Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun Arıçılıq Mərkəzinin rəisi Allahverdi Seyidov

Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun Arıçılıq Mərkəzinin rəisi Allahverdi Seyidov











İnsan öz əqidəsini elan kimi divardan asmamalıdır. Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun Arıçılıq Mərkəzinin rəisi Allahverdi Seyidovu tanıyanlar tanıyır, tanımayanlar üçün ərz edim ki, o vətəni, dövləti, xalqı uğrunda tər tökən əqidə adamıdır.

Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun Arıçılıq Mərkəzinin rəisi Allahverdi Seyidovdur.

Seyidov Allahverdi Kamil oglu 1958-ci il avqust ayının 4-də anadan olmuşdur.

1981-ci ildə S.Ağamalıoğlu adına «Şərəf Nişanı» ordenli Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu fərqlənmə diplomuilə bitirmişdir.

1982-1985-ci illərdə Azərbaycan Elmi-Tədqiqat Bağçılıq və Subtropik Bitkilər İnstitutunun əyani aspirantı olmuşdur.

1986-cı ildən kənd təsərrüfatı elmləri namizədi, 2006-cı ildən isə kənd təsərüffatı elmləri doktorudur. Əkinçilik ET İnstitutu nəzdindəki aqrar elmləri üzrə fəlsəfə doktorluğu və elmlər doktorluğu Dissertasiya Şurasının üzvüdür. AZƏRBAYCAN AQRAR ELMİ jurnalının redaksiya heyətinin üzvü, “Arıçılıq” Mərkəzinin ELMİ XƏBƏRLƏRİ jurnalının baş redaktoru, onlarla tədris-metodiki əsərlərin elmi redaktorudur. N.Gəncəvinin 870 illik yubileyinə həsr edilmiş «Tut ipəkqurdu genetik ehtiyatlarının milli kataloqu» və «Tut ipəkqurdu genetik ehtiyatlarının kataloqu» albomlarının (Azərbaycan, ingilis və rus dillərində) redaktoru və müəllifidir.

1975-ci ildə əmək fəaliyyətinə fəhlə kimi Ermənistan Respublikasının Kalinino rayonunun Evli kənd sovxozunda başlamışdır.

1985-1988-cı illərdə Azərbaycan Bağçılıq və Subtropik Bitkilər Elmi-Tədqiqat İnstitutunda kiçik elmi işçi, baş elmi işçi vəzifələrində çalışmışdır.

1988-1996-cı illərdə Azərbaycan Kənd Təsərrüfatı Akademiyasında baş elmi işçi, laboratoriya müdiri və asisistent işləmişdir.

2000-2010-cu illərdə Gəncə Dövlət Universitetinin müəllimi, elmi katibi vəzifələrində çalışmışdır.

2010-2015-ci illərdə R.Hüseynov adına Azərbaycan ET İpəkçilik İnstitunun direktoru vəzifəsində çalışmışdır.

2016-cı ildən isə ARKT–nin Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun direktor müavini, Arıçılq Mərkəzinin rəisidir.

2 albomun, 5 monoqrafiyanın, 1 dərsliyin, 2 dərs vəsaitinin, 2 metodiki vəsaitin, 2 metodiki tövsiyənin, 2 fənn proqramının və 80 elmi məqalə və tezislərin müəllifidir. Arıçılığın inkişafına dair beynəlxalq, respublika səviyyəli konfransların iştirakçısıdır.

2015 və 2016-cı illərdə «Arıçılığın inkişafına dair Azərbaycan-Türkiyə elmi əməkdaşlığı Toplantısı-I və II-nin» təşkilatçısıdır. Və eyni zamanda Azərbaycanda arıların süni mayalandırılmasının və Bozdağ Qafqaz arı cinsinin genofondunun Mərkəzdə toplanmasının təşəbbüskarıdır.

2009-cu ildə AR Təhsil Nazirliyinin «Azərbaycan Respublikasinin qabaqcil təhsil işçisi» döş nişanı, 2015-ci ildə isə AR Prezidentinin sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilmişdir.


Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun Arıçılıq Mərkəzinin rəisi Allahverdi Seyidov peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır.
Şərəfli vəzifəyə yiyələnən Allahverdi Seyidov bu işin müqəddəsliyini qoruyub saxlayır. Allahverdi Seyidov kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.

Sorğu apardıq ağız dolusu Allahverdi Seyidovdan danışdılar yaxşı ki, Allahverdi Seyidov Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun Arıçılıq Mərkəzinin rəisi təyin olunub… Allahverdi Seyidov öz isguzarlığı ilə tanınır və seçilir….

Allahverdi Seyidov Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.

Heç bir qüvvə Allahverdi Seyidovu heç vaxt əqidəsindən döndərə bilməz.

Allahverdi Seyidov böyük müəllimi və idealı olan Heydər Əliyev kimi layiqli insanlara dəyər verməkdən zövq alır!

Allahverdi Seyidov yüksək texniki biliyi və təhsili olan, yüksək iqtisadi, siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir!

Allahverdi Seyidov ani və düzgün qərar qəbul edən nadir insanlardandı!

Prezident İlham Əliyevdən nümunə götürən Allahverdi Seyidovun böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədi!

Allahverdi Seyidov insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!

Allahverdi Seyidov bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun Arıçılıq Mərkəzinin rəisi kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!

Ona etibar edilən bütün postlarda Allahverdi Seyidov özünü doğruldub. Bizdə hörmətli Allahverdi Seyidovu dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər