Zamin müəllim: Azərbaycanın yolları inkişaf etmiş ölkələrin yollarından seçilmir

Zamin müəllim: Azərbaycanın yolları inkişaf etmiş ölkələrin yollarından seçilmir



“Yol həm mədəniyyətdir, həm rahatlıqdır, həm müasirlikdir, həm də ölkənin səviyyəsini göstərir”

İlham ƏLİYEV


Beyləqan asfalt zavodunun drektoru Zamin müəllim - Zəngin potensiala mailk olan Azərbaycanda yol infrastrukturunun inkişafı dövlət siyasətinin əsas prioritetlərindən birinə çevrilmişdir. Ölkə Prezidenti İlham Əliyevin uğurlu daxili siyasəti sayəsində qazanılan nailiyyətlərin sırasında bu sahənin inkişafı önəmli yer tutur. Təkcə onu qeyd etmək kifayətdir ki, “Azərbaycanda ən müasir nəqliyyat-yol infrastrukturu yaradılacaq” deyən Prezident İlham Əliyev son on iki il ərzində avtomobil yollarının və yol qurğularının açılışı ilə bağlı çoxsaylı mərasimlərdə iştirak etmiş, işlərin gedişi ilə tanış olaraq öz dəyərli tapşırıq və tövsiyələrini vermişdir. Dövlət başçısının diqqət və qayğısına əməli işlə cavab verən ölkənin yol təsərrüfatı işçiləri daha yüksək nailiyyətlərin əldə olunması üçün bütün imkanları səfərbər etmişlər.

Ümummilli lider Heydər Əliyev xalqın təkidli tələbi ilə ikinci dəfə ölkə rəhbərliyinə gəldikdən sonra həyatın bütün sahələrində olduğu kimi, nəqliyyat-yol sektorunun fəaliyyətində də tənəzzülə son qoyuldu. Ulu öndərin “Yol iqtisadiyyat, mədəniyyət, bir sözlə, həyat deməkdir” fikri də məhz yol təsərrüfatının inkişafına göstərilən diqqət və qayğının parlaq təzahürü idi.

Heydər Əliyevin inkişaf strategiyasını uğurla davam etdirən Prezident İlham Əliyev hazırda ölkə həyatının bütün sahələri ilə yanaşı, nəqliyyat-yol kompleksi, eləcə də yol təsərrüfatının sistemli və hərtərəfli inkişafına xüsusi diqqət göstərir. Ötən illərdə ölkəmizin bütün regionlarında, həmçinin paytaxt Bakıda bu sahədə kompleks tədbirlər həyata keçirilmiş, dövlət başçısı tərəfindən mütəmadi olaraq imzalanmış sərəncamlar sözügedən sahənin daha da yeniləşdirilməsi üçün geniş imkanlar yaratmışdır. Məhz bunun nəticəsidir ki, son illər ölkəmizin yol infrastrukturu xeyli dəyişmiş, bu sahənin hərtərəfli inkişafı üçün çox böyük işlər görülmüşdür.

Biz öz növbəmizdə Dövlət Proqramı”na cavab olaraq daha da əzmlə çalışaraq ölkənin avtomobil yolları şəbəkəsinə yeni bir rövnəq verəcək, rahatlıq və təhlükəsizlik baxımından əhaliyə xoş bir ovqat bəxş edəcəyik.

Beyləqan asfalt zavodunun drektoru Zamin müəllim - Beynəlxalq ictimaiyyət tərəfindən Prezident cənab İlham Əliyevin təşəbbüsünün dəstəklənməsi ölkəmizə, cənab Prezidentə olan böyük etimadın və ehtiramın növbəti göstəricisidir

Məlum olduğu kimi, cari ildə bütün bəşəriyyət görünməz bir düşmən olan koronavirus pandemiyasına qarşı mübarizə aparır. Belə ki, infeksiyanın yayılmasının qarşısının alınması ucün vətəndaşların təhlükəsizliyinin təmin olunması, hər bir hökumətin həyata keçirdiyi məqsədyönlü və təxirəsalınmaz tədbirlərdəndir.Hal-hazırda koronavirus bütün dünya üçün böyük bir bəla olmaqla bərabər, hələ də bəşəriyyətə qlobal problemlər yaratmaqda davam edir.
Ötən dövr ərzində ölkə Prezidenti cənab İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə Azərbaycanda koronavirus infeksiyasının geniş yayılmasının qarşısının alınması üçün çevik və zəruri qabaqlayıcı addımlar atılmış, bu istiqamətdə ölkəmiz qlobal həmrəylik nümayiş etdirərək dünyada öz fəal rolunu oynamışdır.
Bu məqsədlə Prezident cənab İlham Əliyevin təşəbbüsü ilə aprelin 10-da keçirilən Türk Şurasının videokonfrans vasitəsilə fövqəladə Zirvə görüşü dövlət başçıları səviyyəsində koronavirus pandemiyasına həsr olunmuş ilk beynəlxalq tədbir kimi tarixə düşmüş və ölkəmiz pandemiyaya qarşı görülmüş tədbirlərə görə nümunəvi ölkə kimi dəyərləndirilmişdir.
Mayın 4-də isə Prezident İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Təmas Qrupu formatında videokonfrans vasitəsilə "COVID-19-a qarşı birlikdəyik” mövzusunda Zirvə görüşü keçirilmişdir.
Daha bir qlobal təşəbbüsünü reallaşdıran Prezident İlham Əliyev bu dəfə 120 üzv dövləti və 17 müşahidəçi ölkəni, eyni zamanda, 10 müşahidəçi beynəlxalq təşkilatı birləşdirən Qoşulmama Hərəkatının Zirvə görüşündə koronavirus bəlasından çıxış yolunu göstərməklə yanaşı, bu istiqamətdə reallaşdırdığı proqramların effektiv nəticələrini də bölüşdü.
Bu tədbirdə Qoşulmama Hərəkatı üzv dövlətləri ilə yanaşı, BMT-nin Baş katibi, BMT Baş Assambleyasının prezidenti, Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru, Afrika İttifaqı və Avropa İttifaqı kimi beynəlxalq təşkilatların yüksək çinli nümayəndələri də iştirak etdilər.
Məhz bu baxımdan Prezident cənab İlham Əliyev Qoşulamama Hərəkatının onlayn Zirvə görüşündə çıxışı zamanı qlobal həmrəyliyin nümunəsi kimi pandemiya ilə mübarizə məqsədilə BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi təklifi ilə çıxış etdi.
COVID-19 pandemiyasının davam etməsi bir daha onu göstərir ki, BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsinin və mövcud vəziyyətdən çıxış və həll yollarının tapılmasına böyük ehtiyac var.
Çox təəssüflər ki, bu günə kimi beynəlxalq münasibətlər sistemində BMT-nin, onun əsas qurumları olan Baş Assambleya və Təhlükəsizlik Şurasının rolu, demək olar, görünmürdü.Dünyanın aparıcı ölkələri qlobal liderlik əvəzinə geosiyasi rəqabət və özünütəcridə köklənmişdi. Keçən dövr ərzində böyük dövlətlər və beynəlxalq təşkilatlardan qlobal liderlik gözlənilsə də, bu, faktiki olaraq, baş vermədi. Daha çox özünütəcrid və ya milli eqoizm xarakteri daşıyan fraqmental addımlar atıldı.Ümid edirik ki, xüsusi sessiya mümkün qədər tez bir zamanda təşkil ediləcək və müsbət təsirləri olacaq.BMT-nin xüsusi sessiyası pandemiya qarşısında beynəlxalq ictimaiyyətin tam olaraq səfərbər olunmasına münbit mühit yaradacaq və bu qlobal təhdidə qarşı elə məhz qlobal səviyyədə də cavabın tapılmasına öz müsbət töhfəsini verəcək.
Xüsusilə qeyd etmək lazımdır ki, bu təşəbbüsə qarşı çıxış edən yeganə dövlətin Ermənistan olacağı gözlənilən idi. Ona görə ki, Azərbaycanın artan nüfuzu, beynəlxalq aləmdə sözünün eşidilməsi işğalçı ölkə olan Ermənistanı rahatsız edir.Bütün dünya COVID-19-a qarşı mübarizədə həmrəyliyin vacibliyini vurğuladığı halda, Ermənistan qlobal xarakter daşıyan bu təşəbbüsə qarşı çıxış etməklə, BMT sistemində və dünya dövlətləri arasında özünü növbət dəfə rüsvay etdi. Bütün dünya Azərbaycan Prezidentinin bu önəmli təşəbbüsünün əleyhinə olan Ermənistanın əsl irticaçı siyasətinin bir daha şahidi oldu. Bu da işğalçı Paşinyan hökumətinin diplomatik səbatsızlığının, manevr imkanlarının tükəndiyinin əlamətidir.
130-dan çox BMT üzv dövləti tərəfindən Qoşulmama Hərəkatının sədri statusunda Prezident cənab İlham Əliyevin BMT Baş Assambleyasının Xüsusi sessiyasının keçirilməsi barədə təşəbbüsünün dəstəklənməsi beynəlxalq ictimaiyyət tərəfindən ölkəmizə və cənab Prezidentə olan böyük etimadın və hörmətin növbəti göstəricisidir.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər