Rusiyada güllələnən azərbaycanlı Lənkərandandır

Rusiyada güllələnən azərbaycanlı Lənkərandandır
















O, əvvəllər məhkum olunubmuş

Rusiyanın Leninqrad vilayətinin Tosnenski rayonunun Yam-İjora qəsəbəsində güllələnən azərbaycanlı Lənkəran rayonunun Cil kəndindəndir.

Fevralın 3-də Leninqradski küçəsi, 10 ünvanında yerləşən “Arqo” kafesinin yanında saxladığı "Mercedes-Benz" markalı avtomobilində qətlə yetirilən 42 yaşlı Elçin Heydərovun əvvəllər məhkum edildiyi də məlum olub.

"Chevrolet Lacetti" markalı avtomobildə qeyd olunan ünvana gələn şəxslər "Mercedes-Benz"ə atəş açmağa başlayıblar. Daha sonra isə onlar hadisə yerindən uzaqlaşıblar. 6 güllə yarası alan Elçin Heydərov yerindəcə dünyasını dəyişib.

Faktla bağlı Rusiya hüquq-mühafizə orqanları tərəfindən cinayət işi açılıb. Hadisənin motivlərinin müəyyənləşdirilməsi və qətli törətmiş şəxslərin yaxalanması istiqamətində zəruri istintaq tədbirləri görülür.

Qeyd edək ki, Elçin iki qardaşı Yalçın və Rafiq Heydərovlarla birlikdə bir sıra cinayət əməli törətməkdə təqsirli bilinərək 2011-ci ildə həbs olunub. O, məhkumluq həyatını başa vurduqdan sonra yaşadığı Nikolsk şəhərində biznes fəaliyyəti ilə məşğul olurmuş.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər