İradə xanım Gülməmmədovanın rəhbərliyin uğurlu seçimidir - ÖZƏL

İradə xanım Gülməmmədovanın rəhbərliyin uğurlu seçimidir - ÖZƏL










İradə Gülməmmədova vətəndaşların fərdi qəbulunu keçirdi

Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova bu gün vətəndaşların fərdi şəkildə qəbulunu keçirib. Rayon İcra Hakimiyyətinin binasında reallaşan qəbulda bir qrup rayon sakini iştirak edib. Vətəndaşlar tərəfindən səsləndirilən müraciətlər əsasən sosial problemlər, işlə təmin olunma, mübahisəli torpaq məsələsi və digər suallar barəsində olub.

Sakinlər tərəfindən qaldırılan məsələlər dinlənilib və həlli istiqamətində müvafiq addımlar atılıb.

Qəbulda bır sıra məsələlər yerindəcə həllini tapıb. Müəyyən zaman və vəsait tələb edən digər problemlər isə aidiyyatı qurumlar tərəfindən nəzarətə götürülüb.

İradə xanım Gülməmmədovanın rəhbərliyin uğurlu seçimidir - ÖZƏL

[b]Ölkə rəhbərinin tapşırıqlarına əsasən rayon ərazisində iqtisadi durumun yaxşılaşdırılması, dotasiyalardan asılılığın minimuma endirilməsi məqsədi ilə daxili imkanlardan istifadə etməklə sağlam biznes mühütünün formalaşdırılması, investisiyaların cəlb edilməsi, keçirilən tenderlərdə şəffaflığın təmin edilməsi, kiçik və orta sahibkarlığın inkişafı və əhalinin işgüzarlıq fəaliyyətinin artırılması üçün münbüt şəraitin yaradılması, kənd təsərrüfatında islahatların genişləndirilməsi, yerli infrastruktur layihələrinin icra olunması, yeni istehsal və emal müəssisələrinin açılması, məşğulluq səviyəsinin artırılması və əhalinin maddi rifahının yüksəldilməsi ilə bağlı əməli tədbirlər görülür.


İradə xanım Gülməmmədovanın rəhbərliyin uğurlu seçimidir - ÖZƏL











İradə xanım Gülməmmədovanın rəhbərliyi uğurlu olmuşdur. Bu əminlik isə yalnız sözdən ibarət deyil. İlk öncə bir qadın icra başçısnın rəhbərliyinin nə qədər effektli, uğurlu olmasına aydınlıq gətirək. Burada tam əminliklə demək olar ki, İradə xanım Gülməmmədova Abşeron rayonunda yaranmış ictimai-siyasi sabitliyi qoruyub saxlamqla yanaşı onu daha sosial harmoniya halına gətirib. Son iki ildə Abşeron rayonunda demək olar ki, hətta fərdi qaydada belə kəskin sosial narazılıq aksiyası müşahidə edilməyib. Baxmayaraq ki, Abşeron rayonu Azərbaycanın ən mürəkkəb rayonlarından biri hesab olunur. Abşeron rayonu ərazsində on minlərlə məcburi köçkünün məskunlaşması həmin mürəkkəbliyi daha da artırıb. Lakin, zamanında yaranan ictimai-siyasi sabitlik, sosial-iqtisadi inkişaf İradə xanımın rəhbərliyi dövründə sosial harmoniya qazanaraq yeni mərhələyə qədəm qoyub. Məhz bu məqam ilə İradə xanım bir qadının rəhbərliyinin uğurlu ola biləcəyini sübut edib. Yeri gəlmişkən bu gün bütün dünyada qadınların idarəetmədə önə çıxması müşahidə olunur. İndi belə rəy formalaşmağa başlayır ki, qadınlar cəmiyyətdə harmoniyanı təmin etmək baxımından kişilərdən daha üstün imkanlara malikdirlər. Yeri gəlmişkən Mehriban xanım Əliyevanın Birinci vitse-prezident təyin olunması da ölkə vətəndaşları tərəfindən cəmiyyətdə harmoniyanın təmin olunmasına yardım edəcək ən böyük amil kimi qiymətləndirilməsi təsadüfi deyildi. Bu sadəcə gender bərabərliyi deyil. Bu iqtidar-cəmiyyət, sosial qruplar və ən nəhayətdə insanlar arasında harmoniyanın bərqərar olması deməkdir.

İradə xanım Gülməmmədovanın rəhbərliyin uğurlu seçimidir - ÖZƏL







İradə Gülməmmədovanın Abşeron rayonunda ictimai münasibətlər sistemini daha da irəli götürərək harmoniya yaratmasında heç şübhəsiz ki, onun peşəsindən irəli gələn şəfqət hissi də az təsirini göstərməyib. Qeyd edək ki, İradə xanım ixtisasca həkimdir. Yeri gəlmişkən qeyd edək ki, Birinci vitese-prezident Mehriban xanım Əliyeva da ixtisasca həkimdir. Birinci vitse-prezidentin sosial sahəyə nəzarəti öz üzərinə götürməsi də həkimlərin hakimiyyətdə təmsilçiyinin sosial sahənin daha çox önə çəkilməsinə, beləliklə cəmiyyətdə harmoniyanın bərqarar olmasına və dərinləşməsinə yardım etməsini bir daha təsdiqləyir.

Odur ki, verilən tapşırıqların layiqincə yerinə yetirilməsində hər birimiz daha məsuliyyətlə işləməli, əhalinin sosial rifahını yüksəltməklə mövcud problemləri aradan qaldırmalı, yeni emal və sənaye müəssisələrinin açılması, yeni iş yerlərinin yaradılması üçün ardıcıl və məqsədyönlü iş aparılır.
Prezidentin ona etibar etdiyi bütün postlarda İradə xanım Gülməmədova özünü doğruldub. Həm həkim olarkən həm müavin olarkən.Bu da əvəzsiz qalmayıb. Abşeron rayonu İcra Hakimiyyətinin başçısı İradə xanım Gülməmədova Prezident İlham Əliyev tərəfindən təltif edilib. Dövlət başçısı Abşeron rayonunun sosial-iqtisadi inkişafında xidmətlərinə görə 2012-ci ildə “Tərəqqi” medalı ilə təltif olunmuşdur .

Rayonun kənd və qəsəbələrində yaşayan sakinlərlə səyyar-qəbulların keçirildiyini, əhalinin qarşılaşdığı problemlərlə yerlərdə maraqlanıldığını və həlli istiqamətində addımların atıldığını qeyd edib. Kənd və qəsəbələrdə sakinlərin əsasən su, işıq və kanalizasiya ilə bağlı problemlərinin olduğunu qeyd edən icra hakimiyyətinin başçısı bu istiqamətdə lazimi göstəriş və tapşırıqları verib.

Abşeron rayonunda görülmüş işləri sıralasaq, heç şübhəsiz ki, uzun bir siyahı alınar. Əslində buna ehtiyac da yoxdur. Amma bir məsələ dəqiqdir: rayon inkişaf edir, abadlaşır, gözəlləşir. Və bu yüksəliş abşeronların ürəyincədir. Həyata keçirilən genişmiqyaslı layihələr, abadlıq-quruculuq işləri onu deməyə əsas verir ki, bu gün Abşeron özünün çiçəklənən, inkişaf edən dövrünü yaşayır.




İradə xanım Gülməmmədovanın rəhbərliyin uğurlu seçimidir - ÖZƏLБесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər