Xankəndidən Bakıya zəng: erməni görün nələr dedi

Xankəndidən Bakıya zəng: erməni görün nələr dedi


Xankəndidə getdikcə ağırlaşan sosial-iqtisadi vəziyyət, su böhranı şəhərdə yaşayan ermənilərin müxtəlif ölkələrə, eləcə də Bakıya zəng etməsinə səbəb olur.

Globalinfo.az xəbər verir ki, erməni sakinlər telefon əlaqəsi zamanı separatçı rejimin Qarabağda qoyduğu məhdudiyyətlərdən, çətin sosial vəziyyətdən, eləcə də su qıtlığından danışaraq kömək istəyiblər.

Separatçı rejimin oyuncaq “təhlükəsiz xidməti” isə bunu təhrif edərək, guya Azərbaycan kəşfiyyatının Xankəndidəki ermənilərə zəng etdiyini, oradakı sosial-iqtisadi vəziyyətlə maraqlandığını iddia edib. Reallıq isə bundan ibarətdir ki, rəsmi Bakı sülhməramlıların nəzarətində olan ərazilərdəki bütün məsələlərdən, həmçinin vəziyyətdən xəbərdardır. Hətta erməni mənbələri özləri etiraf etmişdilər ki, Azərbaycan qurumlarının əlində Qarabağdakı ermənilərlə bağlı dəqiq siyahı var.

Separatçı rejimin oyuncaq “qurumları” Xankəndidə hökm sürən çıxılmaz vəziyyətlə əlaqədar belə çağırışlar edərək, erməni əhalini təşvişdə saxlamağa çalışır. Lakin buna baxmayaraq, Bakıya zəng edən ermənilərin bir qismi sülh tərəfdarı olduqlarını deyərək reinteqrasiya prosesinə razılıqlarını ifadə edirlər.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər