Mirəli Şixəliyev: Azərbaycan yüksək sürətlə inkişaf edərək güclü dövlətə çevrilib

Mirəli Şixəliyev: Azərbaycan yüksək sürətlə inkişaf edərək güclü dövlətə çevrilib















Qeyd ki, Bakuxeber.info olaraq biz Sumqayıt Mero-da olduq. Müşahidə zamanı gördük ki, burada hər şey öz qaydasında gedir. İmtahanlar çox düzgün şəkildə aparılır. Ona görə də biz Sumqayıt şəhəri 1 saylı rayonlararası qeydiyyat-imtahan şöbəsinin rəisi Mirəli Şixəliyevə bir neçə sual ünvanladıq


Sual: BC üçün imtahandan kəsildiyim gün ikinci imtahanı verə bilərəmmi?

Cavab: Sorğunuza cavab olaraq bildiririk ki, müvafiq qanunvericiliyə uyğun olaraq nəqliyyat vasitələrinin idarə edilməsi üçün tədris müəssələrində hazırlıq keçmiş şəxslər, təkrar nəzəri və təcrübi imtahanlara 7(yeddi) gündən tez buraxıla bilməz.

Sual: Mən bilmək istəyirəm ki, sürücülük vəsiqəsi almaq üçün hər hansı məktəbə müraciət etmişəmsə əvvəlcə rüsum ödəmək tələb olunurmu? Bir də imtahanda 10 sualdan minimum neçəsinə düzgün cavab vermək tələb olunur?

Cavab: sürücülük vəsiqəsi almaq istəyən şəxslər müvafiq kateqoriya üzrə tədris kurslarını bitirməli (rüsumların ödənilməsi barədə məlumatı öyrənmək üçün tədris kurslarına mürasiət etməyiniz tövsiyə olunur) və müəyyən edilmiş qaydada tibbi müayinədən keçməlidirlər. Kursların bitirilməsi haqqında şəhadətnamə, tibbi müayinə arayışı və şəxsiyyət vəsiqəsi Azərbaycan Respublikası DİN Baş DYP İdarəsinin Qeydiyyat İmtahan məntəqəsinə (pasport qeydiyyatında olduğu ərazi üzrə) yol hərəkəti qaydaları üzrə nəzəri və nəqliyyat vasitələrini idarəetmə vərdişləri üzrə təcrübi imtahanları vermək üçün təqdim olunur.

Yol hərəkəti qaydaları üzrə nəzəri imtahanı vermək üçün ən azı doqquz suala cavab vermək lazımdır.

Sual: Sürücülük vəsiqəsi alan şəxs hansı müddətə qədər adina maşın olmadıqda vəsiqə etibarsız sayılır? Belə bir qayda varmı?

Cavab: adınıza avtomobilin olub-olmamasından asılı olmayaraq sürücülük vəsiqəsinin etibarlılıq müddəti sürücülük vəsiqəsində göstərilən müddətə qədərdir.

Suallarımızı cavablandırdığınız üçün sizə təşəkkür edirik.

İndi isə Sumqayıt şəhəri 1 saylı rayonlararası qeydiyyat-imtahan şöbəsi rəisi Mirəli Şixəliyevin dövlətçiliyimizlə bağlı fikirlərini təqdim edirik:

Bu gün Azərbaycan, sözün əsl mənasında, tam müstəqil siyasət yürüdən ölkədir. Bu gün müstəqil Azərbaycan dövlətinin öz siyasi dəst-xətti, dövlətçilik siması, in­ki­şaf yolu vardır

Danılmaz həqiqətdir ki, hər bir xalqın və döv­lətin taleyində, xüsusən də onun inkişaf mərhələsinə qədəm qoyduğu bir zamanda bö­yük nüfuza malik liderə ehtiyac duyulur. Bu gün ulu öndər Heydər Əliyev irsinin layiqli da­vam­çısı kimi Prezident İlham Əliyevin müəl­lif­liyi ilə müasir Azərbaycan tarixinin şanlı səhi­fəsi yazılır.
Son illərdə dövlətə rəhbərlik fəaliy­yətinin bütün məqamları arasında qırılmaz bağlılığa, məntiqi ardıcıllığa nail olunmuş, Azərbaycanda dövlət idarəçiliyinin özünəməx­sus mükəmməl sistemi formalaşdırılmış, bu sis­temin xalqın mənafeyinə uyğun intensiv fəaliy­yəti təmin edilmişdir.
Ötən illərdə uğurla gerçəkləşdirilən sosial-iqtisadi islahatların nəticəsi olaraq respub­li­ka­mız dünyanın sürətli inkişaf yolunda irəliləyən, qlobal maliyyə-iqtisadi böhrandan uğurla çıxan, özünəməxsus milli inkişaf modelini yaradan dövlətlərindən biri kimi tanınır. Artıq keçid döv­rünü geridə qoyan respublikamızın iqtisadi in­kişafı son illərdə keyfiyyətcə yeni mərhələyə qə­dəm qoymuşdur ki, bu mərhələdə də əsas məqsədlərdən biri uzunmüddətli perspektivə öl­kədə dinamik sosial-iqtisadi inkişafın davam­lı­lığını təmin etməkdir.
Həm ölkə daxilində gedən proseslər, həm də Azərbaycanın dünya ölkələrilə ikitərəfli və çox­formatlı əlaqələrinin daim genişlənməsi demə­yə əsas verir ki, indiyədək aparılmış və bu gün də davam etdirilən siyasi kurs düzgün istiqa­mət­dədir. Son on il ərzində görülən işlərin miq­yası, Azərbaycanın dinamik və hərtərəfli tərəq­qisi naminə qəbul edilən və uğurla həyata keçi­ri­lən qlobal dövlət proqramları, onların real nəticələri, ölkəmizin dünya birliyində öz möv­qelərini daha da möhkəmləndirməsi bu həqiqəti bir daha təsdiqləyir.

Son on ildə Azərbaycan dövləti­nin si­yasi və iqtisadi müstəqilliyi daha da möh­kəm­ləndi, ölkəmizin dünyadakı nüfuzu artdı. Döv­lət başçısının uğurlu fəaliyyət modeli bütün dün­ya­nın qabaqcıl ölkələri tərəfindən qəbul olun­du. Azərbaycan regionun lider dövlətinə çev­rildi. Həyata keçirilən qlobal və regional la­yi­hələr öl­kə­mizin dünyaya inteqrasiyasını sürətləndirdi. Güclü xalq, güclü dövlət, güclü lider vəhdəti son on ildə müasir müstəqil Azər­baycanın de­vi­zi­nə çevrildi. Həyata keçirilən in­ki­şaf kon­sep­siyasını hər bir azərbaycanlı öz hə­yatında hiss etməyə başladı. Çünki dövlət si­ya­sətinin mərkəzində Azərbaycan vətəndaşı da­yan­dı.
Keçilən yolu, qazanılan nailiyyətləri xa­tır­lamaq gərəkli idi: çünki görülən işlər görü­lə­cək işlərin zəminidir. Bu inkişaf qa­çılmazdır və onun di­na­mikasının daha da yük­sələcəyi tam əsaslan­dırılıb. Tək bir şərt var: müstəqillik yolundan dön­məmək! O cümlədən, Dağlıq Qarabağ mü­naqişəsinin həlli də Prezi­den­tin fəaliyyət prio­ritetidir: illərin bu dəyiş­məz hədəfi artıq qar­şıdakı illərdə real nəticə­lərini verməlidir.

Dövlət üçün iqtisadi müstəqillik ən vacib faktorlardandır. Prezident İlham Əliyev hələ illər öncə bunun təmini üçün siyasət formalaş­dırdığını belə vurğulayıb: “İqtisadi müstəqilliyin yaradılması mənim üçün Prezident kimi ən vacib məsələlərdən biri idi”. Bir sözlə, Azər­baycan Prezidenti iqtisadi inkişafı sırf müstəqil siyasətin məntiqi nəticəsi kimi dəyərləndirir və bunu siyasi müstəvidə həyata keçirilən işlərə kömək edən vacib amil sayır. Dövlət başçısı İlham Əliyevin cəmiyyətə, dünyaya mesajları dolğun, hərtərəfli və əsaslandırılmışdır. Prezi­dent xalqına gələcəyə nikbinliklə baxmağı tövsiyə edir, Azərbaycanın daha güclü dövlət olacağını bildirir; xalqın növbəti etimadının ona yeni təşəbbüslər irəli sürməyə stimul verdiyini vurğulayır. Şübhəsiz, geridə qalan zaman ərzində bu missiyanın da uğurla həyata keçəcəyinə şahid olacağıq. Necə ki, ötən illər kontekstində Prezident İlham Əliyevin sözünə də, əməlinə də, fəaliyyətinə də tam qiymət vermək müm­kündür.

Mirəli Şixəliyev,
Sumqayıt şəhəri 1 saylı rayonlararası qeydiyyat-imtahan şöbəsinin rəisi
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər