Gözəlləşən Azərbaycan silsiləsindən - Xaçmaz şəhəri

Gözəlləşən Azərbaycan silsiləsindən - Xaçmaz şəhəri


Xaçmaz rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev Dədəli kəndində sakinlərin növbəti səyyar qəbulunu keçirib

Gözəlləşən Azərbaycan silsiləsindən - Xaçmaz şəhəri

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı cənab Şəmsəddin Xanbabayevin növbəti səyyar qəbul-görüşü keçirildi. Səyyar qəbul-görüşdə rayon icra hakimiyyəti başçısı aparatının məsul işçiləri, rayon bələdiyyəsinin və xidmət sahələrinin rəhbərləri və sakinlər iştirak etdilər.

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, yerlərdə mütəmadi səyyar qəbul və görüşlər keçirildiyini qeyd edib və belə görüşlərin, əhalini narahat edən problemlərin yerində öyrənib operativ həllində önəmli məqsəd daşıdığını bildirib.

Qəbul zamanı əhalini maraqlandıran məsələlər ətraflı dinlənilmiş, bir sıra məsələlərin həlli ilə bağlı yerindəcə aidiyyəti şəxslərə lazımi tapşırıqlar verilmiş, digər məsələlərlə bağlı isə müvafiq dövlət qurumlarına müraciət edilməsi qərara alınmışdır.
Gözəlləşən Azərbaycan silsiləsindən - Xaçmaz şəhəri
Gözəlləşən Azərbaycan silsiləsindən - Xaçmaz şəhəri


Xaçmazda çox böyük abadlıq işləri aparılır. Siz xaçmazlılar bunu yaxşı görürsünüz və bütün bu işlərin iştirakçılarısınız. Bu, məni çox sevindirir. Yeni gözəl binalar tikilir, köhnə binalar təmir edilir. Mən görürəm ki, xaçmazlılar və yerli icra orqanları bu işlərə çox böyük məhəbbətlə, zövqlə yanaşırlar. Çox istəyirlər ki, Xaçmaz daha da gözəlləşsin. Ancaq onu da deyə bilərəm ki, bu gün Xaçmaz Azərbaycanın ən gözəl şəhərlərindən biridir. Mən ölkəmizin bütün yerlərində olmuşam. Elə bir yer yoxdur ki, orada olmayım. Bəzi yerlərdə dəfələrlə olmuşam. Əlbəttə, deyə bilərəm ki, son illər ərzində Xaçmazda abadlıq işlərinə göstərilən diqqət öz nəticəsini verir. Siz xaçmazlılar haqlı olaraq fəxr edə bilərsiniz ki, şəhəriniz gözəlləşir, abadlaşır. Hazırda həm abadlıqla, həm infrastruktur layihələri ilə bağlı həyata keçirilən layihələr gələcəkdə daha da yaxşı vəziyyətə gətirib çıxaracaqdır.

Prezident İlham Əliyev


Azərbaycan sürətli inkişaf yolundadır. Bunun əyani sübutu ölkəmizin iqtisadiyyatının inkişafı, əhalinin maddi rifah halının yüksək həddə çatması, xarici sərmayənin total şəkildə məmləkətimizə axını, habelə regionların davamlı və analoqu olmayan hədd yüksəlməsidir. Aydın məsələdir ki, bütün bunlar Ulu Öndər Heydər Əliyevin miras qoydugu və onun layiqli davamçısı Cənab Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasətin məntiqi nəticəsidir.

Respublikamızın hər yerində olduğu kimi, ölkəmizin şimal qapısı sayılan Xaçmaz rayonunun ictimai-siyasi, sosial-iqtisadi, mədəni həyatında da böyük inkişaf baş verib. Azərbaycanın bölgələrinin, o cümlədən Xaçmaz rayonunun tərəqqiyə qovuşmasının əsasında ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi dayanır. Regionların sosial-iqtisadi inkişafı Dövlət proqramları bölgələrdə həyat səviyyəsinin daha da yaxşılaşmasında mühüm rol oynayıb.

Xülasə, ölkə başçısının tapşırıqlarına dərhal əməl edən və bu zaman nöqsana yol verməyən, üzərinə düşən işin məsuliyyətini dərk edən Şəmsəddin Xanbabayevin gərgin əməyi nəticəsində bu gün Xaçmaz rayonu sürətli inkişaf baxımından digər rayonlardan heç də geri qalmır. Son illər ərzində rayonda həm pambıqçılıq, həm təhsil, həm səhiyyə, həm iqtisadiyyat, həm də digər sahələr üzrə ciddi nailiyyətlərə imzanın atılması bunun bariz sübutudur. Bütün bunlar həmçinin, onu göstərir ki, inamla gələcəyə, tərəqqiyə doğru irəliləyən Xaçmaz rayonu regionun mərkəzinə çevrilməkdədir.

Bizdə hörmətli Şəmsəddin Xanbabayeva dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.
Gözəlləşən Azərbaycan silsiləsindən - Xaçmaz şəhəriGözəlləşən Azərbaycan silsiləsindən - Xaçmaz şəhəriGözəlləşən Azərbaycan silsiləsindən - Xaçmaz şəhəriGözəlləşən Azərbaycan silsiləsindən - Xaçmaz şəhəriGözəlləşən Azərbaycan silsiləsindən - Xaçmaz şəhəriGözəlləşən Azərbaycan silsiləsindən - Xaçmaz şəhəriGözəlləşən Azərbaycan silsiləsindən - Xaçmaz şəhəriGözəlləşən Azərbaycan silsiləsindən - Xaçmaz şəhəriБесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər