Rusiyadan Donetskə raket hücumu: ölən və yaralananlar var

Rusiyadan Donetskə raket hücumu: ölən və yaralananlar var


Rusiya Ukraynanın Donetsk vilayətində yaşayış massivinə raket hücumu həyata keçirib.

"Haberler.com" xəbər verir ki, bu barədə Ukraynanın daxili işlər naziri İqor Klimenko məlumat verib.

Hadisə nəticəsində 5 nəfər ölüb, 31 nəfər yaralanıb.
İlk hücumda 4 mülki vətəndaşın, ikinci hücumda isə 1 təcili yardım işçisinin həlak olduğu bildirilib.

İki raketin istifadə edildiyi hücumda 5 mərtəbəli yaşayış binası zərər görüb.

Klimenko bölgədə axtarış-xilasetmə işlərinin davam etdiyini bildirib.

Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər