Misirdə qadın paltarı geyinmiş İŞİD yaraqlısı həbs edildi

Misirdə qadın paltarı geyinmiş İŞİD yaraqlısı həbs edildi
















O, yarqlıların Sinay yarımadasındakı dəstəsindən qaçmaq istəyirdi

Misirdə Əl-Ariş şəhəri yaxınlığında hökumət qoşunları tərəfindən İŞİD qruplaşmasının yaraqlısı yaxalanıb.

Bu barədə “Daily Mail” nəşri məlumat yayıb.

Məlumata görə, hərbçilər terrorçunu Qahirədən 200 mil şimali-şərqdə Şimali Sinay əyalətində həbs ediblər.

Yaraqlı qadın paltarı geyinib, çarşaba bürünüb. Onun yaraqlıların Sinay yarımadasındakı dəstəsindən qaçmaq istədiyi ehtimal edilir.

Saxlanılan terrorçunun şəkili “Jihad threat monitor” portalının “Tvitter”ində dərc edilib.

“Misir əsgərləri İŞİD-in qadın paltarı geyinən üzvü ilə şəkil çəkdirdilər”, - fotoya şərhdə yazılıb.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər