Şərəfli və vicdanlı vəzifə sahibi

Şərəfli və vicdanlı vəzifə sahibi


Əziz oxucu! Bir az toxta, dur! Məmurların qanunsuzluqlar, sosial problemlər, kresloda oturanların vətəndaşlara təhkimçi kimi baxmaları, korrupsiya və maliyyə maxinasiyaları ilə toplanan milyonlardan, kapitaldan bəhs edən məlumatlardan bir qədər uzaqlaşaq. Sizə çoxlarının yazacaqlarımıza inanmadığı, şəxsiyyəti və real əməli ilə bizi də fəth edən bir şəxsdən - Sumqayıt Tibb Mərkəzinin direktoru Elnur Azadxanov barədə bəhs edəcəyik. Onun haqqında elini-obasını sevən bir insan kimi gördüklərimizi, bildiklərimizi və başqalarının fikirlərini təqdim edəcəyik.

Sumqayıt Tibb Mərkəzinin direktoru Elnur Azadxanov həmişə gələcəyə inamla baxan, qarşıya qoyduğu məqsədə catmaq üçün yorulmaq bilmədən çalışan insandır. Yüksək pillələrə qalxmaq, orda qərar tutmaq, daha səlahiyyətli söz demək qabiliyyətinə malik olmaq üçün bu yolla dözümlük və səbr göstərmək Elnur Azadxanovun həyat kredosudur. Onun bir xüsusiyyətini xüsusi vurğulamaq istəyirik: o, həmişə işin ağır tərəfindən yapışanlardan olub.

Azadxanov Elnur Ramazan oğlu 1976 cı ildə Cəlilabad rayonunun Prişib ( İndiki Göytəpə) şəhərində doğulmuşdur.
Elnur Azadxanov 1983-1993 cü illərdə Göytəpə 1 saylı orta məktəbini fərqlənmə ilə bitirmişdir.
1993 cü ildə Azərbaycan Tibb Universitetinə daxil olmuş 1999-2000 ci illərdə həmin universiteti bitirmişdir.
Elnur Azadxanov 2000- 2002 cil illərdə Tərtər- Ağdərə istiqamətində N saylı hərbi hissədə Həkim kimi hərbi xidmətdə olmuşdur.
2006-ci ildə Elnur Azadxanov Əziz Əliyev adına Həkimləri Təkmilləşdirmə İnstitutunda Kardiologiya ixtisası üzrə klinik ordinaturanı bitirmişdir.
2010-cu ildə Türkiyə Cumhuriyyəti Fırat Universiteti Tibb Fakultəsi, Kardioloji Araşdırma və Uyqulama mərkəzində İnvaziv Kardiologiya üzrə ixtisaslaşma təhsili almışdır.
Həmin ildə doktor Elnur Azadxanov vətənə dönmüş və invaziv Kardioloq kimi çalışmağa başlamışdır.
Azərbaycan Kardiologiya Cəmiyyətinin İdarə Heyəti üzvü olmuş və hal hazırda da Azərbaycan Kardiologiya Cəmiyyətinin , Avropa Karidoloqları Cəmiyyətinin, Türk dünyası Kardioloqları Cəmiyyətinin üzvüdür.
Doktor Elnur Azadxanov 30-dan yuxarı Beynəlxalq Konfrans və Qurultaylarda sədr və məruzəçi qismində iştirak etmişdir.
6-cı Dünya Ürək Çatışmazlığı Qurultayının Sədrlərindən biridir.
Doğma bölgəsində dr.Elnur Azadxanov kardioloq olaraq çalışmaqla bölgədə müasir kardioloji xidmətin və məktəbin yaranmasında böyük rola sahibdir.
2020-ci ilin fevral ayında doktor Elnur Azadxanov bütün dünyada yeni növ Covid 19 virusunun yayılması başlayınca ilk olaraq Azərbaycanda Astara rayonunda karantin xəstəxanasının yaradılmasında iştirak etmiş və Astara Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsinə baş direktor olaraq təyin edilmişdir.
Sonradan Elnur Azadxanov 2020-ci ilin 11 martında müvafiq əmrlə Cəlilabad Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsinə baş direktor təyin olunmuşdur.
Pandemiya dövründə rəhbərlik etdiyi xəstəxana minlərlə insanı bu amansız virusun çəngindən qurtararaq sağlığına qovuşdurmaqla yüksək tibbi xidmət göstərmişdir.
Pandemiya xəstəxanasının rəhbəri olduğu dövrdə dr.Elnur Azadxanov 44 günlük 2-ci Qarabağ Müharibəsində rəhbərlik etdiyi xəstəxana yaralı əsgərlərimizin təxliyyəsində və müalicəsində də yaxından iştirak etmişdir.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə Ankara Universiteti arasında imzalanmış “Təhsil xidmətlərinin göstərilməsi və elmi əməkdaşlığa dair Protokol” çərçivəsində keçirilən “Xəstəxanaların idarəedilməsi” mövzusunda təlimində iştirak etmişdir. Yeni Klinikada təşkil olunan təlimdə sertifikatla təltif edilib.
Buna görə də doktor Elnur Azadxanov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Cənablarının 2021-ci il 18 iyun 2693 nömrəli sərəncamı ilə “TƏRƏQQİ” Medalı ilə təltif edilmişdir.
Ailəlidir. 2 övladı var.
2023-cü ilin Dekabr ayında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İcraçı direktoru Vüqar Qurbanovun təqdimatı ilə Sumqayıt Tibb Mərkəzinə Elnur Azadxanov direktor təyin edilib.
ÜZVÜ OLDUĞU PEŞƏKAR TƏŞKİLATLAR:
Azərbaycan Kardiologiya Cəmiyyəti (AKC)
Avropa Karidoloqları Cəmiyyətinin (ESC)
Türk Dünyası Kardioloji Birliyi (TDKB)


Elnur Azadxanov çalışdığı bütün sahələrdə ilk gündən çox yaxından, olduqca fəal və layaqətlə iştirak etmişdir. Savadı, mədəniyyəti, yüksək əxlaqi keyfiyyətləri, böyük-kiçik yerini bilməsi ona kollektivdə və ictimaiyyət arasında həmişə hörmət və başucalığı gətirmişdir.

Mübaliğəsiz demək olar ki, Sumqayıt Tibb Mərkəzinin direktoru Elnur Azadxanov ilk qədəmlərindən fəal ictimaiyyətçi, Vətənini, xalqını qəlbən sevən və ona xidmət etməyi özünə müqəddəs borc bilən bir ziyalıdır. Gənclik illərindən bu günə kimi yalnız bir yolla addımlayır – bu yol Böyük Heydər Əliyev yoludur. O, bu yolda çox geniş, məqsədyönlü, saf qəlblə, ürəklə fəaliyyət göstərmişdir, bu gün də göstərir, sabah da göstərəcəkdir.

Dünyaya göz açan hər bir kəsin, öz yolu, öz cığırı olur. Bu da əzəli məlum, sonu ALLAHIN qismətindən asılı ömür yoludur. Deyirlər, öz dünyasında olan insanın söz və əməl dünyası saleh olur. Bu yolu şərəflə, ləqayətlə, inam və imanla addımlayan Sumqayıt Tibb Mərkəzinin direktoru Elnur Azadxanov Vətənə ləyaqət nümunəsi sayılacaq vəzifə sahiblərindəndir.

Elnur Azadxanov Azərbaycan dövlətinə sədaqəti, yüksək peşəkarlığı və öz işində hər zaman nümayiş etdirdiyi prinsipiallığı ona göstərilmiş bu yüksək etimadı qazanmaq və doğrultmaq üçün kifayət edə biləcək bir səviyyədədir.

Sumqayıt Tibb Mərkəzinin direktoru Elnur Azadxanov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Elnur Azadxanovun diqqətindədir. “Bütün bayramlarda və əlamətdar günlərdə onlara baş çəkir, qayğıları ilə maraqlanır, hər cür maddi-mənəvi dəstək göstərilir. Onların heç bir müraciətini geri çevirməyən Elnur Azadxanov səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, Sumqayıt Tibb Mərkəzinin direktoru Elnur Azadxanova biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.

Sumqayıt Tibb Mərkəzinin direktoru Elnur Azadxanov peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır.
Şərəfli vəzifəyə yiyələnən Elnur Azadxanov bu işin müqəddəsliyini qoruyub saxlayır. Elnur Azadxanov kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.

Elnur Azadxanov Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.

Elnur Azadxanov böyük müəllimi və idealı olan Heydər Əliyev kimi layiqli insanlara dəyər verməkdən zövq alır!

Elnur Azadxanov yüksək texniki biliyi və təhsili olan, yüksək iqtisadi, siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir!

Elnur Azadxanovun böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədi!

Elnur Azadxanov insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!

Elnur Azadxanov bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!

Ona etibar edilən bütün işlərdə Elnur Azadxanov özünü doğruldub. Bizdə hörmətli Elnur Azadxanovu dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər