkət iştirakçıları tərəfindən qaydalara əməl edilməsi hərəkətin təhlükəsizliyinin təmin edilməsinin mühüm amilidir.


DİN Baş DYP İdarəsinin rəis müavini, polis polkovniki - Şahbazov Mübariz
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər