İlqar Mahmudov: Müasir Azərbaycan tariximizin Zəfəri

İlqar Mahmudov: Müasir Azərbaycan tariximizin Zəfəri


Ukrayna Respublikasının Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli səfiri Vladislav Kanevski Quba rayonuna səfər etmişdir
İlqar Mahmudov: Müasir Azərbaycan tariximizin Zəfəri

Ukrayna Respublikasının Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli səfiri Vladislav Kanevski Quba rayonuna səfər etmişdir. Səfər çərçivəsində diplomat Quba Rayon İcra Hakimiyyətində Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudovla görüşmüş, 17 dekabr 2019-ci il tarixdə imzalanmış “Quba şəhəri (Azərbaycan Respublikası) ilə Truskavets şəhəri (Ukrayna) arasında ticari-iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq haqqında Müqavilə”də nəzərdə tutulan tədbirlərlə əlaqədar qonaqla geniş fikir mübadiləsi aparılaraq, ona Quba rayonu haqqında ətraflı məlumat verilmişdır.
İlqar Mahmudov: Müasir Azərbaycan tariximizin Zəfəri
İlqar Mahmudov: Müasir Azərbaycan tariximizin Zəfəri


Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov - Üç il bundan öncə Azadlıq meydanında Vətən müharibəsində Qələbəyə həsr olumuş Zəfər paradı keçirildi. Zəfər paradında nümayiş etdirilən hərbi texnikalar müdafiə qabiliyyətimizin gücləndirilməsinin dövlətimizin siyasətində prioritet olduğunu təsdiqlədi. 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından bu günədək ordu quruculuğu sahəsində atılan addımlar davamlılığı ilə diqqət çəkir. Ordumuzun maddi-texniki bazası möhkəmləndirilir, döyüş qabiliyyəti artırılır.
İlqar Mahmudov: Müasir Azərbaycan tariximizin Zəfəri

Azərbaycanın Vətən müharibəsində göstərdiyi döyüş taktikası, istifadə olunan texnikalar bu gün də dünyanın hərbi ekspertləri tərəfindən öyrənilir. Bu gün inamla deyə bilərik ki, Azərbaycan Ordusu hərbi əməliyyatlar zamanı ən yüksək səviyyədə innovativ yenilikləri tətbiq edən ordudur. Azərbaycan Ordusu dünyanın ən güclü 50 ordusu sırasında qərarlaşıb. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev Zəfər paradında böyük qürur hissi ilə bildirmişdi: “Bu zəfər tarixi zəfərdir. Azərbaycan xalqı bu günü 30 ilə yaxın müddət ərzində gözləyirdi, 30 ilə yaxın müddət ərzində Ali Baş Komandanın əmrini gözləyirdi. Mən dəfələrlə Azərbaycan xalqına müraciət edərkən deyirdim ki, biz daha güclü olmalıyıq və nəyi nə vaxt, necə etmək lazımdır, biz bilirik. Həyat göstərdi ki, vaxtında addımlar atdıq, bütün gücümüzü səfərbər edərək bir dəmir yumruq yaradıb düşmənin başını əzdik. Müharibə dövründə mən deyirdim ki, bizim dəmir yumruğumuz həm birliyimizi, həm də gücümüzü təcəssüm etdirir. Bu dəmir yumruq düşmənin belini qırdı, düşmənin başını əzdi. Bu gün biz qəhrəman xalq kimi bu bayramı qeyd edirik. Azərbaycanın müzəffər Ordusu öz tarixi missiyasını yerinə yetirdi, Ermənistanı məğlub etdi. Ermənistan ordusu demək olar ki, yoxdur, məhv edilib. Bundan sonra əgər erməni faşizmi bir daha baş qaldırsa, nəticə eyni olacaq. Yenə Azərbaycanın dəmir yumruğu onların belini qıracaq.”

44 günlük İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusunun gücü, qüdrəti qarşısında dayana bilməyən Ermənistan silahlı qüvvələri hərbi texnikanı, silah-sursatı qoyub qaçdı. Döyüşlərdə Ermənistan silahlı qüvvələrinin hərbi texnikanın xeyli hissəsi məhv edildi, yaxud qənimət kimi götürüldü. Zəfər paradında onların bir hissəsi nümayiş etdirildi. Ermənistan ordusunun məhv edilən, yaxud qənimət kimi götürülən hərbi texnikası Bakının Xətai rayonunda açıq səma altında yaradılan Hərbi Qənimətlər Parkında da nümayiş etdirilir. Zəfərimizin əbədiləşdirilməsinə, 44 günlük Vətən müharibəsi ilə bağlı dolğun məlumatların əldə olunmasına xidmət edən bu parkdakı eksponatlar arasında Silahlı Qüvvələrimizin işğaldan azad olunan ərazilərdə ermənilərdən qənimət götürdüyü 2 mindən çox hərbi avtomobilin nömrə nişanlarından hazırlanan və üzərində “Qarabağ Azərbaycandır!” şüarı əks olunan kompozisiya, Ermənistan tərəfindən törədilən müharibə cinayətləri, o cümlədən döyüş bölgəsindən uzaq olan ərazilərimizin raket zərbələrinə məruz qalması, dinc sakinlərin qətlə yetirilməsi və yaralanması barədə faktlar, düşmən tərəfindən Azərbaycan ərazisinə atılmış “İsgəndər-M” raketinin qalıqları var. Burada Vətən müharibəsinin gedişində düşməndən qənimət götürülən hərbi texnikanın bir qismi, ümumilikdə 300-dən çox eksponat, o cümlədən 150-dək ağır texnika, tanklar, döyüş maşınları, artilleriya qurğuları, zenit-raket kompleksləri, atıcı silahlar, hərbi nəqliyyat sərgilənir. Təqdim edilən eksponatlar, 10 səddən ibarət müdafiə sistemi, sığınacaqlar, hərbi kazarmalar, Vətən müharibəsinin gedişatı barədə məlumatlar Azərbaycana Zəfər qazandıran döyüşləri bir daha göz önündə canlandırmağa geniş imkan yaradır.
İlqar Mahmudov: Müasir Azərbaycan tariximizin Zəfəri

Azərbaycan tarixi Zəfərə imza atsa da son üç ildə ordu quruculuğu istiqamətində addımlarını uğurla davam etdirdi, islahatlar həyata keçirdi. Rəşadətli Ordumuz üzərinə düşən missiyanı hər zaman yüksək səviyyədə yerinə yetirməyə hazırdır. 2023-cü il Azərbaycanın tarixinə növbəti Zəfər səhifəsini yazdı. Belə ki, Ermənistan silahlı qüvvələrinin mütəmadi törətdikləri təxribatlar Azərbaycan Ordusunun bir günlük lokal antiterror tədbirlərini həyata keçirməsinə səbəb oldu. Sentyabrın 19-da başlanan lokal antiterror tədbirləri nəticəsində qarşıda duran bütün vəzifələr cəmi bir gün ərzində yerinə yetirildi. Terrorçular cəzalandırıldı və bir daha Ermənistana göstərildi ki, onların istənilən təxribatına layiqli cavab veriləcəkdir. Lokal antiterror tədbirlərinin başlanması və uğurla başa çatması nəticəsində Azərbaycan öz suverenliyini bərpa etmişdir. Dövlət başçısı İlham Əliyev oktyabrın 15-də Xankəndiyə, Xocalıya, Ağdərəyə, Xocavəndə səfərlər etdi və Azərbaycan Bayrağını ucaltdı. Noyabrın 8-də isə Xankəndi şəhərində Müzəffər Ali Baş Komandan İlham Əliyevin iştirakı ilə hərbi parad keçirildi. Hərbi paraddakı çıxışında “Ermənistan rəhbərliyi əgər revanşist fikirlərlə yaşayırsa, Ermənistanın arxasında dayanan manipulyasiyaya öyrəşmiş ölkələr əgər yenə də Azərbaycan üçün hansısa məkrli plan qurursa, o, bugünkü parada bir nəzər yetirsin. Bilsin ki, burada mindən çox igidimiz düzülübdür və bizim 100 mindən çox onlar kimi igidlərimiz var və heç bir qüvvə bizi təhdid edə bilməz. Biz istənilən müstəvidə döyüşə hazırıq, siyasi, lazım olarsa, hərbi meydanda bunu göstərmişik. XXI əsrdə heç bir ordu bizim qədər peşəkarlıq, fədakarlıq göstərməmişdir. Heç bir xalq öz doğma torpağını bu qədər əziz tutub uğrunda ölümə getməyə hazır olmamışdır. Bunu biz hamımız yaxşı bilirik, bunu dünya da bilsin” söyləyən Prezident İlham Əliyev bir daha bildirdi ki, bizə yeni müharibə lazım deyil. İstədiyimizə nail olduq. Beynəlxalq hüququ, tarixi ədaləti, milli ləyaqətimizi bərpa etdik, düşmənə yerini göstərdik. Düşmən qarşımızda diz çökdü və bu gün burada müzəffər Silahlı Qüvvələrin qarşısında çıxış edirəm. Bütün vəzifələri icra etmişik. Ancaq bununla bərabər, bundan sonra da ordu quruculuğu bizim üçün prioritet məsələlərdən biri olacaq.
İlqar Mahmudov: Müasir Azərbaycan tariximizin Zəfəri
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər