Ağacan Əbiyev: "Olimpiya oyunları bizim ən yüksək nəticələr əldə etdiyimiz yarışlar olacaq"

Ağacan Əbiyev: "Olimpiya oyunları bizim ən yüksək nəticələr əldə etdiyimiz yarışlar olacaq"








Hər bir şəxs özünün keçdiyi həyat yoluna nəzər salanda, unudulmaz və xoş xatirələrə dönmüş anlarını, günlərini xəyalından keçirəndə istər-istəməz kimlərlə ünsiyyət saxladığı, kimlərlə yoldaşlıq və dostluq etdiyi insanlar göz önünə gəlir. Elə insanlar var ki, onların həyatı, fəaliyyəti elinə, xalqına, vətəninə xidmətə həsr olunur. Müdriklər demişkən, "xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür". Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Milli Məclisin deputatı, Azərbaycan Boks Federasiyasının birinci vitse-prezidenti, professor Ağacan Əbiyevdir.

Ağacan Abiyev 1937-ci il noyabrın 24-də Bakının Bülbülə qəsəbəsində dünyaya gəlib.Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunun bədən tərbiyəsi fakültəsini və Azərbaycan Politexnik İnstitutunun metallurgiya istehsalının avtomatlaşdırılması və kompleks mexanikləşdirilməsi fakültəsini bitirib.

Boks Federasiyasının birinci vitse-prezidenti Ağacan Əbiyev - Cənab Prezidentimiz İlham Əliyevin idmançılarımıza, gənclərə olan diqqət və qayğısı sayəsində hələ çox uğurlar əldə edəcəyik. İstər siyasətdə, istər iqtisadiyyatda, istərsə də idmanda. Bu diqqət və qayğı ulu öndər Heydər Əliyev duhasından gəlir. Ulu Öndər hər zaman gənclərin bədən tərbiyəsi və idmanla məşğul olması üçün əlindən gələni edirdi. Xatirimdədir, 1994-cü ildə Ulu Öndər idman ictimaiyyəti ilə görüşündəki çıxışı zamanı söylədi ki, bundan sonra idmana qayğını öz üzərimə götürürəm və sizi əmin edirəm ki, bunu hər zaman üzərinizdə hiss edəcəksiniz. Bəli, bu gün də həmin atalıq qayğısını ölkə Prezidenti cənab İlham Əliyev öz üzərinə götürərək, uğurla davam etdirməkdədir. Bax, elə həmin qayğının nəticəsidir ki, Azərbaycan idmanı dünyada tanınır.

Ağacan Əbiyev vəzifəsini vicdanla yerinə yetirən, təmsilçisi olduğu dövlətin, hakimiyyətin, xalqın və prezidentin etimadını yüksək səviyyədə doğrulda bilən bir şəxsiyyətdir.

Ağacan Əbiyev yüksək texniki biliyi və təhsili olan, yüksək iqtisadi, siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir!

Ağacan Əbiyev ani və düzgün qərar qəbul edən nadir insanlardandı!

Prezident İlham Əliyevdən nümunə götürən Ağacan Əbiyevin böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədi!

Ağacan Əbiyev heç zaman mənəm-mənəm deməyib, o, sadəcə öz vəzifələrini yüksək səviyyədə yerinə yetirib!

Ağacan Əbiyev dövlətimizə və prezidentimizə sədaqət nümunəsidir!
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər