Xaçmaz rayonunun ictimai-siyasi, sosial-iqtisadi, mədəni həyatında da böyük inkişaf baş verib

Xaçmaz rayonunun ictimai-siyasi, sosial-iqtisadi, mədəni həyatında da böyük inkişaf baş verib










Seçimi doğruldan arqumentasiya

Məlum olduğu kimi, şəhər və rayon icra hakimiyyətlərinin başçılarını təyin etmək dövlət başçısının sərəncamında olan məsələdir. Prezident İlham Əliyevin kadr siyasətinin təhlili göstərir ki, heç bir seçim arqumentsiz deyil, bütün siyasi kurs, aparılan islahatlar olduğu kimi, bu dəyişikliklər də elmi və praktik bazaya, ciddi arqumentlərə əsaslanır.
Bəs gəlin görək Şəmsəddin Xanbabayevin Xaçmaz rayonuna təyin olunması hansı səbəblərdən təsadüfi deyil və nəyə görə xaçmazlıları qane edir?

Birincisi, Şəmsəddin Xanbabayev Xaçmaz üçün yeni kadr deyil, o Xaçmaz rayonunu tanıyan, regionun və region əhalisinin problemləri ilə tanış olan şəxsdir. Bu səbəbdən də o, idarə və strukturlarının rəhbərlərini tanımaq üçün aylarla vaxt itirməyib. Bu, o deməkdir ki, yolun yarısı qət olunub – birbaşa həllini gözləyən məsələlərin üstünə getmək, xaçmazlıları narahat edən problemləri həll etmək daha az vaxt alacaq.

İkincisi, Şəmsəddin Xanbabayev işləyən, qurub-yaradan kadr kimi tanınır. Bu mənada onun digər vəzifələrdə gördüyü işləri, xatirlatmaq bəs edər.

Üçüncüsü, Başçı yerli əhalinin tanıdığı və hörmət etdiyi adamdır. Şəmsəddin Xanbabayev ötən illərdə bu əhalinin simpatiyasını qazana bilib. Bu isə başçıya yerli əhali ilə iki ampuluada dialoq qurmağa imkan verəcək: icra başçısı və “yaxşı insan” olan Şəmsəddin Xanbabayev. Belə fonda işləmək, yerli problemləri həll etmək, regionun potensialını realizə etmək, beləliklə də dövlət başçısının təyinat zamanı qarşıya qoyduğu problemləri daha çevik həll etmək mümkündür.
Görünür, kadr seçimində bütün bu detallar dəyərləndirilib.


•Naxçıvanlıdır amma Xaçmaz rayonunu yaxşı tanıyır, problemləri yaxşı bilir, əhaliyə daha çox can yandırır

•Yerli əhalinin xarakterik xüsusiyyətlərini bilir, dil tapmaq daha rahat olub Şəmsəddin müəllim üçün.


Vəzifəyə təyin olunan şəxsin ilk növbədə idarəçilik qabiliyyəti olmalıdır. Hər bir dövlət məmuru ilk növbədə ölkə prezidentinin etimadını doğrultmalıdır. Daim ulu öndər Heydər Əliyevin siyasi kursuna sadiq olmalıdır. İcra Hakimiyyətinin başçıları yerlərdə prezidentin nümayəndəsi sayılırlar. Əgər İcra Hakimiyyətinin başçısı prezidentin siyasətini doğru yerinə yetirərsə, xalq da onu sevəcək. Ona görə də yerlərdə olan rəhbər işçilər məsuliyyətlərini anlamlıdırlar və hər kəs öz yerində müəyyən mənada prezident İlham Əliyev olmağı bacarmalıdır. Belə olduğu halda xalqla ölkə rəhbərliyi arasında hər zaman isti münasibətlər yaranar. Çünki icra başçılarını prezident vəzifəyə ona görə təyin edib ki, onun etimadını doğrulda, xalqa xidmət edə, insanların problemləri ilə məşğul ola.

Xaçmaz rayonunun ictimai-siyasi, sosial-iqtisadi, mədəni həyatında da böyük inkişaf baş verib

Azərbaycan sürətli inkişaf yolundadır. Bunun əyani sübutu ölkəmizin iqtisadiyyatının inkişafı, əhalinin maddi rifah halının yüksək həddə çatması, xarici sərmayənin total şəkildə məmləkətimizə axını, habelə regionların davamlı və analoqu olmayan hədd yüksəlməsidir. Aydın məsələdir ki, bütün bunlar Ulu Öndər Heydər Əliyevin miras qoydugu və onun layiqli davamçısı Cənab Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasətin məntiqi nəticəsidir.

Respublikamızın hər yerində olduğu kimi, ölkəmizin şimal qapısı sayılan Xaçmaz rayonunun ictimai-siyasi, sosial-iqtisadi, mədəni həyatında da böyük inkişaf baş verib. Azərbaycanın bölgələrinin, o cümlədən Xaçmaz rayonunun tərəqqiyə qovuşmasının əsasında ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi dayanır. Regionların sosial-iqtisadi inkişafı Dövlət proqramları bölgələrdə həyat səviyyəsinin daha da yaxşılaşmasında mühüm rol oynayıb.

Xülasə, ölkə başçısının tapşırıqlarına dərhal əməl edən və bu zaman nöqsana yol verməyən, üzərinə düşən işin məsuliyyətini dərk edən Şəmsəddin Xanbabayevin gərgin əməyi nəticəsində bu gün Xaçmaz rayonu sürətli inkişaf baxımından digər rayonlardan heç də geri qalmır. Son illər ərzində rayonda həm pambıqçılıq, həm təhsil, həm səhiyyə, həm iqtisadiyyat, həm də digər sahələr üzrə ciddi nailiyyətlərə imzanın atılması bunun bariz sübutudur. Bütün bunlar həmçinin, onu göstərir ki, inamla gələcəyə, tərəqqiyə doğru irəliləyən Xaçmaz rayonu regionun mərkəzinə çevrilməkdədir.

Bizdə hörmətli Şəmsəddin Xanbabayeva dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.

Hesabat yığıncağında Prezident Administrasiyasının məsul əməkdaşı Habil Əzənmədov, Xaçmaz Rayon İcra Hakimiyyəti başçısı Şəmsəddin Xanbabayev, rayonun idarə, təşkilat, müəssisə, xidmət sahə rəhbərləri, eləcə də ictimaiyyət nümayəndələri iştirak etmişdir. Keçirilən yığıncağı giriş sözü ilə açan Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev bildirib ki, ölkənin davamlı inkişafının təmin olunmasında möhtərəm Prezident cənab İlham Əliyevin həyata keçirdiyi sosial-iqtisadi siyasət, o cümlədən, bu siyasətin prioritet istiqamətlərindən olan iqtisadiyyatın şaxələndirilməsi həlledici rol oynayır. Möhtərəm Prezident cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq son illərdə Xaçmaz rayonunda aparılan abadlıq-quruculuq istiqamətində görülən işlərin şəhər sakinləri tərəfindən rəğbətlə qarşılandığını vurğulayan Şəmsəddin Xanbabayev deyib ki, rayonda reallaşdırılan müxtəlif layihələr əhalinin hər bir sahədə mövcud olan problemlərini həll etmişdir.

2019-cu ilin ilk rübündə rayon İcra Hakimiyyəti Başçısının aparatı, onun şöbələri, hüquq-mühafizə orqanları ilə birlikdə Respublika Prezidentinin Qərar, Fərman və Sərəncamlarını və ölkə daxilində həyata keçirilən siyasi xətti əldə rəhbər tutaraq ,rayonda iqtisadi inkişafı sürətləndirmək, ictimai-siyasi sabitliyi qorumaq , qanunların icrasını təmin etmək üçün məqsədyönlü tədbirlər həyata keçirilmişdir. Cari ilin ilk rübündə görülmüş işlər haqqında Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının birinci müavini İlhamə Nəzərova məruzə edərək bildirmişdir ki, hesabat dövrü rayonumuz üçün də bir sıra hadisələrlə əlamətdar olmuş, kifayət qədər böyük həcmli tikinti-quruculuq, abadlıq işləri görülmüşdür.

Xaçmaz rayonunun ictimai-siyasi, sosial-iqtisadi, mədəni həyatında da böyük inkişaf baş verib





İlhamə Nəzərova bildirmişdir ki, 2019-cu ilin ilk rübündə. rayon üzrə ümumdaxii məhsulun həcmi 76,6 mln manat, sənaye məhsulunun həcmi 26,9 mln manat, kənd təsərrüfatı məhsullarının ümumi həcmi 16,32 mln manat, əhaliyə göstərilən pullu xidmətlərin həcmi 15,02 mln manat, pərakəndə əmtəə dövriyyəsi 93,22 mln manat, əsas kapitala yönəlmiş investisiyaların həcmi 25,23 mln manat, adambaşına düşən pul gəlirləri 429,6 manat, orta aylıq əmək haqqı 375,8 manat təşkil etmişdir. Nəqliyyat sektorunda da xidmətlərin həcmi 1,98 mln manat, rabitə xidmətlərinin isə həcmi 0,42 mln manat müəyyən olunmuşdur. Hesabat dövründə ümumi sahəsi 10658 m² olan mənzil tikilib istifadəyə verilmişdir.

Rayon iqtisadiyyatının əsası kənd təsərrüfatıdır. 2019-cu ilin 1-ci rübü üçün bütün təsərrüfat subyektləri daxil olmaqla 25009,4 ha sahədə taxıl əkilmişdir ki, bunun da 19223,4 hektarı buğda və 5786 hektarı arpa məhsuludur. Bu da ötən dövrün müvafiq müddəti ilə müqayisədə 107.4% artım deməkdir. Taxılçılıqla baglı məsələ daim diqqətə alınmalıdır. Çünki, ərzaq təhlükəsizliyi ilə, xüsusilə taxılçılıqla bağlı görüləcək tədbirlər idxaldan asılılığı azaltmalı və ixracyönümlü məhsulların həcmini artırmalıdır.

Son dövr ərzində 21478 ha meyvə bağları salınmış, 431,5 ha sahədə tərəvəz əkilmişdir. Hazırda kənd təsərrüfatında yaz-tarla işləri həyata keçirilir. Tərəvəz və bostan bitkilərinin məhsuldarlığının artırılması üçün torpaqda aqrotexniki tədbirlər görülür. Habelə parniklərdə yetişdirilmiş şitillərin sahələrə köçürülməsinə hazırlıq işləri görülür. Rayonda mövcud tərəvəz istixanalarında bol məhsul istehsal edilmişdir ki, istehsal olunmuş yüksək keyfiyyətli məhsullar ölkə xarici ənənəvi bazarlara ixrac olunmuşdur. Cari ilin ilk rübündə 1646 fermer subyekti 2045 ton mineral gübrə ilə təmin olunmuşdur.

Hesabat ilinin ən diqqət çəkən inşaat nümunələrindən biri də tikintisi artıq tamamlanmaq üzrə olan “Saatlar Qülləsi”dir. Qüllədə uşaq əyləncə mərkəzi və müşahidə məntəqəsi fəaliyyət göstərəcək. Səkkiz mərtəbəli qüllə şəhərin girişində yerləşən “Çənlibel” parkına əlavə gözəllik verəcəkdir. Qüllənin hər birinin sahəsi 100 kvadratmetr olan ilk 4 mərtəbəsi uşaqların ixtiyarına veriləcək. Yuxarı mərtəbələr isə şəhəri müşahidə etmək üçün nəzərdə tutulub. Parkda dincələnlər burada quraşdırılan durbinlər vasitəsilə uzaq məsafədə yerləşən mənzərələri də seyr edə biləcəklər. Qüllənin mərkəzində isə hər tərəfdən görünən 4 saat quraşdırılıb.

İlhamə Nəzərova bildirmişdir ki, 2019-cu il möhtərəm Prezidentimizin müvafiq Sərəncamına əsasən “Nəsimi ili” elan olunmuşdur. Bu məqsədlə Çənlibel Parkında Saatlar Qülləsinin önündə dahi Azərbaycan şairi İmadəddin Nəsimin 5 metr hündürlüyündə abidəsi ucaldılmışdır ki, bu da gələcək nəsillərin formalaşan bədii fikrində dərin iz qoyacaqdır.

Xaçmazı bu gün parklar və muzeylər şəhəri adlandırmaq olar. Çünki, ötən dövrdə rayonda ümumi sahəsi 20 hektara yaxın olan 7 park salınıb.Bundan əlavə rayonun Xudat şəhərində 40 yerlik uşaq bağçası üçün hal-hazırda yeni bina tikilməkdədir.Bu ilin dekabr ayından tikintisinə başlanılan birmərtəbəli bağçanın ümumi sahəsi 1600 kvadratmetrdir. Qısa müddətdə uşaq bağçası balacaların rahatlığını, istirahətini və ilkin biliklərə yiyələnmələrini təmin etmək üçün lazımi inventarla təchiz olunacaqdır. Burada müxtəlif yaş qrupları üçün məşğələ və yataq otaqları, yeməkxana, həyətdə isə istirahət guşələri yaradılması nəzərdə tutulmuşdur.Bağçanın bu ilin may ayında istifadəyə verilməsi nəzərdə tutulub. Bu yeni tikili rayonumuzun balaca sakinlərinin təlim-tərbiyəsinə xidmət edəcəkdir.

Hesabat dövründə tikintisi davam etdirilən inşaat nümunələrindən biri Xaçmazda 400-dən çox şagirdin təhsil alacağı yeni məktəb binasıdır. Bəybala Rəsulov adına Xaçmaz şəhər 5 nömrəli tam orta məktəb üçün inşa olunan 432 şagird yerlik yeni bina iki mərtəbədən ibarət olması nəzərdə tutulub. Tikinti işləri 0.5 ha ərazidə aparılır. 50 il öncə tikilən köhnə məktəb binasının istismara yararsız vəziyyətə düşməsi yeni binanın inşasını zəruri edib. Yeni məktəb binasının həyətində qazanxana və su çənləri də inşa olunacaqdır. Otuz sinif otağından ibarət olacaq tədris ocağında bütün fənn kabinetləri, kitabxana, kompüter otağı, akt və idman zalları fəaliyyət göstərəcəkdir. Təhsil müəssisəsi müasir istilik və işıqlandırma sistemi ilə təchiz olunması da nəzərdə tutulmuşdur.Eyni zamanda, cənab İlham Əliyevin 2 fevral 2018-ci il tarixli Sərəncamı ilə rayonumuzda daha 4 modul tipli məktəb binalarının-Alıcqışlaq kənd tam orta və Qaracəlli kənd ümumi orta, Cığatay və Ərəb kənd ibtidai məktəblərinin quraşdırılması işi davam etdirilir. Qısa müddət ərzində həmin məktəblər təhsil ictimaiyyətinin istifadəsinə veriləcəkdir. Onu da qeyd etmək lazımdır ki, hal-hazırda Xudat şəhər 1 №-li tam orta mıəktəbin yeni binasının tikintisi üçün ilk hazırlıq işləri aparılmaqdadır.

Ötən dövr ərzində rayondaxili yerli əhəmiyyətli yolların asfaltlanması işi diqqətdə saxlanılmış, Heydər Əliyev Prospektində geniş ərazinin yeni asfalt örtüyü ilə təmin olunması və piyada səkilərinə yeni beton bardyurların düzülməsi işi artıq yekunlaşdırılmaq üzrədir. Cari hesabat dövründə Xudat-Nabran avtomobil yolunun 25 km hissəsinin yeni asfralt örtüyü ilə üzlənməsi işinə artıq başlanılmış və qısa müddət ərzində yekunlaşdırılması nəzərdə tutulmuşdur.

Başa vurduğumuz 2019-cu ildə rayonun infrastruktur təminat sahələrində bir sıra mühüm işlər görülmüşdür. Möhtərəm Prezidentimizin göstərişinə əsasən rayonun bir çox yaşayış məntəqələrində qazlaşma işi artıq yekunlaşdırılmışdır. Xaçmaz Xidmət sahəsi əhali qrupu üzrə 35794 abonentə, qeyri-əhali üzrə isə 682 abonentə xidmət göstərir. Hal-hazırda rayon mərkəzi, Xudat şəhəri, 12 qəsəbə və 98 kənd təbii qazla təmin olunur. 2019-cu ilin 3 ayı ərzində rayon ərazisində 426 yeni yaşayış evi qazlaşdırılaraq məişət qaz sayğacları ilə təmin olunmuş, Hacıəlibəy kəndində 326 yaşayış evinə təbii qazın verilməsi ilə əlaqədar açılış mərasimi keçirilmişdir.

Sonda Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev tərəfindən qarşıda duran vəzifələr ilə bağlı aidiyyatı təşkilatlara müvafiq göstəriş və tapşırıqlar verilmişdir.



Xaçmaz rayonunun ictimai-siyasi, sosial-iqtisadi, mədəni həyatında da böyük inkişaf baş verib
Xaçmaz rayonunun ictimai-siyasi, sosial-iqtisadi, mədəni həyatında da böyük inkişaf baş verib
Xaçmaz rayonunun ictimai-siyasi, sosial-iqtisadi, mədəni həyatında da böyük inkişaf baş verib
Xaçmaz rayonunun ictimai-siyasi, sosial-iqtisadi, mədəni həyatında da böyük inkişaf baş verib
Xaçmaz rayonunun ictimai-siyasi, sosial-iqtisadi, mədəni həyatında da böyük inkişaf baş verib
Xaçmaz rayonunun ictimai-siyasi, sosial-iqtisadi, mədəni həyatında da böyük inkişaf baş verib
Xaçmaz rayonunun ictimai-siyasi, sosial-iqtisadi, mədəni həyatında da böyük inkişaf baş verib
Xaçmaz rayonunun ictimai-siyasi, sosial-iqtisadi, mədəni həyatında da böyük inkişaf baş verib
Xaçmaz rayonunun ictimai-siyasi, sosial-iqtisadi, mədəni həyatında da böyük inkişaf baş veribБесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər