Mahir Fətəliyev: Xaçmaz bələdiyyəsi öz fəaliyyətində mühüm amilləri əsas götürərək şəhərin yeni inkişaf və quruculuq planlarına uyğun şəkildə abadlaşdırılması sahəsində fəal iştirak etmişdir

Mahir Fətəliyev: Xaçmaz bələdiyyəsi öz fəaliyyətində mühüm amilləri əsas götürərək şəhərin yeni inkişaf və quruculuq planlarına uyğun şəkildə abadlaşdırılması sahəsində fəal iştirak etmişdir


Xaçmaz bələdiyyəsi şəhərin abadlaşdırılmasındafəal iştirak edib

Hər il olduğu kimi Xaçmaz bələdiyyəsi fəaliyyətini Prezident cənab İlham Əliyevin Fərman və Sərəncamlarına, bələdiyyələrlə bağlı Azərbaycan qanunvericiyinə, tövsiyələrinə və bələdiyyənin 2019-cu il İş planına uyğun həyata keçirmişdir.

Mövcud qanunvericiliyə və təsdiq edilmiş İş planına əsasən hər ay bələdiyyəmizin ümumi iclasları keçirilmiş, baxılmış məsələlərlə bağlı qərarlar qəbul edilmiş və icrası təmin edilmişdir. Baxılmış məsələlər arasında sosial-maliyyə məsələləri, təmir-tikinti və abadlıq işləri, Xaçmaz şəhər sakinlərinin imkanlarımız daxilində müraciətlərini nəzərə alaraq küçə divarlarının suvaqlanması, rənglənməsi, bəzək işləri və təmir işləri görülmüşdür.

Xaçmaz bələdiyyəsi öz fəaliyyətində bu mühüm amilləri əsas götürərək şəhərin yeni inkişaf və quruculuq planlarına uyğun şəkildə abadlaşdırılması sahəsində fəal iştirak etmişdir.

Xaçmazlılar 2019-cu ildə öz əksini tapmamış nöqsanların aradan qaldırılması üçün 2020-ci ildə daha yaxşı işləmək üçün Xaçmaz bələdiyyəsinin adından söz verir və öz fəaliyyətimizi Azərbaycan Respublikası Qanunları üzərimizə qoyduğu və Xaçmaz RİH baçısının tövsiyyəsi və seçicilərimizin tələblərini nəzərə alaraq bütün qüvvəmizi səfərbər edərək öhdəsindən gəlməyə çalışacayıq.


Xaçmaz şəhəri gündən-günə gözəlləşir. Şəhərin təmiz qalmasında, parkların, fontanların, tarixi abidələrin qorunub saxlanmasında, təmirində, daha geniş layihələrin həyata keçirilməsində Xaçmaz bələdiyyəsinin əzmlə işləməsi üçün əmlak və torpaq vergilərinin vaxtında ödənilməsinin təmin olunmasında yaxından köməklik göstərməyinizi xahiş edirik!

Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Xaçmaz bələdiyyəsinin sədri Mahir Fətəliyevdir.

Mahir Fətəliyev 1967-ci ilin iyulun 1-də Xaçmaz şəhərində anadan olub.

1984 -cü ildə orta məktəbi bitirdikdən sonra Xaçmaz rayonu “Bakı” sovxozunda əmək fəaliyyətinə başlayıb.

1985-1987-ci illərdə SSRİ-nin Almaniya olan Qoşunlarnda hərbi xidmətdə olub.

M.Fətəliyev 1989-cu ildə Rusiya Federasiyası Tümen vilayəti Serov şəhərində olan Vaxruşev adına Dağ-Mədən İnstitutuna daxil olub.

1990-cı Moskva Dövlət Açıq Univeritetinə köçürülən M.Fətəliyev qiyabi yolla adıçəkilən universiteti 1996-cı ildə uğurla bitirib.

Gənc yaşlarında idmanla məşğul olan M.Fətəliyev təkbətək idman növlərində bir sıra nailiyyətlər əldə edib.

“Qara kəmər” sahibidir.

1991-1993-cü illərdə Xaçmaz rayonundakı idman təşkilatlarında çalışıb.

Uzun müdddət gənclərin idman hazırlığı ilə məğul olub.

Bir müddət Rusiya Federasiyasında fəaliyyətdə olan “Orbit” firmasının baş direktoru vəzifəsində çalışıb.

2010-cu ildə M.Fətəliyev Azəbaycan Texniki Universitetinin Nabran İstirahət mərkəzinin direktoru vəzifəsində çalışıb.

2014-cü ildə ilk dəfə bələdiyyə seçkilərinə qatılıb və üzv seçilib.

2015-ci ilin yanvarından Xaçmaz Bələdiyyəsinin sədridir.


Xaçmaz bələdiyyəsinin sədri Mahir Fətəliyev peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır.
Şərəfli vəzifəyə yiyələnən Mahir Fətəliyev bu işin müqəddəsliyini qoruyub saxlayır. Mahir Fətəliyev kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.

Sorğu apardıq ağız dolusu Mahir Fətəliyevdən danışdılar yaxşı ki, Mahir Fətəliyev Xaçmaz bələdiyyəsinin sədri təyin olunub… Mahir Fətəliyev öz isguzarlığı ilə tanınır və seçilir….

Mahir Fətəliyev Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.

Heç bir qüvvə Mahir Fətəliyevi heç vaxt əqidəsindən döndərə bilməz.

Mahir Fətəliyev böyük müəllimi və idealı olan Heydər Əliyev kimi layiqli insanlara dəyər verməkdən zövq alır!

Mahir Fətəliyev yüksək texniki biliyi və təhsili olan, yüksək iqtisadi, siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir!

Mahir Fətəliyev ani və düzgün qərar qəbul edən nadir insanlardandı!

Prezident İlham Əliyevdən nümunə götürən Mahir Fətəliyevin böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədi!

Mahir Fətəliyev insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!

Mahir Fətəliyev bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun Xaçmaz bələdiyyəsinin sədri kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!

Xaçmaz bələdiyyəsinə sədr gəldiyi gündən Mahir Fətəliyev vəzifəsini daşıdığı Xaçmaz bələdiyyəsində görülən işlərin siyahısına nəzər salanda isə həyata keçirilən genişmiqyaslı işlərin bariz nümunəsini görmək olar.

Ona etibar edilən bütün işlərdə Mahir Fətəliyev özünü doğruldub. Bizdə hörmətli Mahir Fətəliyevi dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.!
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər