Məhərrəm Məmmədov: “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin tarixi uğuru

Məhərrəm Məmmədov: “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin tarixi uğuru










Azərbaycanda hal-hazırda minlərlə xəbər saytları, portallar, informasiya agentlikləri fəaliyyət göstərir.

Bunların məqsədi ölkədə və ölkə xaricində baş verənləri ictimaiyyətə çatdırmaqdır. Lakin bütün xəbər saytları, onların təsisçiləri və əməkdaşları heç də bu məqsədə xidmət etmir. Bəziləri öz şəxsi maraqlarını hər şeydən üstün tuturlar. Bu məqsədə çatmaq üçün tənqidlə təhqiri bilərəkdən qarışdırıb, vəzifəli şəxslərin işgüzar nüfuzuna xələl gətirirlər. Təbii ki, hamı pul qazanmaq, evini çörəklə təmin etmək istəyir. Amma kimsə şər-böhtan, şantaj və təhqir yolu ilə harama gedirsə, bu uzun çəkmir. Bunları elə-belə yazmadım. Belə olan halda peşəsini və dövlətini sevən əsil jurnalistlər isə normal fəaliyyət göstərə bilmirlər.

Əlinə qələm alan, sayt açan, jurnalist adını daşıyan hər bir kəs bilməlidir ki, Haqq yolunu azmaqla haqqa çatmaq olmaz.

Qaradağ Yük Stansiyasının rəisi Məhərrəm Məmmədov haqqında mətbuatda gedən yazılar mahiyyət etibarı ilə böhtan və yalandan başqa bir şey deyil.

Bizim işimiz kimin nəyi necə yazmasında deyil. Təbii ki, Azərbaycanda mətbuat azaddır və yazdıqlarında sərbəstdir. Yəni nəyi istəsə yaza bilər. Amma burada vacib olan daha bir əsas MƏQAM da VAR: Jurnalist var olan Nəyi yazmaqda sərbəstdir, var olmayanı uydurmaq kimi AZADLIĞA malik deyil.

"Qaradağ Yük Stansiyasının rəisinin arxalandığı general kimdir ..." deyən özlərini gündəmə gətirən bəzi jurnalistlər öz peşəsinə hörmət qoymayanlardır.

Təbii ki, Azərbaycanda istənilən bir məmurun, vəzifəli şəxslərin nöqsanları yetərincədir. Və zaman-zaman da bu nöqsanlara qarşı normalda yanlışların müəllifləri belə mübarizə aparırlar, aparmalıdırlar. Yəni hansısa vəzifədə olan şəxsin özü də maraqlı olmalıdır ki, məsələn, müxtəlif səbəblərdən narazı saldığı bir ünvandan xəbərdar olsun. Bəlkə də xəbəri olmayıb və bu baxımdan mətbuatın xidməti dəyərlidir.

Bir sözlə, Qaradağ Yük Stansiyasının rəisi Məhərrəm Məmmədov öz vəzifəsində şərəflə çalışır. İnanırıq ki, Məhərrəm Məmmədovu bundan sonrada daim uğur yanında olacaq və Qaradağ Yük Stansiyasının problemlərinin istiqamətində lazımı addımlarını atacaqdır. Ən azından gürülən işlər bunu deməyə əsas verir.

Azərbaycan iqtisadiyyatının inkişafında çox mühüm rol oynayan Azərbaycan Dəmir Yolu beynəlxalq və regional layihələrdə iştirak etməklə öz infrastrukturunu qoruyub saxlayır.

Bu baxımdan Dəmir Yolunun vaqon parkının yenilənməsi istiqamətində atılan mühüm addımlar olduqca təqdirəlayiqdir. Yük daşımalarına olan tələbatın ödənilməsi, xidmətin səviyyəsinin daha da yüksəldilməsi, əlavə yüklərin cəlb olunması və daşınan yüklərin mənzil başına təhlükəsiz şəraitdə çatdırılması üçün texniki vasitələrin yeniləşdirilməsi zamanın tələbidir. Bu həm də əlavə valyuta resurslarının Azərbaycan iqtisadiyyatına yönəldilməsi deməkdir.

Azərbaycanda ilk dəmir yolunun çəkilməsi və sonradan inkişaf etdiriməsi birbaşa neft daşınması ilə əlaqədar olmuşdur. Abşeronda neftin olması qədim zamanlardan bəlli idi. Bakı nefti uzun müddət sistemsiz üsulla çıxarılmış və əsasən Azərbaycanda, onun daşındığı Yaxın və Orta Asiya ölkələrində, Rusiya və Hindistanda işıqlandırma və müalicə üçün istifadə edilmişdir.

Belə bir üsul olduqca baha başa gəlirdi və neft işinin gələcək inkişafına ciddi maneə,əngəl yaradırdı. Bakının neft sənayeçiləri daha çox gəlir götürmək üçün dəmir yolu xəttlərinin və boru kəmərlərinin çəkilməsində olduqca maraqlı idilər. Beləliklə,mübaliğəsiz demək olar ki, Bakıda və Azərbaycanda dəmir yolunun çəkilməsinin əsil səbəbkarı Bakı nefti və onun sənaye emalı məsələsi olmuşdur. Belə ki, neft sahibkarlarının mədənlərlə neftayırma zavodları arasında dəmir yolunun çəkilməsi haqqında dəfələrlə Nazirlər Komitəsinə müraciətlər etmişdilər. Nəhayət ki, onların təkidli tələbləri öz bəhrəsini verir. Nazirlər Komitəsinin çar II Aleksandrın iştirakı ilə 1878-ci il iyunun 16-da keçirilən iclasında neft sahəsində dəmir yolunun tikintisi layihəsi təsdiq olunur. 25, 2 verst uzunluğunda olan dəmir yolunun çəkilməsi isə "Poti-Tiflis" dəmir yolu cəmiyyətinə həvalə edilir. Cəmiyyət bir il altı ay ərzində xətlərin inşa edilməsini üzərinə götürür. Tikintiyə rəhbərlik mühəndis Krubetsə tapşırılır. Az bir vaxtda Bakıya tikinti üçün lazım olan materiallar və avadanlıqlar göndərilir. 1878-ci ilin dekabr ayında Krubetsin şəhər rəhbərliyinə göndərdiyi məktubda bildirir ki, Qara şəhərdə avadanlıqların saxlanılması üçün əlavə anbarların tikinlməsinə böyük ehtiyac var.

Azərbaycanın yaxın keçmişi istər dəmir yolu, istərsə də bütövlükdə respublika iqtisadiyyatı üçün ağır sınaq illəri ilə müşayiət olundu. Əvvəllər keçmiş İttifaqa daxil olan ölkələr arasında mövcud olan iqtisadi əlaqələrin kəsilməsi dəmir yolunun işinə də mənfi təsir göstərdi. Bu, daşıma həcminin kəskin surətdə azalması və yolun maliyyə-iqtisadi vəziyyətinin pisləşməsinə gətirib çıxardı. Azərbaycanın Dağlıq Qarabağ ətrafında iğtişaşa cəlb edilməsi vəziyyəti daha da ağırlaşdırdı.

Böyük öndərin qayğısı ilə dəmir yolunda həyata vəsiqə alan yenilikləri sadalamaqla qurtarmaq olmaz. Xüsusi olaraq vurğulamaq lazımdır ki, Azərbaycan Dövlət Dəmir Yolunun inkişafının ən sürətli və parlaq dövrü ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi 1969-2003-cü illəri əhatə edir. 1969-cu ildə ilk dəfə respublika rəhbərliyinə gələn Heydər Əliyevin şəxsi fəaliyyəti sayəsində bütün respublika iqtisadiyyatında olduğu kimi dəmir yolu nəqliyyatında da əsaslı dəyişikliklərə və köklü inkişafa təkan verildi.

Dəmiryolçuların sosial rifah halının yaxşılaşdırılması istiqamətində əməli tədbirlər görülmüşdür. Yol rəhbərliyi və Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsi birgə səyi ilə son illər ərzində dəmiryolçuların sosial müdafiəsinin gücləndirilməsi, sağlamlıqlarının qorunması və istirahətinin təşkili istiqamətində bir çox layihələr həyata keçirilib.

"Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2016-cü illərdə inkişafına dair Dövlət Proqramı dəmir yolunun inkişafı üçün geniş imkanlar açır. Ulu öndər Heydər Əliyevin müəyyən etdiyi və möhtərəm Prezidentimiz cənab İlham Əliyevin uğurla davam etdirdiyi iinkişaf strategiyası nəticəsində «Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyəti dünyanın inkişaf etmiş ölkələrinin dəmir yolları arasında özünün layiqli yerini tutacaqdır.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər