Azər Rzayev: Telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsinin əsas məqsədi ölkəmizdə dövlət sektorunun səmərəli fəaliyyət göstərir

Azər Rzayev: Telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsinin əsas məqsədi ölkəmizdə dövlət sektorunun səmərəli fəaliyyət göstərir










Əziz və dəyərli xanımlar! Şəxsən öz adımdan məhz bu dəfə siz xanımları təbrik etmək qərarına gəldim. Bəlkə də sual verə bilərsiniz, məhz niyə Bayraq günü münasibətilə və niyə məhz siz xanımlar? Cavabı elə də mürəkkəb deyil. Eşidin...

Çünki, bizlərə Vətənpərvərlik ruhunu aşılayan bu Bayram, biz bəylərlə bərabər siz xanımlara da aiddir. Ona görə, bildiyiniz kimi bizim Odlar Yurdu Azərbaycanımızın tək bəyləri yox, həmçinin xanımları da Vətənpərvərdir. Xanımlarımızın da içində elə xanımlar var ki, Azərbaycanın adı səsləndə, onun Bayrağı dünyanın istənilən nöqtəsində ucalanda qeyri-ixtiyari olaraq gözlərindən yaş süzülür


SOCAR-ın İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin rəis müavini Azər Rzayev



Bakuxeber.info olaraq bu şərəfli insan - SOCAR-ın İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin rəis müavini Azər Rzayev haqqında məqalə hazırlamağı özümüzə borc bildik.

İnsan öz əqidəsini elan kimi divardan asmamalıdır. Azər Rzayevu tanıyanlar tanıyır, tanımayanlar üçün ərz edim ki, o vətəni, dövləti, xalqı uğrunda tər tökən əqidə adamıdır.

Azər Rzayev Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Bu gün də rəhbərliyin sadiq vəzifə sahiblərindən biridir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.

SOCAR-ın İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin rəis müavini Azər Rzayev təmsilçisi olduğu dövlətin, hakimiyyətin, xalqın və prezidentin etimadını yüksək səviyyədə doğrulda bilən insandır.

Azər Rzayev bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun SOCAR-ın İnformasiya Texnologiyaları və Rabitə İdarəsi kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!


SOCAR-ın İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin rəis müavini Azər Rzayev - İnformasiya-kommunikasiya texnologiyalarının sistemli şəkildə inkişaf etdirilməsi, bu sahələrdə pərakəndəlik və təkrarçılıq hallarının qarşısının alınması, informasiya təhlükəsizliyinin təmin edilməsi zəruriliyi nəzərə alınaraq, ARDNŞ-nin 22 sentyabr 2006-cı il tarixli 158 nömrəli əmri ilə Şirkətin tərkibində İnformasiya Texnologiyaları və Rabitə İdarəsi (İTRİ) yaradılmışdır.

İntellektual rabitə avadanlıqları ilə təchiz olunmuş İnformasiya Texnologiyaları və Rabitə İdarəsi ARDNŞ-nin bütün müəssisə və təşkilatlarını əlaqələndirən, rabitə, mühafizə, kompüter-informasiya şəbəkə texnologiyalarını inteqrasiya etmək qabiliyyətində olan müasir şəbəkə sisteminin qurulmasını, korporativ kompüter şəbəkəsi iştirakçıları üçün mərkəzləşdirilmiş qaydada internetə çıxışın təmin edilməsini, informasiya təhlükəsizliyinin, informasiya mübadiləsinin effektivliyini, habelə mərkəzləşdirilmiş qaydada şəbəkə sisteminin inzibatçılığını təmin edir, sistemin nizamlı işini təşkil edir.

Telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsinin əsas məqsədi ölkəmizdə dövlət sektorunun səmərəli fəaliyyət göstərməsi, əhalinin sosial-iqtisadi həyat səviyyəsinin yüksəldilməsi, səhiyyənin, təhsilin, maliyyənin, ümumiyyətlə, iqtisadiyyatın rəqəmsallaşdırılması üçün İKT infrastrukturunun inkişafı və təkmilləşdirilməsi, ölkənin İKT sənayesinin potensialının artırılmasıdır.

Strateji Yol Xəritəsində əksini tapan İKT sektoru üzrə 2020-ci ilədək strateji baxışın əsas məqsədi ölkədə fiber-optik və LTE texnologiyaları ilə genişzolaqlı xidmətlərin əhatə dairəsinin 70 faizə qədər genişləndirilməsinə və dövlət idarəçiliyinin, iqtisadi və sosial proseslərin (elektron hökumət, e-ticarət, e-bankçılıq, e-səhiyyə, e-təhsil və s.) rəqəmsallaşdırılmasına nail olmaqdır: “İKT sahəsində islahatlar ölkənin maliyyə, sosial, iqtisadi və mədəni inkişafı əsasında yeni iş yerlərinin yaradılmasını, özəl sektorun inkişaf etdirilməsini, o cümlədən dövlət büdcəsi gəlirlərinin artırılmasını və xərclərin səmərəli idarə edilməsini nəzərdə tutur. İKT sektorunda 2025-ci ilədək olan dövr üçün uzunmüddətli baxış bu sektorda innovasiyayönümlü islahatları davam etdirmək, müasir xidmətlərin çeşidini və həcmini artırmaq, sürətli genişzolaqlı şəbəkənin əhatə dairəsini genişləndirmək, telekommunikasiya sektorunda mühüm beynəlxalq tələblərə cavab verən standartların tətbiqini təmin etmək yolu ilə ölkənin inkişafına, cəmiyyətin texniki savadlılıq səviyyəsinin yüksəldilməsinə və rəqəmsal iqtisadiyyatın formalaşmasına zəmin yaradacaqdır.”
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər