Tam əminliklə demək olar ki, İradə xanım Gülməmmədovanın rəhbərliyi uğurlu olmuşdur

Tam əminliklə demək olar ki, İradə xanım Gülməmmədovanın rəhbərliyi uğurlu olmuşdur












Mən Abşeron rayonunu, orada çalışanları yaxşı tanıyıram. Əlaqəm də möhkəmdir, müntəzəmdir. Hər kəs iş başındadır, vəzifəsinin icrasındadır. Hər kəsin haqqı özünə çatır. Kimsə harasa gedəcəksə, öz rəhbərindən icazə alacaq. Hansısa bir sayt rəhbərindən yox.

Bir də qeyd etməyi vacib sayıram ki, cızmaqaraçılar nə vaxtdan Abşeron rayonunun təəssübünü çəkən olublar? Öz valideyinlərində gördüklərini başqalarının ünvanına yaxmağa kim onlara ixtiyar verib?

Bu qədər şər və böhtanın saytlarda yerləşdirilməsinin məqsədi hər bir ağıllı insana bəllidir. Haqqı danana haqq da divan tutacaq.

İradə xanım Gülməmmədova - 02 sentyabr 2015-ci il tarixdə Azərbaycan Respublikası Prezidentinin 1392 saylı Sərncamı ilə İradə Akif qızı Gülməmmədova Abşeron Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilmişdir. Abşeron rayonunun sosial-iqtisadi inkişafında xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2012-ci il tarixli Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunmuşdur.


Tam əminliklə demək olar ki, İradə xanım Gülməmmədovanın rəhbərliyi uğurlu olmuşdur. Bu əminlik isə yalnız sözdən ibarət deyil. İlk öncə bir qadın icra başçısnın rəhbərliyinin nə qədər effektli, uğurlu olmasına aydınlıq gətirək. Burada tam əminliklə demək olar ki, İrdaə xanım Gülməmmədova Abşeron rayonunda Zakir Fərəcovun rəhbərliyi zamanı yaranmış ictimai-siyasi sabitliyi qoruyub saxlamqla yanaşı onu daha sosial harmoniya halına gətirib. Son iki ildə Abşeron rayonunda demək olar ki, hətta fərdi qaydada belə kəskin sosial narazılıq aksiyası müşahidə edilməyib. Baxmayaraq ki, Abşeron rayonu Azərbaycanın ən mürəkkəb rayonlarından biri hesab olunur. Abşeron rayonu ərazsində on minlərlə məcburi köçkünün məskunlaşması həmin mürəkkəbliyi daha da artırıb. Lakin, Zakir Fərəcovun zamanında yaranan ictimai-siyasi sabitlik, sosial-iqtisadi inkişaf İradə xanımın rəhbərliyi dövründə sosial harmoniya qazanaraq yeni mərhələyə qədəm qoyub. Məhz bu məqam ilə İradə xanım bir qadının rəhbərliyinin uğurlu ola biləcəyini sübut edib. Yeri gəlmişkən bu gün bütün dünyada qadınların idarəetmədə önə çıxması müşahidə olunur. İndi belə rəy formalaşmağa başlayır ki, qadınlar cəmiyyətdə harmoniyanı təmin etmək baxımından kişilərdən daha üstün imkanlara malikdirlər. Yeri gəlmişkən Mehriban xanım Əliyevanın Birinci vitse-prezident təyin olunması da ölkə vətəndaşları tərəfindən cəmiyyətdə harmoniyanın təmin olunmasına yardım edəcək ən böyük amil kimi qiymətləndirilməsi təsadüfi deyildi. Bu sadəcə gender bərabərliyi deyil. Bu iqtidar-cəmiyyət, sosial qruplar və ən nəhayətdə insanlar arasında harmoniyanın bərqərar olması deməkdir.

İradə Gülməmmədovanın Abşeron rayonunda ictimai münasibətlər sistemini daha da irəli götürərk harmoniya yaratmasında heç şübhəsiz ki, onun peşəsindən irəli gələn şəfqət hissi də az təsirini göstərməyib. Qeyd edək ki, İradə xanım ixtisasca həkimdir. Yeri gəlmişkən qeyd edək ki, Birinci vitese-prezident Mehriban xanım Əliyeva da ixtisasca həkimdir. Birinci vitse-prezidentin sosial sahəyə nəzarəti öz üzərinə götürməsi də həkimlərin hakimiyyətdə təmsilçiyinin sosial sahənin daha çox önə çəkilməsinə, beləliklə cəmiyyətdə harmoniyanın bərqarar olmasına və dərinləşməsinə yardım etməsini bir daha təsdiqləyir.
Tam əminliklə demək olar ki, İradə xanım Gülməmmədovanın rəhbərliyi uğurlu olmuşdur
Tam əminliklə demək olar ki, İradə xanım Gülməmmədovanın rəhbərliyi uğurlu olmuşdur
Tam əminliklə demək olar ki, İradə xanım Gülməmmədovanın rəhbərliyi uğurlu olmuşdur
Tam əminliklə demək olar ki, İradə xanım Gülməmmədovanın rəhbərliyi uğurlu olmuşdur
Tam əminliklə demək olar ki, İradə xanım Gülməmmədovanın rəhbərliyi uğurlu olmuşdur
Tam əminliklə demək olar ki, İradə xanım Gülməmmədovanın rəhbərliyi uğurlu olmuşdur
Tam əminliklə demək olar ki, İradə xanım Gülməmmədovanın rəhbərliyi uğurlu olmuşdurБесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər