Xankəndidəki separatçı rejimdə “hakimiyyət çevrilişi” yaşanır

Xankəndidəki separatçı rejimdə “hakimiyyət çevrilişi” yaşanır


Vardanyan əli ilə Xankəndidə separatçı rejimin komandasında kütləvi “təmizləmə” işi həyata keçirilib.

Dələduz “desantçı” Ruben Vardanyanın Xankəndidə peyda olmasından, xüsusən də onun qondarma rejimin “dövlət naziri” “təyin edildik”dən sonra separatçı komandada ciddi parçalanmalar, qarşıdurmalar yaranıb. Vardanyan öz “komandasını” formalaşdırmaq üçün köhnələrlə vidalamaqdadır.

Vardanyan bunu baş separatçı Araik Aratunyanın əli ilə həyata keçirməkdədir.

Bir neçə gün öncə separatçı rejimin “təhlükəsizlik şurasınının katibi” vəzifəsindən azad olunan Vitali Balasanyanın ardınca bu gün baş separatçı Araik Arutyunyanın “sərəncamı” ilə ciddi “kadr” dəyişikliyi baş verib.

Beləliklə, Araik Arutyunyan imzaladığı “sərəncam”larla Srbui Arzumanyan “artsax prezidentinin aparatı rəhbərinin birinci müavini” vəzifəsindən azad edilərək “ədliyyə naziri” təyin edilib.

Aram Sarkisyan “şəhərsalma naziri” təyin edilib.

David Babayan “artsax xarici işlər naziri” vəzifəsini icra edən vəzifəsindən azad edilib. Onun yerinə isə Sergey Qazaryan “xarici işlər naziri” təyin edilib.

Armen Manqasaryan “sosial inkişaf və miqrasiya naziri” təyin edilib.

Arutyunyan eyni zamanda Armen Manqasaryanı “Mənzil Məsələləri Komitəsinin sədri” vəzifəsindən azad edilməsi haqqında “hökumətin qərarı”nı təsdiqləyib. Bu vəzifə müvəqqəti olaraq “komitə sədrinin müavini” İnna İşxanyana həvalə edilib.

Baş verən “hakimiyyətə dəyişkliyi” separatçılar arasında ciddi fikir ayrılığının və parçalanmanın olmasından xəbər verir. Yaxın gələcəkdə “hakimiyyət çevrilişi”nin baş separatçı Araik Arutyunyanın başını yeyəcəyi istisna deyil.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər