Quba Rayon İcra Hakimiyyətinin başçısı cənab Ziyəddin Əliyev vəzifəsini şərəflə yerinə yetirir - ÖZƏL

Quba Rayon İcra Hakimiyyətinin başçısı cənab Ziyəddin Əliyev vəzifəsini şərəflə yerinə yetirir - ÖZƏL


Vətən oğullarının şərəfinə yaradılan xatirə kompleksinin açılış mərasimi olmuşdur

Quba Rayon İcra Hakimiyyətinin başçısı cənab Ziyəddin Əliyev vəzifəsini şərəflə yerinə yetirir - ÖZƏL


Rayonumuzun Qamqam kəndində şəhid, Vətən Müharibəsi Qəhrəmanı Mehrab Söhrab oğlu Niftəliyevin xatirəsinə yaradılmış bulağın, eləcə də Qamqam kəndindən Birinci və İkinci Qarabağ Müharibəsində şəhid olan Vətən oğullarının şərəfinə yaradılan xatirə kompleksinin açılış mərasimi olmuşdur. Mərasimdə Quba Rayon İcra Hakimiyyətinin başçısı cənab Ziyəddin Əliyev, rayonumuzun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, rayon ictimaiyyətinin nümayəndələri və kənd sakinləri iştirak etmişdir

Quba Rayon İcra Hakimiyyətinin başçısı cənab Ziyəddin Əliyev - 2020-ci il sentyabrın 27-dən başlayan və 44 gün davam edən müharibə nəticəsində Azərbaycanın ərazi bütövlüyü tam bərpa olundu. Bu şanlı qələbə hər kəsi sevindirdi. Lakin bizi qarşıda ciddi problemlər gözləyirdi. Bəli, torpaqlarımız qaytarılmışdı, amma dədə-baba yurdumuzdan tikili bir ev, əkili bir ağac belə qalmamışdı. Televiziyadan, sosial şəbəkələrdən gördüyümüz Qarabağın müxtəlif bölgələri haqda olan video-çarxlar qəlbimizi ağrıdırdı. Hər tərəf yerlə yeksan olunmuş, azğın düşmən məscidlərə, dini ocaqlara, qəbirlərə belə mərhəmət etməmişdi. Erməni vandalizmi hər addımbaşı görünürdü, onlar bütün izlərimizi silməyə çalışmışdılar. İşğaldan azad edilən ərazilərdə 1988-ci ildə meşə fondu 228 min hektar təşkil edirdisə, 2020-ci ildə bu göstərici 174 min hektar idi. Demək ki, 54 min hektar meşə fondu məhv edilmişdi. Ekologiyamıza ciddi zərər vurulmuşdu. Xalq isə bu məsələdə də prezidentinə güvənirdi. Çünki Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Qarabağın dirçəldilməsi sözünü vermişdi. Tarixi qələbədən qısa müddət sonra Prezident özü şəxsən Şuşaya, Ağdama, Füzuliyə, Cəbrayıla və s. səfərlər etdi. Bu səfərlər tarixi əhəmiyyət daşıyırdı. İlham Əliyev Qarabağın müxtəlif bölgələrinə etdiyi səfərlərində doğma yurda-Qarabağa çəkiləcək yolların əsasını qoyur, regionda ediləcək bərpa işləri ilə tanış olur, göstərişlər verirdi. Qələbəmizin üstündən 7-8 ay keçib, amma artıq edilən dəyişikliklər heyrət doğurur. Qarabağa həyat qayıdır. Məscidlərimiz, muzeylərimiz, körpülərimiz yenidən qurulur. Hələ də ərazilərimizin böyük qismi ANAMA əməkdaşları tərəfindən təmizlənir. Təbii ki, torpaqlarımızın tam bərpası üçün böyük bir vaxt lazımdır. Amma buna baxmayaraq Qarabağdakı işlər çox sürətlə irəliləyir. Hətta Zəngilanda "Ağıllı kənd"in inşasına başlanılıb. Artıq evlərin damı da qurulub.

Qarabağın çiçəklənməsi üçün hər kəs can-başla çalışır. Xalq səbrsizliklə o torpaqlarda məskunlaşmağı gözləyir.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər