Nazim Abbasov: Şirkətimiz müasir iş üslubuna uyğun insan və texniki resurslara malikdir

Nazim Abbasov: Şirkətimiz müasir iş üslubuna uyğun insan və texniki resurslara malikdir


Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, "Nant" MMC -nin rəhbəri Nazim Abbasovdur.

"NANT" MMC 2002-ci ildə təsis olunmuşdur. Şirkətimizin əsas profili ərzaq məhsullarının Azərbaycana idxalı və distribusiyasıdır. “NANT” MMC Rusiyanın, İndoneziyanın, Cənubi Koreyanın, Yunanıstanın, Ukraynanın aparıcı istehsal şirkətlərinin rəsmi distribyutorudur. Şirkətin mərkəzi ofisi və anbarı Bakı şəhərində yerləşir. Bundan əlavə regionlarda 6 filialımız və Naxçıvanda bir sub distribyutorumuz mövcuddur. Filiallarımız bunlardır: Bakı, Gəncə, Lənkəran, Quba, Mingəçevir, və Sabirabad. Hər bir filialın öz anbarı və məhsulların satış nöqtələrinə vaxtında çatdırılması üçün öz avtoparkı mövcuddur. Məqsədimiz idxal etdiyimiz məhsulları Azərbaycanın bütün bölgələrində yerləşən hər bir satış nöqtəsinə çatdırmaqdır. Bunun üçün güclü satış komandamız mövcuddur. Anbarlarımız, portfelimizdə olan bütün növ məhsulların saxlama şəraitini tam şəkildə təmin edir. Şirkətimiz müasir iş üslubuna uyğun insan və texniki resurslara malikdir. Satışın təşkili zamanı ən son İT texnologiyalarından istifadə edilir. Hal hazırda şirkətimizdə 400-dən çox əməkdaşımız çalışır. Bizim şirkət hər bir biznes təklifini müzakirə etməyə hazırdır. Məhsullarımızın tez və əlverişli şəraitdə çatdırılmasında nəqliyyat vasitələrimiz mühüm rol oynayır. Məhsulların distribusiyasını təşkil etmək üçün müxtəlif ölçülü 52 yük avtomobilimiz mövcuddur.

"Nant" MMC -nin rəhbəri Nazim Abbasov böyük müəllimi və idealı olan Heydər Əliyev kimi layiqli insanlara dəyər verməkdən zövq alır!

Nazim Abbasov yüksək texniki biliyi və təhsili olan, yüksək iqtisadi, siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir!

Nazim Abbasov ani və düzgün qərar qəbul edən nadir insanlardandı!

Prezident İlham Əliyevdən nümunə götürən Nazim Abbasovun böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədi!

Nazim Abbasov insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!

Nazim Abbasov bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun "Nant" MMC kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!

"Nant" MMC -nin rəhbəri Nazim Abbasov - Dövlətimizin 44 günlük əks hücum əməliyyatlarını müvəffəqiyyətlə başa vurdu . Vətən müharibəsi bizim böyük zəfərimizlə bitti. Zəfərimizə mənəvi məna verən isə 28 il işğal altında olan torpaqlarımızı,xüsusilə siyasi və strateji əhəmiyyət daşıyan Şuşa şəhərinin hərbi döyüşlərlə azad edilməsi oldu.Beləliklə,Azərbaycan son 2 əsrlik tarixində ilk dəfədir ki, müharibədən ərazi itkisi ilə yox,ərazi bütövlüyünü bərpa edərək çıxır. Azərbaycan ordusunun əldə etdiyi tarixi zəfər dövlət və xalqın mənafeyi baxımından xüsusi əhəmiyyətə malikdir. Uzun illərdən bəri düşmən tapdağı altında qalmış torpaqlarımızın işğaldan azad edilməsi ilk növbədə Azərbaycan xalqının özünə inamını qaytardı, xalqın öz liderinə, onun gücünə etibarını daha da möhkəmləndirdi. Sirr deyildir ki, bu xoşbəxtliyi,bu qüruru bizə Ali Baş Komandan İlham Əliyev və rəşadətli Azərbaycan ordusu yaşatdı. Bu müharibə Azərbaycan xalqının, onun liderinin, şanlı ordumuzun gücünü bütün dünyaya nümayiş etdirdi. Qeyd edim ki, Müzəffər Ali Baş komandan İlham Əliyev vətən müharibəsində şəhidlik zirvəsinə ucalanların ailə üzvlərinə bu haqq savaşında şanlı zəfər qazanan qüdrətli Azərbaycan Ordusunun hərbçilərinə, qazilərinə daim xüsusi diqqət və qayğı göstərir. Bu qəbildən olan vətəndaşlarımızın sosial müdafiəsinin möhkəmləndirilməsi, o cümlədən mənzil, fərdi ev və avtomobillərlə təmin edilməsi istiqamətində həyata keçirilən kompleks tədbirlər bunun bariz nümunəsidir.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər