Vəzir Həsənov Ümumilli Lider Heydər Əliyevin miras qoyduğu siyası kursa sadiqliyi ilə seçilir

Vəzir Həsənov Ümumilli Lider Heydər Əliyevin miras qoyduğu siyası kursa sadiqliyi ilə seçilir











Sumqayıt Baş Gömrük İdarəsinin rəhbəri general-mayor Vəzir Həsənov prezident İlham Əliyevin 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildiyi münasibəti ilə saytımızın rəhbəri Ruslan Mehdiyev və əməkdaşları təbrik edir.

Müdriklər demişkən, "xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür". Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Sumqayıt Baş Gömrük İdarəsinin rəhbəri general-mayor Vəzir Həsənovdur.

Sumqayıt Baş Gömrük İdarəsinin rəhbəri general-mayor Vəzir Həsənov - vəzifəsini vicdanla yerinə yetirən, təmsilçisi olduğu dövlətin, hakimiyyətin, xalqın və prezidentin etimadını yüksək səviyyədə doğrulda bilən insandır.

Vəzir Həsənov yüksək insanlığı ilə seçilən bir insan və Sumqayıt Baş Gömrük İdarəsinin rəhbəridir! Vəzir Həsənov vəzifəyə gəldiyi gündən görülən işlərin siyahısına nəzər salanda həyata keçirilən genişmiqyaslı işlərin bariz nümunəsini görmək olar.


Azərbaycanda hal-hazırda minlərlə xəbər saytları, portallar, informasiya agentlikləri fəaliyyət göstərir.

Bunların məqsədi ölkədə və ölkə xaricində baş verənləri ictimaiyyətə çatdırmaqdır. Lakin bütün xəbər saytları, onların təsisçiləri və əməkdaşları heç də bu məqsədə xidmət etmir. Bəziləri öz şəxsi maraqlarını hər şeydən üstün tuturlar. Bu məqsədə çatmaq üçün tənqidlə təhqiri bilərəkdən qarışdırıb, vəzifəli şəxslərin işgüzar nüfuzuna xələl gətirirlər. Təbii ki, hamı pul qazanmaq, evini çörəklə təmin etmək istəyir. Amma kimsə şər-böhtan, şantaj və təhqir yolu ilə harama gedirsə, bu uzun çəkmir. Bunları elə-belə yazmadım. Bəzi “jurnalistlər” var ki, qapı-qapı düşüb dövlət idarələrində məmurları şantaj edərək pul dilənməklə məşğul olurlar. Belə olan halda peşəsini və dövlətini sevən əsil jurnalistlər isə normal fəaliyyət göstərə bilmirlər.

Sumqayıt Baş Gömrük İdarəsinin rəhbəri general-mayor Vəzir Həsənov barədə şər-böhtan, əsassız, qeyri-obyektiv, maddiyata hərisliklə, sifariş əsasında çox cizmaqaralar “işıq üzü” görüb. Əslində o yazılar müəllifin və sayt rəhbərliyinin daxili aləminə hakim kəsilən zülmətin təzahürü olub. Onların çoxuna da cavab verilməyib. Bir jurnalist kimi şər toplusu müəlliflərinə cavab vermişəm. Bəzi saytlarda gedən “Bəylər Əyyubovun adından istifadə edən Vəzir Həsənov kimdir”, Sumqayıt Gömrük İdarəsi “Sirdaş” şirkətinə çevrilib və sair başlıqlı həqiqətdən uzaq yazıları görəndə istədim ki, ona cavab verim.

Ümumilli Lider Heydər Əliyevin miras qoyduğu siyası kursa sadiqliyi ilə seçilən Vəzir Həsənovun bir neçə vaxdır ki, radikal müxalifətçiliklə məşğul olan mənfur şəxslərin hədəfinə çevrilməsi istəyi boşa çıxdı. Və həmin şəxslər, həmişə xeyirxahlığı və kişiliyi ilə seçilən Vəzir Həsənova qarayaxma və böhtan xarakterli yazılarla onun imicinə xələl gətirmək amacına nail olmaq üçün əllərindən gələni etməyəkləri gülüş doğururdu. Bu səbəbdən də mediada onun haqqında böhtan xarakterli məlumatlar dərc edilir. Onlara qarşı Qara-Piar yaratmağa çalışılırdı. Ancaq bu şəxslər birdəfəlik bilməlidirlər ki, Vəzir Həsənov dövlət quluğunda şərəflə çalışır. Prezidentinə və xalqına layiqli olmaqla yanaşı öz həyatlarını şərəfli işlərə həsr edirlər. Xülasə kimin kim olmağını hər kəs yaxşı bilir.

Əlinə qələm alan, sayt açan, jurnalist adını daşıyan hər bir kəs bilməlidir ki, Haqq yolunu azmaqla haqqa çatmaq olmaz.

Vəzir Həsənov, vəzifəsinin icrasına başladığı gündən Sumqayıt Baş Gömrük İdarəsində köklü islahatlar aparılmasına səy göstərir

Bakuxeber.info xəbərdarlıq edir: Xəbəri götürərkən istinad etmək mədəniyyətdir
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər