Müsədin Namazov bir memar olaraq hər zaman öz üzərində çalışır, daim yeniliyə can atır və iştirakçısı olduğu bütün layihələrə öz dəsti-xəttini qoyur

Müsədin Namazov bir memar olaraq hər zaman öz üzərində çalışır, daim yeniliyə can atır və iştirakçısı olduğu bütün layihələrə öz dəsti-xəttini qoyur


İnsan öz əqidəsini elan kimi divardan asmamalıdır. Müsədin Namazovu tanıyanlar tanıyır, tanımayanlar üçün ərz edim ki, o vətəni, dövləti, xalqı uğrunda tər tökən əqidə adamıdır.

Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, FHN TTNDA “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutunun direktoru Müsədin Namazovdur.

Azərbaycan Respublikası Memarlar İttifaqı Rəyasət Heyəti Katibliyinin 04 nömrəli qərarı ilə Azərbaycan Memarlar İttifaqının yaradılmasının 70 illik yubileyi ilə əlaqədar olaraq Azərbaycan Respublikası Memarlar İttifaqı üzvünün “Fəxri Nişanı” (2008-ci il);

Heydər Əliyevin anadan olmasının 85 illiyi münasibətilə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyində dövlət qulluğunda fərqləndiyinə və əldə etdiyi nailiyyətlərə görə “Fəxri Fərman” (2008-ci il);

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə "Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 10 illiyi (2005-2015)" yubiley medalı (2010-cu il);

Müsədin Namazov Azərbaycan Respublikası Prezidentinin 10 aprel 2012-ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikasında inşaat sahəsində səmərəli fəaliyyətinə görə “Tərəqqi” medalı ilə təltif edilmişdir.

Namazov Müsədin Əhməd oğlu Azərbaycanda memarlığın inkişafında xidmətlərinə görə “Əməkdar Memar” fəxri adı ilə təltif edilmişdir


M.Ə. Namazov 2011-ci ilin dekabrından 2012-ci ilin sentyabrına kimi Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin “Azərdövləttikintilayihə” DLİ İnstitutunun baş memarı vəzifəsində çalışmışdır.

O, 10 oktyabr 2012-ci ildən Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin “Azərdövləttikintilayihə” DLİ-nin direktoru təyin olunmuş və 2014-cü ilin may ayına kimi bu vəzifədə çalışaraq özünü səriştəli rəhbər kadr kimi təsdiq etmişdir.

Müsədin Namazov 2014-cü ilin may ayının 27-də Fövqəladə Hallar Naziri cənab Kəmaləddin Heydərovun əmri ilə “Azərdövlətlayihə” DBL İnstitutunun direktoru vəzifəsinə təyin olunub və artıq 2-ci ildir ki, 1986-cı ildə AzMİU-nu bitirib təyinatla gəldiyi və uzun illər çalışdığı “Azərdövlətlayihə” DBL İnstitutuna rəhbərlik edir.

M.Ə. Namazov bir memar olaraq hər zaman öz üzərində çalışır, daim yeniliyə can atır və iştirakçısı olduğu bütün layihələrə öz dəsti-xəttini qoyur.


FHN TTNDA “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutunun direktoru Müsədin Namazov peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır.
Şərəfli vəzifəyə yiyələnən Müsədin Namazov bu işin müqəddəsliyini qoruyub saxlayır. Müsədin Namazov kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.

Sorğu apardıq ağız dolusu Müsədin Namazovdan danışdılar yaxşı ki, Müsədin Namazov FHN TTNDA “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutunun direktoru təyin olunub… Müsədin Namazov öz isguzarlığı ilə tanınır və seçilir….

Müsədin Namazov Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.

Heç bir qüvvə Müsədin Namazovu heç vaxt əqidəsindən döndərə bilməz.

Müsədin Namazov böyük müəllimi və idealı olan Heydər Əliyev kimi layiqli insanlara dəyər verməkdən zövq alır!

Müsədin Namazov yüksək texniki biliyi və təhsili olan, yüksək iqtisadi, siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir!

Müsədin Namazov ani və düzgün qərar qəbul edən nadir insanlardandı!

Prezident İlham Əliyevdən nümunə götürən Müsədin Namazovun böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədi!

Müsədin Namazov insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!

Müsədin Namazov bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun FHN TTNDA “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutunun direktoru kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!

Ona etibar edilən bütün işlərdə Müsədin Namazov özünü doğruldub. Bizdə hörmətli Müsədin Namazovu dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər