Hava Nəqliyyatında Baş Gömrük İdarəsində Sadiq Abduyev yolu

Hava Nəqliyyatında Baş Gömrük İdarəsində  Sadiq Abduyev yolu











Müstəqil Azərbaycan Respublikası ilə həmyaşıd olan Dövlət Gömrük Komitəsi ötən müddət ərzində sürətli inkişaf yolu keçmiş, hazırda ölkəmizdə dünya standartlarına uyğun gömrük xidməti formalaşmışdır. Bu gün Azərbaycan Gömrük Xidməti mükəmməl hüquqi bazaya, inkişaf etmiş infrastruktura malik olmaqla ölkədə fiskal siyasəti uğurla həyata keçirir, onun quru, hava və dəniz yollarında iqtisadi mənafeyini və təhlükəsizliyini layiqincə qoruyur, qaçaqmalçılığa qarşı ciddi mübarizə aparır. Gömrük xidmətində həyata keçirilən kompleks tədbirlərdən biri də gömrük nəzarətinin təşkili və təkmilləşdirilməsi, eləcə də bu nəzarətin səmərəliliyinə zərər vurmadan onun sadələşdirilməsidir. Bu istiqamətdə Dövlət Gömrük Komitəsinin digər aidiyyəti strukturları kimi, Hava Nəqliyyatında Baş Gömrük İdarəsində də bir sıra yeniliklər həyata keçirilir və şübhəsiz ki, görülən işlər ölkə ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilir. Bu yaxınlarda Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsi Heydər Əliyev Beynəlxalq Hava Limanında malların üzərində gömrük rəsmiləşdirilməsinin aparılması üzrə müraciət qaydaları və qeydiyyat məsələlərini tənzimləyən yeni texnoloji sxemin tətbiqinə başlamışdır. Məqsəd gömrük işi sahəsində prosedurların sadələşdirilməsi və şəffaflığın, eyni zamanda, istər ölkə, istərsə də əcnəbi vətəndaşlara göstərilən gömrük xidmətinin keyfiyyətinin artırılması və onların rahatlığının təmin edilməsidir. Bununla əlaqədar ətraflı məlumat almaq üçün DGK Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Sadiq Abduyevə müraciət etdik. Baş İdarənin rəisi öncə vurğulamışdır ki, son illər ölkəmizdə gömrük sisteminin yenidən qurulması sahəsində görülən mühüm işlər, onun maddi-texniki bazasının əhəmiyyətli dərəcədə möhkəmləndirilməsi, eləcə də gömrük işini nizamlayan qanunvericilik bazasının gücləndirilməsi dövlət başçısının həm Azərbaycan gömrüyünün daim təkmilləşdirilməsi, həm də ölkə vətəndaşlarının rifah halının daha da yaxşılaşdırılmasına göstərdiyi diqqət və qayğının bariz nümunəsidir.
Azərbaycan Respublikasının gömrük sərhədindən keçirdikləri malları bəyan etmək üçün sözügedən elektron gömrük xidmətindən istifadə etməklə dəyərli vaxtlarına qənaət etmiş olurlar. Bunun üçün gömrük bəyannaməsini doldurmaq, çap etmək və sərhəddəki gömrük əməkdaşına təqdim etmək lazımdır. Onu da nəzərə çatdıraq ki, e-Gömrük layihəsinin bu komponenti DGK Hava Nəqliyyatında Baş Gömrük İdarəsində pilot layihə olaraq həyata keçirilir. Bu yaxınlarda isə DGK Hava Nəqliyyatında Baş Gömrük İdarəsi “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti ilə razılaşdırılmaqla Heydər Əliyev Beynəlxalq Hava Limanında malların üzərində gömrük rəsmiləşdirilməsinin aparılması üzrə müraciət qaydaları və qeydiyyat məsələlərini tənzimləyən yeni texnoloji sxem tətbiq etmişdir. Hazırda sözügedən hava limanında sərnişinlər uçuş-minik qeydiyyatı zonasına birbaşa daxil olur, burada qeydiyyatdan keçir və baqaj yüklərini təhvil verirlər. Həmin yüklər isə sərnişin və gömrük əməkdaşları arasında təmas olmadan gömrük baxışından keçirilir və təyyarələrə daşınır. Lakin sərnişinlərin üzərində və ya yüklərində bəyan edilməsi zəruri olan əşyalar varsa, onlar uçuş-minik qeydiyyatından əvvəl gömrük nəzarətinə təqdim olunmalıdır. Yəni, bu halda gömrük rəsmiləşdirilməsi bölməsinə sərnişin bəyannaməsi təqdim edilir, aparılan yüklər arasında qadağan edilən və ya məhdudlaşdırılan əşyalarla bağlı məsələlər həllini tapdıqdan sonra sərnişinlər uçuş-minik qeydiyyatından keçirlər. Uçuş-minik qeydiyyatından sonra isə sərnişinlər əl yükləri ilə gömrük nəzarəti zonasına daxil olur və burada da sərnişinlər və onların əl yükləri müvafiq qaydada gömrük yoxlamasından keçirilir. Xatırladaq ki, bunadək sərnişinlər və onların yükləri üzərində gömrük nəzarəti uçuş-minik qeydiyyatından əvvəl həyata keçirilirdi. Bu isə yerlərdə müəyyən narahatlıq və əlavə çətinliklər yaradır, eyni zamanda, təkrar yoxlamalar vətəndaşlar və gömrükçülər arasında münasibətlərdə bəzi anlaşılmaz məqamların yaranmasına səbəb olurdu. Onu da qeyd edək ki, Heydər Əliyev Beynəlxalq Hava Limanında gömrük nəzarəti zonasına daxil olan bütün sərnişinləri müvafiq prosedur qaydalarla, o cümlədən, qadağan edilən və ya məhdudlaşdırılan əşyaların siyahısı ilə yaxından tanış etmək üçün Azərbaycan, ingilis və rus dillərində məlumat lövhələri yerləşdirilmişdir. Eyni zamanda, bu məlumatlandırma işi “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin yerüstü xidmət kompaniyaları tərəfindən uçuş-minik qeydiyyatı zamanı həyata keçirilir. Həmçinin bütün sərnişinlərin rahatlığını təmin etmək məqsdilə burada sərnişin bəyannaməsinin Azərbaycan, ingilis və rus dillərində həm elektron, həm də adi qaydada doldurulmasına imkan yaradılmışdır. Bir daha xatırladaq ki, Heydər Əliyev Beynəlxalq Hava Limanında tətbiq edilən yeni texnoloji sxemdə məqsəd həm ölkə, həm də əcnəbi vətəndaşlara göstərilən gömrük xidmətinin keyfiyyətini artırmaq və onların rahatlığını təmin etməkdir. Lakin onu da nəzərə çatdıraq ki, müvafiq prosedur qaydalara riayət etməyən şəxslər qanunvericiliklə məsuliyyət daşıyır və hüquqpozmalara yol verən şəxslərə qarşı müvafiq tədbirlər görülür.


Hava Nəqliyyatında Baş Gömrük İdarəsində  Sadiq Abduyev yolu
Hava Nəqliyyatında Baş Gömrük İdarəsində  Sadiq Abduyev yoluБесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər