Dövlət Sosial Müdafiə Fondunun Gədəbəy rayon şöbəsinin bugünki uğuru Zöhrab Əhmədovun adı ilə bağlıdır

Dövlət Sosial Müdafiə Fondunun Gədəbəy rayon şöbəsinin bugünki uğuru   Zöhrab Əhmədovun  adı ilə bağlıdır












Xalqımızın ümummilli lideri Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyasının Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində ölkəmizdə sosial-iqtisadi inkişaf daha da sürətlənmiş, respublikamız regionda siyasi və iqtisadi güc mərkəzinə çevrilmişdir. Həyata keçirilən müxtəlif dövlət proqramları ölkə həyatının bütün sahələrində sürətli inkişafı təmin etmiş, əhalinin sosial müdafiəsinin gücləndirilməsinə, rifahının daha da yaxşılaşdırılmasına geniş imkanlar açmışdır.
Bu inkişafda özünəməxsus yeri olan və bir çox inkişaf parametrlərinə görə ölkəmizin iqtisadi rayonları içərisində öncül yer tutan Gədəbəy rayonunda həyata keçirilən çoxşaxəli quruculuq işləri, özəl sektorun sürətli inkişafı, yeni iş yerlərinin yaradılması, yaradılan ciddi maliyyə nizam-intizamı bütün sahələrdə, o cümlədən Gədəbəy rayon Dövlət Sosial Müdafiə Fondunun əhatə etdiyi sahələrdə əsaslı nailiyyətlərin əldə olunmasını təmin etmişdir.

Gədəbəy rayon Dövlət Sosial Müdafiə Fondu yarandığı gündən bu günə qədər müəyyənləşdirilmiş vəzifələrin yüksək səviyyədə reallaşdırılması üçün bütün bacarığını sərf etmiş və bunların öhdəsindən lazımınca gəlməyə çalışmışdır. Fəaliyyət göstərdiyi müddət ərzində Gədəbəy rayon Dövlət Sosial Müdafiə Fondunun fəaliyyət dairəsi genişlənmiş, fəaliyyətini xarakterizə edən sosial-iqtisadi göstəricilərdə kəskin artım müşahidə olunmuş, Fondun orqanları tərəfindən məcburi dövlət sosial sığortasına cəlb olunan hüquqi və fiziki şəxslərin sayı artmış, muxtar respublikada uğurlu sığorta-pensiya sistemi qurulmuş, işləyən vətəndaşların fərdi uçotu sistemi yaradılmışdır.

Gədəbəy rayon Dövlət Sosial Müdafiə Fondunun maddi-texniki bazasının yaxşılaşdırılması pensiyaların vaxtlı-vaxtında ödənilməsi, yaşlı təbəqəyə yüksək səviyyədə xidmət göstərilməsi, müraciətlərə yüksək səviyyədə baxılması, sığortaolunanlardan məcburi dövlət sosial sığorta haqlarının vaxtlı-vaxtında yığılmasının təmin edilməsi baxımından xüsusi əhəmiyyət kəsb etmişdir.

Sığorta-pensiya sahəsində həyata keçirilən genişmiqyaslı tədbirlərin keyfiyyət səviyyəsini artırmaq məqsədilə Fond tərəfindən kadr potensialına xüsusi diqqət yetirilmişdir. Bu məqsədlə Fond daxili kadr islahatı aparılmış, kadrların nəzəri və təcrübi biliklərinin artırılması istiqamətində zəruri tədbirlər görülmüşdür.

Azərbaycan Respublikasının Prezidenti tərəfindən imzalanan müvafiq sərəncamlara əsasən əmək pensiyalarının dəfələrlə artırılması əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması baxımından xüsusi əhəmiyyət kəsb etmişdir. Bütün bunların nəticəsində də əmək pensiyaçılarının orta aylıq pensiyasının məbləği artmışdır.

Ötən dövr ərzində vətəndaşlardan daxil olan ərizə və sorğuların araşdırılması, vətəndaşlara qanunamüvafiq cavabların verilməsi, vətəndaşların yüksək səviyyədə qəbulunun təşkili nəzarətdə saxlanılan əsas məsələlərdən biri olmuşdur. Çoxlu sayda vətəndaş Fond və onun yerli orqanlarında pensiya təyinatı, ödənişi ilə bağlı qəbul edilmiş, onların tələbləri araşdırılmış və qanunamüvafiq həll edilmişdir. Bəzi zəruri problemlərin vaxtında həll edilməsi ilə əlaqədar vətəndaşlardan daxil olan ərizələrin və qəbula gələnlərin sayı əvvəlki dövrlərlə müqayisədə kəskin azalmışdır. Bunun Başlıca səbəbkarı Dövlət Sosial Müdafiə Fondunun Gədəbəy rayon şöbəsinin rəhbəri Zöhrab Əhmədovdur.

Əsası əbədi liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş sosial-iqtisadi kursun Azərbaycan Respublikasında və onun ayrılmaz tərkib hissəsi olan Gədəbəy rayonu uğurla davam etdirilməsi sığorta-pensiya sahəsində müsbət nəticələrin daha da artırılmasına və vətəndaşlara yüksək səviyyədə xidmət göstərilməsinə əlverişli şərait yaradacaqdır.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər