Rusiyada erməni biznesmenlər güllələndi

Rusiyada erməni biznesmenlər güllələndi

















Maşından Qafqaz əsilli beş nəfər çıxıb

Rusiyanın Leninqrad vilayətində Şlisselburq qaraj korporativinin ərazisində yerləşən avtoservisdə baş verən silahlı atışma zamanı iki erməni biznesmeni öldürülüb.

“Novosti Armenii” xəbər verir ki, atışma zamanı daha üç nəfər yaralanıb.

İstintaq hadisənin yanvarın 31-də baş verdiyini, atəş səslərinin saat 20:00 radələrində eşidildiyini müyyən edib.

Atışmadan əvvəl hadisə yerinə “blatnoy 444” nömrəsi olan qara “Mercedes” markalı maşın gəlib. Maşından Qafqaz əsilli 5 nəfər düşüb və daha sonra atışma başlayıb.

"Gələnlər avtoservisdə olanları güllələyiblər. Bir nəfər yerindəcə öldü. Avtoservisdə olanlar da həmçinin silahlı olub. Onlar travmatik silahdan hücum edənlərə atəş açırdılar”, - deyə hadisənin şahidi bildirib.

Hələlik polislər hadisə yerini müayinə ediblər, rayon xəstəxanasına “Mercedes” avtomobilində başından yaralanan cavan şəxs gətirilib və reanimasiya şöbəsinə yerləşdirilib.

Güllə yarası ilə daha bir nəfər travmatologiya bölməsinə çatdırılıb. Öldürülən şəxslərin kimliyi müəyyən edilib. Bütün zərər çəkənlər Ermənistandan gəlmədir.

Həmçinin kömək üçün Peterburqun Aleksandrovsk xəstəxanasına başından güllə yarası alan erməni soyadıyla 50 yaşlı kişi müraciət edib. Atışmada təxminən on nəfərin iştirak etdiyi bildirilir.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər