Elnur İsmayılov da öz bacarığı, təşkilatçılığı və insani keyfiyyətləri ilə göyçaylıların hörmət və rəğbətini qazanıb

Elnur İsmayılov da öz bacarığı, təşkilatçılığı və insani keyfiyyətləri ilə göyçaylıların hörmət və rəğbətini qazanıb












Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı uzaqgörən siyasəti, xüsusi diqqət və qayğısı ilə Azərbaycan təhsili son illər forma və məzmunca yeni inkişaf səviyyəsinə çatdırılmış, bu sahənin maddi-texniki bazası əsaslı şəkildə yaxşılaşdırılmışdır.

«Bütün işlər məhz məktəbdən başlayır, təhsilə diqqət, müəllimə qayğı həmişə olmalıdır. Bütün dövlət orqanları bu tövsiyələri eşitməli və praktik həyatda bunu təmin etməlidir» - deyən Prezident İlham Əliyevin bu aydın mövqeyi, tapşırıq və tövsiyələri bu gün təhsil sahəsində qazanılan nailiyyətlərin əsas şərtidir.

Bu yaxınlarda Göyçay Rayonunda olduq. Rayonda həyata keçirilən uğurlu işlərlə tanış olduq. Bütün bunların fonunda onu qeyd edək ki, Göyçay rayonu sürətlə inkişaf edir. Həyata keçirilən uğurlu işlər sayəsində rayonun siması dəyişilib. Yeni-yeni yollar salınır, binalar tikilir, iş yerləri açılır, bir sözlə rayonumuz abadlaşır. Bu möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının düzgün kadr siyasətinin nəticəsidir, nəinki Göyçayımız Azərbaycanın bütün rayonları bax belə sürətlə inkişaf edir.

Son zamanlar ayrı-ayrı xəbər portallarında Göyçay Rayon Təhsili haqda müxtəlif səpkili, böhtan xarakterli yazılar dərc olunur. Bakuxeber.info-nun araşdırmalarına görə, bütün bunlar Respublikamızın bütün təhsil şöbələrində olduğu kimi, Göyçay rayon təhsil şöbəsində də görülən möhtəşəm işlərə kölgə salmaq və mövcud sosial sabitliyin pozulmasına yönəlmiş qərəzli hərəkətlərdən başqa bir şey deyildir. Ölkə rəhbərliyinin təhsil işlərinə bilavasitə diqqət və qayğısı yerli hakimiyyət strukturlarını işlərində dönüş yaratmağa, daha çevik fəaliyyət göstərməyə sövq edib. Bunun bariz nümunəsi kimi Göyçay Rayon Təhsil Şöbəsinin müdiri Elnur İsmayılov da öz bacarığı, təşkilatçılığı və insani keyfiyyətləri ilə göyçaylıların hörmət və rəğbətini qazanıb.

Mətbuatdan anlayışı olmayan və şər-böhtanla məşğul olan insanlar düşünmürlər ki, bir şəxs barədə fakta əsaslanmadan yalan və şantaj xarakterli xəbər yazmaq nə dərəcə də düzdür? Göyçay rayon Təhsil şöbəsinin müdiri Elnur İsmayılovun nüfuzuna xələl gətirməyə çalışan, şəxsi həyatına müdaxilə edən və fakta əsaslanmadan şantaj xarakterli məlumatlar yazan bu saytların çirkin əməlləri niyə ifşa edilmir? Araşdırma zamanı məlum olub ki, həmin saytlar bəzi vəzifəli adamların sifarişi ilə tənqidi yazılar hazırlayaraq Elnur İsmayılovu nüfuzdan salmağa çalışırlar.

Məlumdur ki, Göyçay rayon Təhsil şöbəsinin müdiri Elnur İsmayılovun barədə son vaxtlar şantaj xarakterli məlumatlar yayan şəxslərin əslində başqa niyyəti var. Çünki, onun barəsində qərəzli yazıların hamısında təkcə Elnur İsmayılov deyil, həm də "Azərbaycan digər rayon Təhsil şöbəsinin müdirləri də hədəf seçilib. Bu yüksək vəzifəli şəxs barədə yalan dolu məlumatlar yazan saytların niyyəti məlum olub. Həmin saytlar ifşa olunub və yazılar saytlardan silinib. Amma həmin yazıları hazırlayan insanlar düşünməlidilər ki, uzun illər dövlətçiliyə sədaqətlə xidmət edən və yüksək vəzifələrdə çalışan Elnur İsmayılovu şantaj yolu ilə ləkələyib gözdən sala bilməyəcəklər.

Göyçaylılar ağı qaradan seçməyi yaxşı bacarır. Dövlətçiliyə sadiq məmurlara ləkə vurmaqla onları tutduqları düz yoldan çəkindirmək olmaz. Çünki atalar demişkən, "yalan ayaq tutar, ancaq yeriməz". İnsanlar yazılanlarla olanları müqayisə edib şəbəkələrdə təkcə Göyçay Təhsil Şöbəsi haqqında deyil, başqa bölgələr haqqında da gedən yalan və böhtanla dolu yazılara inanmırlar. Göyçaylılar ölkə rəhbərinə, möhtərəm prezidentimiz cənab İlham Əliyevə inanır və onu dəstəkləyirlər. Qarşıdan gələn prezident seçkilərində onlar ancaq və ancaq İlham Heydər oğlu Əliyevə səs verəcəklər.

P.S. Bakuxeber.info olaraq bəzilərinin diqqətinə çatdırır ki, Göyçay rayon Təhsil şöbəsinin müdiri Elnur İsmayılovun bizim müdafiəmizə ehtiyacı yoxdur.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər