Ramella xanım Məmmədova bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir

Ramella xanım Məmmədova bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir










Bakuxeber.info olaraq bu şərəfli insan - Füzuli rayon Təhsil Şöbəsinin müdiri xanım Ramella Məmmədova haqqında məqalə hazırlamağı özümüzə borc bildik.

Müdriklər demişkən, "xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür". Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Füzuli rayon Təhsil Şöbəsinin müdiri xanım Ramella Məmmədovadır.


Məmmədova Ramella Şahin qızı 15 noyabr 1958-ci ildə Füzuli rayonunun Qoçəhmədli kəndində anadan olub.1965-ci ildə Qoçəhmədli kənd orta məktəbinin I sinfinə gedib,1975-ci ildə həmin məktəbi bitirib.1977-ci ildə H.Zərdabi adına Gəncə Dövlət Pedaqoji İnstitutunun Filologiya fakultəsinə qəbul olub.1982-ci ildə həmin institutu bitirib və 1983-cü ildən Füzuli rayon 4№-li orta məktəbdə müəllim vəzifəsində çalışıb.2000-ci il dekabrın 1-dən ATİAHİ-nin Füzuli rayon komitəsinin sədr vəzifəsinə təyin edilib.2008-ci ildə Respublikanın Əməkdar Müəllimi fəxri adına layiq görülüb.2016-cı il yanvarın 15-dən Füzuli rayon Təhsil Şöbəsinin müdiri vəzifəsində işləyir.

İnsan öz əqidəsini elan kimi divardan asmamalıdır. Füzuli rayon Təhsil Şöbəsinin müdiri xanım Ramella Məmmədovanı tanıyanlar tanıyır, tanımayanlar üçün ərz edim ki, o vətəni, dövləti, xalqı uğrunda tər tökən əqidə adamıdır.

Ramella xanım Məmmədova Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Bu gün də rəhbərliyin sadiq vəzifə sahiblərindən biridir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.

Ramella xanım Məmmədova bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun Füzuli rayon Təhsil Şöbəsinin müdiri kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!

Ramella xanım Məmmədova üstünə düşən vəzifəni məsuliyyətlə yerinə yetirməyə çalışır. Belə ki, Ramella xanım Məmmədova dərs də dinləyir, məktəblərin təmiri, digər çatışmazlıqlarla da ciddi məşğul olur. Ramella xanım Məmmədova tədrisin səviyyəsinin yüksəldilməsi üçün maddi-texniki bazanın möhkəmləndirilməsini əsas amillərdən sayır. Bu tədris ilində də məktəblərdə müəllimləri ilə birgə bütün sinif otaqlarında olmuş, şagirdlərlə görüşmüş, tədrisin vəziyyətini yüksəltmək üçün təklif və tövsiyyələrini verməklə ayrı-ayrı siniflərdə dərslərdə olmuşdur.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər