Cəmilə xanım Xanməmmədova: Uşaqlara qayğı ölkənin gələcəyinə qayğıdır

Cəmilə xanım Xanməmmədova: Uşaqlara qayğı ölkənin gələcəyinə qayğıdır


Qaradağ rayon 4 saylı Birləşmiş Uşaq Xəstəxanasının Baş həkimi Cəmilə xanım Xanməmmədova - Ölkəmizdə baş verən sürətli iqtisadi inkişaf bütün sosial sahələrin, o cümlədən səhiyyənin inkişafına da əsaslı təkan vermişdir. Tam inamla demək olar ki, son illərdə dünya standartlarına uyğun inkişaf yolu tutmuş Azərbaycan səhiyyəsinin nüfuzu nəzərəçarpacaq dərəcədə artmışdır.

Azərbaycanda həyata keçirilən strategiyanın əsas prioritetlərindən biri də uşaqların sağlam, firavan böyüməsi, gələcəklərinin tam təmin olunmasına xüsusi diqqət və qayğı göstərilməsidir.

Uşaqlara, xüsusilə, xəstə və kimsəsizlərə diqqət və qayğıdan söhbət açanda Heydər Əliyev Fondunun bu sahədəki yorulmaz fəaliyyəti xüsusi vurğulanmalıdır. Xəstə uşaqlarla bağlı Heydər Əliyev Fondu tərəfindən təkcə Azərbaycanda deyil, dünyanın müxtəlif ölkələrində həyata keçirilən tədbirlər əsl mərhəmət və humanistlik nümunəsidir.

Azərbaycan səhiyyəsinin 20 il əvvəlki və indiki vəziyyətinin müqayisəolunmaz şəkildə dəyişdiyini kimsə inkar edə bilməz. Məlumdur ki, müstəqilliyimizin ilk illərində müharibə şəraitində yaşayan ölkəmiz iqtisadi çətinliklər içində boğulurdu. Xüsusilə səhiyyədə vəziyyət ürəkaçan deyildi. Lazımi tibbi avadanlıqlar, dərman çatışmırdı. Xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyevin uzaqgörənliyi və nüfuzu sayəsində beynəlxalq qurumlar Azərbaycana kömək etməyə başladılar. Ardıcıl surətdə həyata keçirilən profilaktik tədbirlər sayəsində Azərbaycanda yoluxucu xəstəliklərin yayılmasının qarşısı alındı.

Ulu öndərin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin diqqət və qayğısının nəticəsində Azərbaycanın səhiyyə sistemində aparılan uğurlu islahatların, tibb müəssisələrinin maddi-texniki bazanın təkmilləşdirilməsinin, təchizat və kadr hazırlığı ilə bağlı görülmüş işlərin bəhrəsini bu gün hər birimiz öz həyatımızda hiss edirik. Görülən işlər əhalinin dövlət tibb müəssisələrinə inamını getdikcə artırır.


Cəmilə xanım Xanməmmədova Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.

Heç bir qüvvə Cəmilə xanım Xanməmmədova heç vaxt əqidəsindən döndərə bilməz. Cəmilə xanım Xanməmmədova böyük müəllimi və idealı olan Heydər Əliyev kimi layiqli insanlara dəyər verməkdən zövq alır! Cəmilə xanım Xanməmmədova yüksək texniki biliyi və təhsili olan, yüksək iqtisadi, siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir! Cəmilə xanım Xanməmmədova ani və düzgün qərar qəbul edən nadir insanlardandı! Cəmilə xanım Xanməmmədovanın böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədi! Cəmilə xanım Xanməmmədova insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır! Cəmilə xanım Xanməmmədova bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun Qaradağ rayon 4 saylı Birləşmiş Uşaq Xəstəxanasının Baş həkimi kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər