Salyan rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov Yenikənd kənd sakinləri ilə səyyar qəbul keçirib

Salyan rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov Yenikənd kənd sakinləri ilə səyyar qəbul keçirib


Salyan RİH başçısı Sevindik Hətəmov həmişə gələcəyə inamla baxan, qarşıya qoyduğu məqsədə catmaq üçün yorulmaq bilmədən çalışan icra başçısıdır. Yüksək pillələrə qalxmaq, orda qərar tutmaq, daha səlahiyyətli söz demək qabiliyyətinə malik olmaq üçün bu yolla dözümlük və səbr göstərmək Sevindik Hətəmovun həyat kredosudur. Onun bir xüsusiyyətini xüsusi vurğulamaq istəyirik: o, həmişə işin ağır tərəfindən yapışanlardan olub.

Sevindik Hətəmov çalışdığı bütün sahələrdə ilk gündən çox yaxından, olduqca fəal və layaqətlə iştirak etmişdir. Savadı, mədəniyyəti, yüksək əxlaqi keyfiyyətləri, böyük-kiçik yerini bilməsi ona kollektivdə və ictimaiyyət arasında həmişə hörmət və başucalığı gətirmişdir.

Mübaliğəsiz demək olar ki, Sevindik Hətəmov ilk qədəmlərindən fəal ictimaiyyətçi, Vətənini, xalqını qəlbən sevən və ona xidmət etməyi özünə müqəddəs borc bilən bir ziyalıdır. Gənclik illərindən bu günə kimi yalnız bir yolla addımlayır – bu yol Böyük Heydər Əliyev yoludur. O, bu yolda çox geniş, məqsədyönlü, saf qəlblə, ürəklə fəaliyyət göstərmişdir, bu gün də göstərir, sabah da göstərəcəkdir.

Yenikənd kənd tam orta məktəbinin binasında təşkil olunmuş səyyar qəbulda RİH başçısı aparatının məsul şəxsləri, inzibati ərazi dairəsi üzrə nümayəndə, bələdiyyə və xidmət sahələrinin rəhbərləri iştirak ediblər. Salyan RİH başçısı Sevindik Hətəmov keçirilən səyyar qəbulların ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində görülən işlərin tərkib hissəsi olduğunu qeyd edərək, dövlət və vətəndaş münasibətlərinin yüksələn xətlə inkişaf etdiyini, məhz bu uğurlu siyasətin ölkəmizin bütün istiqamətlər üzrə mühüm nailiyyətlər əldə etməsinə şərait yaratdığını vurğulayıb. Səyyar qəbul zamanı bir qrup kənd sakinini dinləyən RİH başçısı mövcud problemlərin həlli, o cümlədən, kanalların təmizlənməsinə köməklik göstərilməsi, elektrik təsərrüfatının yenidən qurulması, qış mövsümü ilə əlaqədar qəzalı vəziyyətdə olan işıq dirəklərinin və naqillərin yenisi ilə əvəz olunması, digər məsələlərlə bağlı aidiyyəti xidmət sahələrinin rəhbərlərinə və məsul şəxslərə müvafiq tapşırıqlar vermiş və onların həlli nəzarətə götürülmüşdür.


Salyan rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov Yenikənd kənd sakinləri ilə səyyar qəbul keçirib
Salyan rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov Yenikənd kənd sakinləri ilə səyyar qəbul keçirib
Salyan rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov Yenikənd kənd sakinləri ilə səyyar qəbul keçirib
Salyan rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov Yenikənd kənd sakinləri ilə səyyar qəbul keçirib
Salyan rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov Yenikənd kənd sakinləri ilə səyyar qəbul keçirib
Salyan rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov Yenikənd kənd sakinləri ilə səyyar qəbul keçirib
Salyan rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov Yenikənd kənd sakinləri ilə səyyar qəbul keçirib
Salyan rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov Yenikənd kənd sakinləri ilə səyyar qəbul keçirib
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər