Azərbaycanın mədəniyyət paytaxtı Şuşada qədim bayramımız olan Novruzun yenidən qeyd olunması böyük xoşbəxtlikdir

Azərbaycanın mədəniyyət paytaxtı Şuşada qədim bayramımız olan Novruzun yenidən qeyd olunması böyük xoşbəxtlikdir


Qaradağ rayon Xüsusi Təyinatlı Yol İstismarı MMC-nin direktoru Əli müəllim həmişə gələcəyə inamla baxan, qarşıya qoyduğu məqsədə çatmaq üçün yorulmaq bilmədən çalışan insandır. Yüksək pillələrə qalxmaq, orda qərar tutmaq, daha səlahiyyətli söz demək qabiliyyətinə malik olmaq üçün bu yolla dözümlük və səbr göstərmək Əli müəllimin həyat kredosudur. Onun bir xüsusiyyətini xüsusi vurğulamaq istəyirik: o, həmişə işin ağır tərəfindən yapışanlardan olub.

Əli müəllim çalışdığı bütün sahələrdə ilk gündən çox yaxından, olduqca fəal və layaqətlə iştirak etmişdir. Savadı, mədəniyyəti, yüksək əxlaqi keyfiyyətləri, böyük-kiçik yerini bilməsi ona kollektivdə və ictimaiyyət arasında həmişə hörmət və başucalığı gətirmişdir.

Mübaliğəsiz demək olar ki, Əli müəllim ilk qədəmlərindən fəal ictimaiyyətçi, Vətənini, xalqını qəlbən sevən və ona xidmət etməyi özünə müqəddəs borc bilən bir ziyalıdır. Gənclik illərindən bu günə kimi yalnız bir yolla addımlayır – bu yol Böyük Heydər Əliyev, İlham Əliyev yoludur. O, bu yolda çox geniş, məqsədyönlü, saf qəlblə, ürəklə fəaliyyət göstərmişdir, bu gün də göstərir, sabah da göstərəcəkdir.

Qaradağ rayon Xüsusi Təyinatlı Yol İstismarı MMC-nin direktoru Əli müəllim - Bu yaz başqa bir yazdır... Bu il yurdumuza gələn Novruz da başqa bir Novruzdur. Bu il Xankəndi və digər işğaldan azad olunan torpaqlarımız “Gəl, Bahar qoxulu, yaz ətirli Novruzum. Bu il artıq sinəmizdə bizə yad olan səslər, danışıqlar yoxdur, doğma Azərbaycan dilində gözəl musiqilər, nəğmələr dilə gəlir” - deyir...
Qəhrəman Azərbaycan Ordusunun 19 sentyabr 2023-cü il tarixində Qarabağda həyata keçirdiyi lokal xarakterli antiterror əməliyyatlarından sonra bu il ilk dəfə olaraq ərazi bütövlüyünü tamamilə bərpa edən Azərbaycanının bütün guşələrində Novruz bayramı böyük coşğu və sevinclə qeyd olunacaqdır. Uzun illər erməni separatçılarının və tör-töküntülərinin işğalı altında olan Qarabağa sanki bir bahar, yeni bir nəfəs gəlmişdir, Qarabağ illərdir həsrətində olduğu insanların öz yurdlarına qayıtması ilə yenidən dirçəlməyə başlamışdır.
XANKƏNDİNƏ, XOCALIYA, AĞDƏRƏYƏ, ƏSGƏRANA, XOCAVƏNDƏ NOVRUZ BAYRAMI XOŞ GÜNLƏR GƏTİRSİN!
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Ümummilli Liderin vəsiyyətini və Azərbaycan xalqının arzularını reallaşdıraraq işğal altında olan torpaqlarımızı şərəfli və şanlı Azərbaycan Ordusunun rəşadəti və döyüşkənliyi sayəsində işğaldan azad etdi. Artıq 4-cü ildir ki, Şuşada, Füzulidə, Ağdamda, Laçında, Kəlbəcərdə, Zəngilanda, Qubadlıda Novruz bayramı keçirilir, bu il isə Xankəndi, Xocavənd, Xocalı, Ağdərə və Əsgəranda işğal dövründən sonra ilk dəfə olaraq Novruz bayramı təntənəli şəkildə qeyd olunacaqdır.
2021-ci ildə cənab prezident İlham Əliyev Şuşa şəhərində, hər bir azərbaycanlı üçün əziz olan Cıdır düzündə qalanmış tonqalı alovlandıraraq həm işğaldan sonra ilk dəfə Qarabağ ərazisində Novruz bayramının keçirilməsində iştirak etmiş, həm də qalib xalqın Müzəffər Ali Baş Komandanı kimi qələbəmizi bir daha qürurla bütün dünyaya nümayiş etdirmişdi. Novruz bayramını bir gün Qarabağda qeyd edәcәklәrini illәrdir söylәdiyini xatırladan İlham Әliyev Şuşadakı çıxışında demişdi: ‘‘Hәmin gün gәldi. Bu gün Novruz bayramını ölkәmizin mәdәniyyәt paytaxtı olan Şuşada qeyd edirik. Bu tarixi hadisәdir. Bu, böyük xoşbәxtlikdir. Allah Azәrbaycan xalqının dualarını eşitdi. Biz Şuşa vә azad edilmiş bütün torpaqları bərpa edəcəyik. İkinci Qarabağ müharibəsi bu gün dünyanın aparıcı ölkələrinin hərbi məktəblərində öyrənilir. Biz XXI əsrin müharibəsini aparmışıq, düşməni məhv etmişik. Erməni ordusu yoxdur, biz onu məhv etmişik.”
Azərbaycanın mədəniyyət paytaxtı Şuşada qədim bayramımız olan Novruzun yenidən qeyd olunması böyük xoşbəxtlikdir

Bu görüntüləri izləmək hər bir azərbaycanlıda qürur, sevinc, fəxr hissi yaratmışdı. Nəhayət ki, Azərbaycan dövlətinin və xalqının arzusu gerçəkləşmiş, illərdir hər Novruz bayramında və digər bayramlarda edilən dualar, arzular həyata keçmişdi. Azərbaycanın mədəniyyət paytaxtı Şuşada qədim bayramımız olan Novruzun yenidən qeyd olunması böyük xoşbəxtlikdir.
Bu il işğaldan azad olunan XANKƏNDİNDƏ Novruz bayramının keçirilməsini Qalib xalqın hər bir nümayəndəsi səbirsizliklə gözləyir. Tarixi torpaqlarımızda yenidən tonqallar qalanacaq, yenidən Novruz şənlikləri keçiriləcəkdir. Ötən il ekofəallarımız tərəfindən Laçın-Xankəndi yolunda Novruz ab-havası yaradılmış, qalanan tonqallarla ermənilərə bir daha mesaj vermişdik ki, tezliklə biz Xankəndinə də qayıdacağıq. Çox keçmədi ki, Azərbaycan Respublikasının Dövlət Bayrağı Xankəndi şəhərində dalğalanmağa başladı, Xankəndi və Qarabağın digər əraziləri erməni separatçılarından tamamilə təmizləndi.
Müzəffər Ali Baş Komandan İlham Əliyev Ulu Öndər Heydər Əliyevin ən böyük arzusunu gerçəkləşdirərək onun ruhunu bir daha şad etmiş oldu...
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər