Səxavəddin Abdullayev ani və düzgün qərar qəbul edən nadir insanlardandı

Səxavəddin Abdullayev ani və düzgün qərar qəbul edən nadir insanlardandı










Hər bir şəxs özünün keçdiyi həyat yoluna nəzər salanda, unudulmaz və xoş xatirələrə dönmüş anlarını, günlərini xəyalından keçirəndə istər-istəməz kimlərlə ünsiyyət saxladığı, kimlərlə yoldaşlıq və dostluq etdiyi insanlar göz önünə gəlir. Elə insanlar var ki, onların həyatı, fəaliyyəti elinə, xalqına, vətəninə xidmətə həsr olunur. Müdriklər demişkən, "xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür". Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Daxili İşlər Nazirliyinin Maliyyə-plan idarəsinin rəisi Səxavəddin Abdullayevdir.

Ümummilli liderimizin siyasi kursunun layiqli davamçısı möhtərəm Prezidentimiz cənab İlham Əliyev Azərbaycan Polisinin dövlətçiliyin və sabitliyin qorunmasında, cinayətkarlıqla mübarizədə xidmətlərini yüksək qiymətləndirilir, DİN-nin maddi-texniki bazasının möhkəmləndirilməsi və daim müasirləşdirilməsi, şəxsi heyətin sosial müdafiəsinin, yaşayış və iş şəraitinin yaxşılaşdırılması, fəaliyyətin beynəlxalq standartlara, demokratik prinsiplərə uyğun təkmilləşdirilməsi üçün çox mühüm qərarlar qəbul edir. Onun imzaladığı «Azərbaycan Respublikasında polis orqanlarının fəaliyyətinin təkmilləşdirilməsinə dair» Dövlət Proqramına uyğun olaraq, ötən müddətdə Daxili İşlər Nazirliyinin orqan və hissələri üçün müxtəlif təyinatlı obyektlərin tikilib istifadəyə verilməsi də artıq ənənə halını almışdır.

Səxavəddin Abdullayev vəzifəsini vicdanla yerinə yetirən, təmsilçisi olduğu dövlətin, hakimiyyətin, xalqın və prezidentin etimadını yüksək səviyyədə doğrulda bilən bir şəxsiyyətdir.

Səxavəddin Abdullayev yüksək texniki biliyi və təhsili olan, yüksək iqtisadi, siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir!

Səxavəddin Abdullayev ani və düzgün qərar qəbul edən nadir insanlardandı!

Prezident İlham Əliyevdən nümunə götürən Səxavəddin Abdullayevin böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədi!

Səxavəddin Abdullayev heç zaman mənəm-mənəm deməyib, o, sadəcə öz vəzifələrini yüksək səviyyədə yerinə yetirib!

Səxavəddin Abdullayev dövlətimizə və prezidentimizə sədaqət nümunəsidir!
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər