Tariximizin qürurlu səhifələrindən biri

Tariximizin qürurlu səhifələrindən biri


Əziz oxucu! Bir az toxta, dur! Məmurların qanunsuzluqlar, sosial problemlər, kresloda oturanların vətəndaşlara təhkimçi kimi baxmaları, korrupsiya və maliyyə maxinasiyaları ilə toplanan milyonlardan, kapitaldan bəhs edən məlumatlardan bir qədər uzaqlaşaq. Sizə çoxlarının yazacaqlarımıza inanmadığı, şəxsiyyəti və real əməli ilə bizi də fəth edən bir şəxsdən - «Azərenerji»ASC-nin sabiq prezidenti Etibar Pirverdiyev barədə bəhs edəcəyik. Onun haqqında elini-obasını sevən bir insan kimi gördüklərimizi, bildiklərimizi və başqalarının fikirlərini təqdim edəcəyik.

Yaşayıb-yaşayıb ömrün yetkin bir mərhələsinə çatanda və çevrilib arxada qalan onilliklərə nəzər salanda, xatırlamağa, arxalanmağa, öyünməyə nəsə tapa bilirsənsə, yaşadıqlarına görə təəssüflənmirsənsə, deməli, ömrün hədər getməyib.

Deməli, ALLAHIN bəxş etdiyi ömrü doğru-düzgün yaşamaq, ədalətli, xeyirxah, el-oba, cəmiyyət üçün lazımlı, gərəkli olmaq, haqqı-nahaqqa verməmək, başqalarının haqqını tapdamamaq kimi dəyərlərə sadiq qalmağı bacarmısan. Belə yaşamaq, əlbəttə, hər kəsə nəsib olmur.

Amma dünya belə dəyərli, qiymətli insanlardan xali də deyil. Bu yazıda məhz elə insanlardan birinin - gözəl insan, xeyriyyəçi «Azərenerji»ASC-nin sabiq prezidenti Etibar Pirverdiyevin keçdiyi mənalı ömür yoluna qısa da olsa, nəzər salmağa çalışacağıq.

Dünyaya göz açan hər bir kəsin, öz yolu, öz cığırı olur. Bu da əzəli məlum, sonu ALLAHIN qismətindən asılı ömür yoludur. Deyirlər, öz dünyasında olan insanın söz və əməl dünyası saleh olur. Bu yolu şərəflə, ləqayətlə, inam və imanla addımlayan «Azərenerji»ASC-nin sabiq prezidenti Etibar Pirverdiyev Vətənə ləyaqət nümunəsi sayılacaq vəzifə sahiblərindəndir.

Etibar Pirverdiyev Azərbaycan dövlətinə sədaqəti, yüksək peşəkarlığı və öz işində hər zaman nümayiş etdirdiyi prinsipiallığı ona göstərilmiş bu yüksək etimadı qazanmaq və doğrultmaq üçün kifayət edə biləcək bir səviyyədədir.

«Azərenerji»ASC-nin sabiq prezidenti Etibar Pirverdiyev qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Etibar Pirverdiyevin diqqətindədir. “Bütün bayramlarda və əlamətdar günlərdə onlara baş çəkir, qayğıları ilə maraqlanır, hər cür maddi-mənəvi dəstək göstərilir. Onların heç bir müraciətini geri çevirməyən Etibar Pirverdiyev səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, «Azərenerji»ASC-nin sabiq prezidenti Etibar Pirverdiyevə biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.

«Azərenerji»ASC-nin sabiq prezidenti Etibar Pirverdiyev peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır. Etibar Pirverdiyev kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.

Etibar Pirverdiyev Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.

Etibar Pirverdiyev böyük müəllimi və idealı olan Heydər Əliyev kimi layiqli insanlara dəyər verməkdən zövq alır!

Etibar Pirverdiyev bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!

Ona etibar edilən bütün işlərdə Etibar Pirverdiyev özünü doğruldub. Bizdə hörmətli Etibar Pirverdiyevi dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.

«Azərenerji»ASC-nin sabiq prezidenti Etibar Pirverdiyev - Yurdumuza yenidən xoş müjdəli bahar gəldi. 30 il həsrətlə dilədiyimiz arzular artıq 4 ildir ki, çin olub. Dörd idir ki, 30 il işğal altında qalan əzəli-əbədi yurd yerlərimizdə uca dağlar, sıldırım qayalar öz ana dilimizdə əks-səda verir. Vətən uğrunda canından keçən şəhidlərimizin ruhu şaddır. İşğaldan azad edilən torpaqlarımızda Novruz tonqalları qalanır, şənliklər keçirilir.

Qarabağ həqiqətlərini, Ermənistanın işğalı nəticəsində üzləşdiyimiz bəlaları dünya ictimaiyyətinə hər zaman yorulmadan və usanmadan çatdıran ümummilli lider Heydər Əliyev xalqa Novruz müraciətlərinin birində demişdir: “Gün o gün olacaq ki, Novruz bayramını bir dəfə Şuşada, o biri il Laçında, o biri il Kəlbəcərdə, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda keçirəcəyik. Əminəm ki, belə də olacaqdır. Mən buna inanıram və bu inamla yaşayıram, bu inamla işləyirəm və bu inamla da Azərbaycan xalqına rəhbərlik edirəm”.

Ata vəsiyyətinə əməl edən, layiqli varis Prezident İlham Əliyev Baharın gəlişinin işğaldan azad edilmiş torpaqlarımızda qeyd olunmasını ənənə halına çeviribdir. Belə ki, dövlətimizin başçısı Novruz tonqalını 2021-ci ildə Şuşada, 2022-ci ildə Suqovuşanda, 2023-cü ildə Tərtərin Talış kəndində yandırmışdı. Bu il isə düşmən tapdağından azad olunmuş yurd yerimiz Xankəndi şəhərində bayram tonqalını alovlandırdı.

Cari ilin 18 mart tarixində Prezident İlham Əliyev Xankəndi şəhərində Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik etdi. Dövlət başçımız dördüncü dəfə Novruz bayramının Qarabağın azad edilmiş torpaqlarında qeyd edilməsinin önəmini vurğulayaraq, Azərbaycanın müstəqil və suveren dövlət kimi öz torpaqlarında öz bayramlarını qeyd etmək hüququnu təsdiqlədi. Bu, həmçinin, ölkənin ərazi bütövlüyünün tamamilə təmin edildiyini və antiterror əməliyyatı nəticəsində suverenliyin tam bərpa olunduğunu göstərir.

Azərbaycan İkinci Qarabağ müharibəsi və sonrakı antiterror əməliyyatları nəticəsində azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işlərinə başlamışdır. Prezident İlham Əliyev vurğuladı ki, bu işlər keçmiş köçkünlərin öz dədə-baba torpaqlarına qayıtmasını təmin edir və bu prosesin davam etdirilməsi planlaşdırılır. Bu, həmçinin, Ermənistanın İkinci Qarabağ müharibəsindən düzgün nəticə çıxarmamasının və qanunsuz silahlı birləşmələrini Azərbaycan torpaqlarında saxlamaq cəhdlərinin qarşısını almaq üçün zəruri addımların atıldığını göstərir.

Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini beynəlxalq hüquq çərçivəsində bərpa etmişdir. Dövlət başçımız Azərbaycanın bütün qərar və addımlarının beynəlxalq hüquqa əsaslandığını və BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinin öz gücü ilə bərpa edildiyini qeyd etmişdir.

Prezident ordunun döyüş qabiliyyətinin artırılması, maddi-texniki təchizatının yüksək səviyyədə təmin edilməsinin önəmini vurğulayaraq, Azərbaycan xalqının bu qələbələrlə əbədi qürur duyacağını bildirdi.
Tariximizin qürurlu səhifələrindən biri

Prezident İlham Əliyev qeyd etdi ki, Azərbaycan xalqı iyirmi il ərzində torpaqların azad olunmasına hazırlaşıb. Bir çox istiqamətlər üzrə planlı şəkildə işlər gedirdi. Siyasi müstəvidə dünyada Azərbaycanın mövqeləri möhkəmləndi, dostlarımızın sayı böyük dərəcədə artmışdır. Beynəlxalq təşkilatlar bizim təşəbbüsümüzlə münaqişə ilə bağlı bizim mövqeyimizi dəstəkləyən və beynəlxalq hüquqa əsaslanan qərar və qətnamələr qəbul etmişlər və bu münaqişənin həlli üçün hüquqi və siyasi zəmin yaratmışdır. Biz iqtisadi inkişafa nail olduq, iqtisadi müstəqilliyə nail olduq və bu gün heç kimdən iqtisadi cəhətdən və təbii ki, siyasi cəhətdən asılı deyilik. Güclü iqtisadiyyat bizə imkan verdi ki, siyasi müstəvidə öz siyasətimizi müstəqil şəkildə aparaq. Bu gün Azərbaycan dünya miqyasında nadir ölkələrdəndir ki, onun siyasəti tamamilə müstəqildir, ancaq və ancaq Azərbaycan xalqının maraqlarına, iradəsinə əsaslanır.

Prezident İlham Əliyev çıxışında Azərbaycanın Qarabağda əldə etdiyi qələbənin, torpaqların azad edilməsinin və bərpa-quruculuq işlərinin başlanmasının önəmini bir daha vurğuladı.

Prezident nitqinin sonunda deyib: “Əziz həmvətənlər, buradan xalqa təbriklərimizi çatdırmaq böyük xoşbəxtlikdir. Biz hamımız İkinci Qarabağ müharibəsindən sonra qürurla yaşayırıq. Biz hamımız fəxr edirik ki, biz özümüz ədaləti bərpa etdik, torpaqlarımızı işğalçılardan azad etdik, öz gücümüzü göstərdik və bundan sonra hər kəs bizimlə hesablaşmalıdır, əks təqdirdə, özü peşman olacaq.”
Tariximizin qürurlu səhifələrindən biri
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər