Yardımlı öz simasını dəyişib daha da yenilənəcək, öz iqtisadiyyatını və büdcəsini tamamilə yerli resurslar hesabına formalaşdıracaq, uğurları sırasına yenilərini əlavə edəcək

Yardımlı öz simasını dəyişib daha da yenilənəcək, öz iqtisadiyyatını və büdcəsini tamamilə yerli resurslar hesabına formalaşdıracaq, uğurları sırasına yenilərini əlavə edəcək






Yardımlı rayon İcra Hakimiyyəti başçısının müavini Mahir Mirzəyev Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Bu gün də cənab prezident İlham Əliyevin sadiq vəzifə sahiblərindən biridir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.

Mahir Mirzəyevi heç bir qüvvə heç vaxt əqidəsindən döndərə bilməz.


Yardımlı ölkənin modern, inkişaf etmiş əyalətlərindən birinə çevrilir

Rayonda hər bir vətəndaşın probleminə diqqətlə yanaşılır, onların həlli istiqamətində icraçı şəxslərə konkret tapşırıqlar verilir

Elə insanlar var ki, onların həyatı, fəaliyyəti elinə, xalqına, vətəninə xidmətə həsr olunur. Müdriklər demişkən, "xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür". Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Yardımlı rayon İcra Hakimiyyəti başçısının müavini Mahir Mirzəyevdir .

Yardımlı rayon İcra Hakimiyyəti başçısının müavini Mahir Mirzəyevin adı, respublika ictimaiyyətinə bəlli bir addır. Xoşbəxt o şəxsdir ki, onu geniş ictimai auditoriya daşıdığı vəzifəsinin öhdəsindən layiqincə gəlmək bacarığına, xeyirxah əməllərinə, ziyalılığına, yaradıcılıq qabiliyyətinin göstəricilərinə və.s-yə görə tanıyıb hüsnü-rəğbət bəsləyirlər..

Yardımlı öz simasını dəyişib daha da yenilənəcək, öz iqtisadiyyatını və büdcəsini tamamilə yerli resurslar hesabına formalaşdıracaq, uğurları sırasına yenilərini əlavə edəcək

Mahir Mirzəyev vəzifəsini vicdanla yerinə yetirən, təmsilçisi olduğu dövlətin, hakimiyyətin, xalqın və prezidentin etimadını yüksək səviyyədə doğrulda bilən bir şəxsiyyətdir.

Yardımlı rayon İcra Hakimiyyəti başçısının müavini Mahir Mirzəyev və icra başçısı hər bir vətəndaşın probleminə diqqətlə yanaşır, ilk növbədə müraciətlərin yaranması səbəblərinin aradan qaldırılması üçün ciddi tədbirlər həyata keçirir. Müraciət edən hər bir vətəndaş qrafikə uyğun olaraq Yardımlı Rayon İcra Hakimiyyətində qəbul olunur, onların qaldırdıqları problemlərin həlli istiqamətində icraçı şəxslərə konkret tapşırıqlar verilir, icra barədə vətəndaşlara rəsmi cavablar göndərilir. Vətəndaşların qəbulu bütün iş günlərində, habelə şənbə və bayram günlərində də aparılır. Aparatın özündə və yerlərdə keçirilən səyyar qəbullar zamanı qaldırılan məsələlər müsbət həll olunur, müvafiq izahatlar verilir, icrada olan müraciətlər isə nəzarətdə saxlanılır. Ötən il olduğu kimi, bu il də əhalinin sosial müdafiəsi, aztəminatlı ailələrə qayğı göstərilməsi diqqətdə saxlanılan ən vacib məsələlərdən biri olub, yaxın yaşayış məntəqələrinin hamısında əmək haqlarının, pensiya və müavinətlərin ödənişi plastik kartlarla keçirilib.

Yardımlı öz simasını dəyişib daha da yenilənəcək, öz iqtisadiyyatını və büdcəsini tamamilə yerli resurslar hesabına formalaşdıracaq, uğurları sırasına yenilərini əlavə edəcək
Rayon İcra Hakimiyyəti tərəfindən Böyük Vətən müharibəsi iştirakçısı və veteranına, şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə, Çernobıl əlillərinə və sosial müdafiəsi zəif olan digər əhali təbəqəsinə ərzaq və pul yardımı göstərilir. Bundan əlavə, sosial vəziyyəti ağır olan insanlara fərdi ev tikmələri üçün sement, mişar daşı və digər tikinti materialları verilib. Bu qəbildən olan insanlar daim rayon İcra Hakimiyyətinin və aidiyyəti təşkilatların diqqətindədir. Qeyd edək ki, Dövlət Sosial Müdafiə Fondunun Yardımlı rayon şöbəsində proqnoz tapşırıqlara vaxtında əməl olunub. Belə ki, şöbənin kollektivi vətəndaşların müraciətlərinə çox həssas yanaşır, onları maraqlandıran məsələlərlə pensiyanın yenidən hesablanmasının bir sıra hüquqi aspektləri, stajla bağlı, digər məsələlərlə bağlı sorğularını cavablandırır, həllinə nail olurlar. Şöbənin səlahiyyətlərinə aid olmayan müraciətlər edən vətəndaşlara isə hüquqi və digər mümkün köməkliklərin edilməsi üçün həmin müraciətlər müvafiq orqanlara göndərilir.

Yardımlı öz simasını dəyişib daha da yenilənəcək, öz iqtisadiyyatını və büdcəsini tamamilə yerli resurslar hesabına formalaşdıracaq, uğurları sırasına yenilərini əlavə edəcəkБесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər