Prezident İlham Əliyevin tövsiyyə və tapşırıqlarına uyğun olaraq «Azəravtoyol» ASC yol infrastrukturunun yenilənməsi istiqamətində mühüm addımlar atır

Prezident İlham Əliyevin tövsiyyə və tapşırıqlarına uyğun olaraq «Azəravtoyol» ASC yol infrastrukturunun yenilənməsi istiqamətində mühüm addımlar atır








“Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikasının avtomobil yolları təsərrüfatı sahəsində xidmətlər göstərir, balansına verilmiş avtomobil yollarının, habelə körpülərin, tunellərin və digər yol qurğularının layihələndirilməsi, istismarı, bərpası, təmiri, yenidən qurulması və tikilməsini, avtomobil yollarının və yol qurğularının qorunub saxlanılmasını və onların vəziyyətinə nəzarəti, yol infrastrukturunun inkişafı ilə bağlı digər işləri kompleks şəkildə həyata keçirir.

28 dekabr 2015-ci il tarixində prezident İlham Əliyev “Azərbaycan Respublikasının nəqliyyat-yol kompleksində idarəetmənin təkmilləşdirilməsi tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 22 fevral tarixli 1992 nömrəli Sərəncamında dəyişikliklər edilməsi barədə sərəncam imzaladı.

Sərəncama əsasən, Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi ölkənin avtomobil yolları şəbəkəsinin və yol infrastrukturunun bərpasına və yenidən qurulmasına güclü təkan vermişdir. Qəbul olunmuş proqramlar çərçivəsində Bakıda, habelə ölkənin digər şəhər və rayonlarında yeni avtomobil yollarının salınması, nəqliyyat qovşaqlarının və körpülərin tikintisi geniş vüsət almışdır. Göstərilən məsələlərin həlli istiqamətində görülən işlərin səmərəliliyinin artırılması, habelə ölkənin nəqliyyat-yol kompleksində idarəetmənin təkmilləşdirilməsi məqsədilə “Azəryolservis” Açıq Səhmdar Cəmiyyəti Nəqliyyat Nazirliyinin tabeliyindən çıxarıldı.

Ölkə başçısının 28 dekabr 2015-ci il tarixində imzaladığı digər bir sərəncamı ilə Saleh Ərşad oğlu Məmmədov "Azəryolservis" Açıq Səhmdar Cəmiyyətinin sədri təyin edildi.

“Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti haqqında Azərbaycan Respublikası Prezidentinin 9 mart 2016-cı il tarixli Fərmanı ilə “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin adı dəyişdirilərək “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti adlandırıldı.

Ölkədə yol infrastrukturunun yenilənməsi Prezident İlham Əliyevin diqqətdə saxladığı əsas məsələlərdən biridir. Ölkəmizin tranzit yükdaşımaları üçün əlverişli coğrafi mövqedə yerləşməsi şərq-qərb, xüsusən də şimal-cənub istiqamətində avtomobil yollarının yenidən qurulmasının əhəmiyyətini artırır.

Prezident İlham Əliyevin tövsiyyə və tapşırıqlarına uyğun olaraq «Azəravtoyol» ASC yol infrastrukturunun yenilənməsi istiqamətində mühüm addımlar atır
Prezident İlham Əliyevin tövsiyyə və tapşırıqlarına uyğun olaraq «Azəravtoyol» ASC yol infrastrukturunun yenilənməsi istiqamətində mühüm addımlar atır
Prezident İlham Əliyevin tövsiyyə və tapşırıqlarına uyğun olaraq «Azəravtoyol» ASC yol infrastrukturunun yenilənməsi istiqamətində mühüm addımlar atır
Prezident İlham Əliyevin tövsiyyə və tapşırıqlarına uyğun olaraq «Azəravtoyol» ASC yol infrastrukturunun yenilənməsi istiqamətində mühüm addımlar atır
Prezident İlham Əliyevin tövsiyyə və tapşırıqlarına uyğun olaraq «Azəravtoyol» ASC yol infrastrukturunun yenilənməsi istiqamətində mühüm addımlar atır
Prezident İlham Əliyevin tövsiyyə və tapşırıqlarına uyğun olaraq «Azəravtoyol» ASC yol infrastrukturunun yenilənməsi istiqamətində mühüm addımlar atırБесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər