Əhməd Rəhimov: Heydər Əliyev ideyaları Azərbaycanın milli-mənəvi sərvətidir

Əhməd Rəhimov: Heydər Əliyev ideyaları Azərbaycanın milli-mənəvi sərvətidir


"NAZ Lifan" -nın satış direktoru Əhməd Rəhimov - Hər bir xalqın tarixində, onun talehyüklü məsələlərində xilaskarlıq missiyasını öz üzərinə götürərək xalqı bəlalardan xilas edən tarixi şəxsiyyətlər olmuşdur. Bu mənada Azərbaycan Xalqı çox xoşbəxt xalqdır ki, onun tarixində Heydər Əliyev kimi qorxmaz, qətiyyətli, uzaqgörən, dahi, xilaskar, lider şəxsiyyət olmuşdur. Azərbaycan Xalqının Ümumilli Lideri, Ulu Öndərimiz Heydər Əliyev ömrünü xalqına və dövlətinə həsr edərək, ali intellekti, yüksək rəhbərlik bacarığı, cəsarəti, vətənə bağlılığı və digər ən yüksək keyfiyyətləri ilə bütün çətinliklərin öhdəsindən layiqincə gəlmiş, Azərbaycanı böyük bəlalardan, faciələrdən xilas edərək inkişaf yoluna çıxarmışdır. Müasir, qüdrətli Azərbaycan dövlətinin memarı olan böyük Öndər Heydər Əliyevin fəaliyyəti o qədər zəngin və çoxşaxəlidir ki, dahi Heydər Əliyevin həyat və fəaliyyətini sözlə ifadə etmək mümkün deyildir.

Əhməd Rəhimov: Heydər Əliyev ideyaları Azərbaycanın milli-mənəvi sərvətidir


Azərbaycan üçün ömrünü şam kimi əridərək xalqına işiqlı gələcək bəxş edən Xalqımızın böyük oğlu Heydər Əliyev yaradılmış maneələrə baxmayaraq dəfələrlə özünü böyük təhlükələrə ataraq, haqq səsimizi dünyaya çatdırmışdır. Vətənə sədaqətli xidmətin əyani nümunələrini yaradan, qurucu Heydər Əliyev çıxışlarının birində belə demişdir: “Hamı bilsin ki, məni heç bir şey qorxutmur. Mən Azərbaycan Respublikasının bu ağır dövründə bu ağır yükü öz üzərimə götürmüşəm. Ona görə yox ki, bu vəzifə mənə lazımdır. Bəziləri buna can atırlar. Ona görə götürmüşəm ki, öz bacı–qardaşlarıma, torpağıma xidmət edim. Mən bütün bu təxribatçıların, terrorçuların qabağında durmuşam və duracağam. Azərbaycanın müstəqilliyini qorumuşam və qoruyacağam. Əgər hər hansı bir namərd gülləsi, hər hansı terrorçu gülləsi məni həyatdan götürərsə, özüm də, övladlarım da müstəqil Azərbaycanın yaşaması yolunda qurban olmağa hazırıq”.

Əbədiyaşar Heydər Əliyev dühası Azərbaycan xalqının ən böyük milli sərvətlərindən biridir. Eyni zamanda Ulu Öndərimizin Azərbaycan qarşısında ən böyük xidmətlərindən biri də İlham Əliyev kimi uzaqgörən, müdrik siyasətçi yetişdirməsi olmuşdur. Heydər Əliyev məktəbinin ən layiqli davamçısı olan İlham Əliyev Ümumilli Liderimizin həyata keçirdiyi siyasəti layiqincə, uğurlu şəkildə davam etdirir. Prezident İlham Əliyev dahi Heydər Əliyevin ona olan inamını tam və ən yüksək səviyyədə doğruldaraq Azərbaycanımızı zirvələrə qaldırdı və ən əsası beynəlxalq ədaləti bərpa edərək bizləri işğaldan azad olunmuş torpaqlarımıza qaytardı, Qalib Xalqa çevirdi və ATA Vəsiyyətini yerinə yetirdi.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər