Qəhrəman Qələndərov Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir

Qəhrəman Qələndərov Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir


Yaşayıb-yaşayıb ömrün yetkin bir mərhələsinə çatanda və çevrilib arxada qalan onilliklərə nəzər salanda, xatırlamağa, arxalanmağa, öyünməyə nəsə tapa bilirsənsə, yaşadıqlarına görə təəssüflənmirsənsə, deməli, ömrün hədər getməyib.

Deməli, ALLAHIN bəxş etdiyi ömrü doğru-düzgün yaşamaq, ədalətli, xeyirxah, el-oba, cəmiyyət üçün lazımlı, gərəkli olmaq, haqqı-nahaqqa verməmək, başqalarının haqqını tapdamamaq kimi dəyərlərə sadiq qalmağı bacarmısan. Belə yaşamaq, əlbəttə, hər kəsə nəsib olmur.

Amma dünya belə dəyərli, qiymətli insanlardan xali də deyil. Bu yazıda məhz elə insanlardan birinin - gözəl insan, xeyriyyəçi Bakı Beynəlxalq Avtovağzal Kompleksinin direktoru Qəhrəman Qələndərovun keçdiyi mənalı ömür yoluna qısa da olsa, nəzər salmağa çalışacağıq.

Bakı Beynəlxalq Avtovağzal Kompleksinin direktoru Qəhrəman Qələndərov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Qəhrəman Qələndərovun diqqətindədir. “Bütün bayramlarda və əlamətdar günlərdə onlara baş çəkir, qayğıları ilə maraqlanır, hər cür maddi-mənəvi dəstək göstərilir. Onların heç bir müraciətini geri çevirməyən Qəhrəman Qələndərov səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, Bakı Beynəlxalq Avtovağzal Kompleksinin direktoru Qəhrəman Qələndərova biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.

Bakı Beynəlxalq Avtovağzal Kompleksinin direktoru Qəhrəman Qələndərov - Azərbaycan xalqı 1993-cü ilin may-iyun aylarında çox ciddi sınaqlarla üz-üzə qalmışdı. Ölkə vətəndaş müharibəsinin astanasında idi. AXC-Müsavat hakimiyyəti xalqı və ölkəni parçalanmaq, məhv olmaq həddinə gətirib çıxarmışdı. Belə ağır günlərdə xalq öz nicat yolunu Naxçıvanda yaşayan dahi şəxsiyyət Heydər Əliyevə müraciət etməkdə gördü. İnsanlar çox yaxşı anlayırdılar ki, xalqı və ölkəni mövcud bəlalardan məhz Heydər Əliyev xilas edə bilər. Təbii ki, xalq düzgün qərar vermişdi. Xalqın təkidli tələbi ilə Naxçıvandan Bakıya gələn Ulu Öndər Heydər Əliyev iyunun 15-də Ali Sovetin sədri seçildi. Bu təqvim müstəqil Azərbaycanın tarixinə Milli Qurtuluş Günü olaraq yazıldı. Bu əlamətdar hadisədən cəmi 9 gün sonra Ali Sovetin qərarı ilə Heydər Əliyev Azərbaycan Prezidentinin səlahiyyətlərini icra etməyə başladı. Çünki o vaxtkı Prezident ölkədə baş verən hadisələrə biganə yanaşaraq Bakını tərk etməklə faktiki olaraq prezidentlik səlahiyyətlərindən imtina etmişdi.

Qəhrəman Qələndərov Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir


Ulu Öndər Heydər Əliyev Prezident səalhiyyətlərini icra etməyə başladıqdan sonra aparılan düşünülmüş siyasət nəticəsində ölkədə həyat öz axarına qayıtmağa başladı. İlk olaraq ölkə daxilində ictimai təhlükəsizlik bərpa olundu. Ölkənin müxtəlif hissələrində özləri üçün ayrıca “respublikalar” yaratdıqlarını elan etmiş separatçı şəxslərin qarşısı alındı və Azərbaycanın parçalanmaq təhlükəsi aradan qaldırıldı. Ölkədaxili vəziyyəti sabitləşdirən Ulu Öndər Heydər Əliyev Ermənistanın aktiv hərbi təcavüzünü dayandırmaq məqsədi ilə atəş müqaviləsinin imzalanmasına nail oldu. AXC-Müsavat hakimiyyəti qısa zaman ərzində qonşu ölkələrlə də münasibətləri korlamış, Azərbaycanın təklənməsi üçün şərait yaratmışdılar. Lakin Ulu Öndər Heydər Əliyev həyata keçirdiyi düzgün xarici siyasətlə həm qonşu ölkələr, həm də digər ölkələrlə münasibətlərin qurulmasını təmin etdi. İqtisadi cəhətdən tamamilə zəifləmiş ölkəyə xarici investorların cəlb edilməsi üçün işlər həyata keçirildi. Düzgün xarici siyasət nəticəsində Azərbaycanla əməkdaşlıq etmək istəyən ölkələrin sayı artmağa başladı. Nəticədə isə Azərbaycan iqtisadiyyatı canlanmağa başladı. Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti sayəsində xalqın təhlükəsizliyi bərqərar oldu və insanların gündəlik həyatlarında irəliləyişə nail olundu. Bir sözlə, xalqımızın ictimai-siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrində dirçəlişi Ulu Öndərin adı ilə bağlıdır. Müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyev Azərbaycan tarixinin yetirdiyi ən böyük şəxsiyyətlərdən biridir. Ulu Öndər rəhbərlik etdiyi dövr ərzində Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxara bilmiş, ölkənin gələcək inkişaf strategiyasını müəyyən etmiş və onun həyata keçirilməsi üçün mühüm addımlar atmışdır.

Azərbaycan xalqı öz çətin günündə böyük oğlu Heydər Əliyevə müraciət etdi. Ulu Öndər də hər zaman xalqın dəstəyinə arxalanır, xalqdan güc alırdı. Zamanın ağır sınaqları göstərdi ki, Azərbaycanı məhz Heydər Əliyev kimi böyük siyasətçi qoruyub saxlaya bilər. Ulu Öndər öz ömrünü müstəqil Azərbaycana və xalqımıza həsr edərək xilaskarlıq missiyasını qətiyyətlə yerinə yetirdi. Ömrünü xalqına həsr edən Ulu Öndər Heydər Əliyev milli liderliklə siyasi liderlik keyfiyyətlərini özündə cəmləşdirmiş böyük siyasətçi olmuşdur. Belə hal isə bəşəriyyət tarixində nadir rast gəlinən haldır. Odur ki, Azərbaycan xalqı xoşbəxt xalqdır. Zamanla keşməkeşli tarix yaşamasına baxmayaraq Heydər Əliyev kimi dahi şəxsiyyətinin olması xalqımızın xoşbəxtliyidir. Xalq və dövlət qarşısındakı misilsiz xidmətləri sayəsində Ulu Öndər Heydər Əliyev müasir Azərbaycanın memarı adını qazanmışdır.

Qəhrəman Qələndərov Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir


Bu il mayın 10-da Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 ili tamam olur. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinin dövlət səviyyəsində qeyd olunmasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Prezidenti “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında” Sərəncam imzalamışdır.

Ümummilli Lideri Heydər Əliyevin siyasi dəst-xətti və Prezident İlham Əliyevin Ulu Öndər siyasətinə sadiqliyi ilə müstəqil Azərbaycan bu gün Cənubi Qafqazın lider, dünyanın isə yüksək nüfuz sahibi olan dövlətinə çevrilib. Bugünkü Azərbaycan məhz Ulu Öndər Heydər Əliyevin görmək istədiyi Azərbaycandır. Odur ki, Azərbaycan xalqı var olduqca Ulu Öndər Heydər Əliyev də var olacaqdır.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər