Rusiya Ukrayna şəhərini “İsgəndər”lə vurdu: Ölənlərin sayı artdı

Rusiya Ukrayna şəhərini “İsgəndər”lə vurdu: Ölənlərin sayı artdı


Rusiya ordusunun Kramatorska raket hücumu nəticəsində ölənlərin sayı 11-ə çatıb.

Bu barədə Kramatorsk meri Aleksandr Qonçarenko bildirib.

Məlumatı ölkənin Daxili İşlər Nazirliyi də təsdiqləyib.

“İyunun 28-i saat 17:00-a olan məlumata görə, dağıntılar altından 11 nəfərin (o cümlədən 3 uşağın) meyiti çıxarılıb”, - DİN-dən bildirilib.

Ölənlərdən ikisi 15 yaşına çatmayan əkiz bacılar Anna və Yuliya Aksençenkolardır.

Həmçinin, hadisə nəticəsində 61 nəfər yaralanıb.

Xatırladaq ki, Kramatorska raket hücumu iyunun 27-də həyata keçirilib. Rusiya qüvvələri çox sayda insanın olduğu kafeni atəşə tutublar. Hücum yanğına səbəb olub.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər