Piyadanın ölümü ilə nəticələnən yol qəzası oldu-Ucarda

Piyadanın ölümü ilə nəticələnən yol qəzası oldu-UcardaUcarda piyadanın ölümü ilə nəticələnən yol - nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə axşam saatlarında Bakı- Qazax əsas magistral yolunun Ucar rayonunun Qaradağlı kəndindən keçən hissəsində qeydə alınıb.
"Mercedes" markalı minik maşını yolu keçən piyada, rayonun Qaradağlı kənd sakini, 1983-cü il təvəllüdlü Səmədov Vüsal Vaqif oğlunu vurub.

Ağır xəsarətlər alan piyada hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı Baş Dövlət Yol Polisinin İstintaq və Təhqiqat Şöbəsində araşdırma aparılır.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников