Mikayıl Cabbarov müəllimləri belə təbrik etdi

Mikayıl Cabbarov müəllimləri belə təbrik etdi













Təhsil naziri Mikayıl Cabbarov 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə müəllimləri təbrik edib.

Təhsil Nazirliyinin mətbuat xidmətindən AZTB.info-ya verilən məlumata görə, təbrikdə deyilir: "Əziz müəllimlər! Sizi Beynəlxalq Müəllimlər Günü münasibətilə təbrik edirəm!

Müəllim bütün dövrlərdə öz peşəkar keyfiyyətləri ilə yanaşı, mənəvi məsuliyyəti ilə seçilib. Bu baxımdan şərəfli missiya daşıyıcısı olan müəllim təhsilə, insan tərbiyəsinə cavabdehlik daşıyıb. Elə buna görə də hər bir təhsil sisteminin gücü onun müəllimlərinin gücünə bərabərdir".

Təhsil naziri qeyd edib ki, ölkədə müəllim peşəsinin ictimai nüfuzu ilbəil artır: "Bunu həm müəllimlik peşəsini seçən gənclərin keyfiyyət dinamikası, həm də bu sahədə fəaliyyət göstərənlərin daim artan peşəkar səviyyəsi göstərir. Bu bizim gələcək hədəflərimizin əsas qaynağıdır.

Əziz müəllimlərimiz, hər birinizi bu əlamətdar gün münasibətilə ürəkdən təbrik edir, gələcək uğurlarınızın davamlı olmasını arzulayıram!".
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər