Firdovsi Cəbrayılov: Nizami rayonu ərazisində təmizlik işləri aparılıb

Firdovsi Cəbrayılov: Nizami rayonu ərazisində təmizlik işləri aparılıb

Bakı Şəhər İcra Hakimiyyətində Bakıətrafı qəsəbələrdə sanitar-təmizlik və abadlıq məsələlərinə həsr olunmuş müşavirədə verilən tapşırıq və tövsiyələrə uyğun olaraq, paytaxt ərazisində aparılan iməcilik işləri çərçivəsində Nizami rayonu ərazisində ümumrayon iməciliyi təşkil edilib.

Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi və Rayon Yaşıllaşdırma Sahəsinin işçiləri tərəfindən rayonun prospekt və küçələrində abadlıq işləri aparılaraq yaşıllıqlara aqrotexniki qulluq göstərilib, ağacların dibi yumşaldılıb, ərazi alaq otlarından və tullantılardan təmizlənib. Bundan əlavə, prospekt və küçələrin, səki kənarlarının, bordürlərin və işıq dirəklərinin, yol kənarındakı məhəccərlərin yuyulması həyata keçirilib.

Eyni zamanda, təmizlik-dezinfeksiya işləri aparılaraq, parklardakı və məhəllələrdəki idman qurğuları, uşaq əyləncə avadanlıqları dezinfeksiya edilib, oturacaqlar yuyulub, həmçinin ərazilərdə məişət tullantılarının atıldığı konteyner meydançalarının ətrafında təmizlik-dezinfeksiya işləri aparılıb.

Kommunal xidmət əməkdaşları ilə yanaşı ictimai iaşə, mağaza və digər obyektlərin əməkdaşları da öz obyektlərinin fasad və vitrinlərinin yuyulması, onların qarşısında səliqə-sahman yaradılması işlərində fəallıq göstəriblər.
Firdovsi Cəbrayılov: Nizami rayonu ərazisində təmizlik işləri aparılıb
Firdovsi Cəbrayılov: Nizami rayonu ərazisində təmizlik işləri aparılıb
Firdovsi Cəbrayılov: Nizami rayonu ərazisində təmizlik işləri aparılıb
Firdovsi Cəbrayılov: Nizami rayonu ərazisində təmizlik işləri aparılıb
Firdovsi Cəbrayılov: Nizami rayonu ərazisində təmizlik işləri aparılıb
Firdovsi Cəbrayılov: Nizami rayonu ərazisində təmizlik işləri aparılıb
Firdovsi Cəbrayılov: Nizami rayonu ərazisində təmizlik işləri aparılıb

Əziz oxucu! Bir az toxta, dur! Məmurların qanunsuzluqlar, sosial problemlər, kresloda oturanların vətəndaşlara təhkimçi kimi baxmaları, korrupsiya və maliyyə maxinasiyaları ilə toplanan milyonlardan, kapitaldan bəhs edən məlumatlardan bir qədər uzaqlaşaq. Sizə çoxlarının yazacaqlarımıza inanmadığı, şəxsiyyəti və real əməli ilə bizi də fəth edən bir şəxsdən - Nizami Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin rəisi Firdovsi Cəbrayılov barədə bəhs edəcəyik. Onun haqqında elini-obasını sevən bir insan kimi gördüklərimizi, bildiklərimizi və başqalarının fikirlərini təqdim edəcəyik.

Yaşayıb-yaşayıb ömrün yetkin bir mərhələsinə çatanda və çevrilib arxada qalan onilliklərə nəzər salanda, xatırlamağa, arxalanmağa, öyünməyə nəsə tapa bilirsənsə, yaşadıqlarına görə təəssüflənmirsənsə, deməli, ömrün hədər getməyib.

Deməli, ALLAHIN bəxş etdiyi ömrü doğru-düzgün yaşamaq, ədalətli, xeyirxah, el-oba, cəmiyyət üçün lazımlı, gərəkli olmaq, haqqı-nahaqqa verməmək, başqalarının haqqını tapdamamaq kimi dəyərlərə sadiq qalmağı bacarmısan. Belə yaşamaq, əlbəttə, hər kəsə nəsib olmur.

Amma dünya belə dəyərli, qiymətli insanlardan xali də deyil. Bu yazıda məhz elə insanlardan birinin - gözəl insan, xeyriyyəçi Nizami Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin rəisi Firdovsi Cəbrayılovun keçdiyi mənalı ömür yoluna qısa da olsa, nəzər salmağa çalışacağıq.

Dünyaya göz açan hər bir kəsin, öz yolu, öz cığırı olur. Bu da əzəli məlum, sonu ALLAHIN qismətindən asılı ömür yoludur. Deyirlər, öz dünyasında olan insanın söz və əməl dünyası saleh olur. Bu yolu şərəflə, ləqayətlə, inam və imanla addımlayan Firdovsi Cəbrayılov Vətənə ləyaqət nümunəsi sayılacaq vəzifə sahiblərindəndir.

Firdovsi Cəbrayılov Azərbaycan dövlətinə sədaqəti, yüksək peşəkarlığı və öz işində hər zaman nümayiş etdirdiyi prinsipiallığı ona göstərilmiş bu yüksək etimadı qazanmaq və doğrultmaq üçün kifayət edə biləcək bir səviyyədədir.

Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Nizami Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin rəisi Firdovsi Cəbrayılovdur.

Nizami Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin rəisi Firdovsi Cəbrayılov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Firdovsi Cəbrayılovun diqqətindədir. “Bütün bayramlarda və əlamətdar günlərdə onlara baş çəkir, qayğıları ilə maraqlanır, hər cür maddi-mənəvi dəstək göstərilir. Onların heç bir müraciətini geri çevirməyən Firdovsi Cəbrayılov səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, Nizami Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin rəisi Firdovsi Cəbrayılova biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.

Firdovsi Cəbrayılov: Nizami rayonu ərazisində təmizlik işləri aparılıbБесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər